Qarabağ, Şuşa maarif və mədəniyyət beşiyi kimi tanınıb. Bu yurddan xeyli müəllim, şair və rəssam çıxıb. Öz ruhu, qəlbi ilə maarif sisteminə bağlı olan şəxslərdən biri də Rəsul bəy Tahirovdur.
Rəsul bəy Qarabağda, Şuşada tanınmış tahirovlar soyuna mənsubdur. Bu soy-sopun ulu babası Məhəmmədtahir bəydir. Məhəmmədtahir bəy Güney Azərbaycanın Sərab vilayətinin Gərmərud mahalında anadan olmuşdu. Həzrəti Məhəmməd peyğəmbərin saf-sadiq dəstəkçilərindən olan ənsarilərə bağlıdır.
Məmmədtahir bəyin törəmələri Tahirov soyadını daşıyırlar.
Məmmədtahir bəyin Məhəmmədbağır bəy adlı oğlu vardı.
Məhəmmədbağır bəy Məhəmmədtahir bəy oğlu Sərab vilayətinin Gərmərud mahalında doğulmuşdu.
Məhəmmədbağır bəyin Əliyar bəy adlı oğlu vardı.
Əliyar bəy Məhəmmədbağır bəy oğlu Sərab vilayətinin Gərmərud mahalında dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Cavanlığında Şuşa şəhərinə köçmüşdü. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin sarayında mirzə kimi xidmət etmişdi.
Əliyar bəyin Bəybaba bəy, Həsənxan bəy adlı oğulları vardı.
Əliyar bəyin ikinci oğlu Həsənxan bəy 1782-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Həsənxan bəyin Nəsir bəy, Rəsul bəy, Əsəd bəy adlı oğulları vardı.
Mirzə Həsənxan bəyin ikinci oğlu Əsəd bəy 1809-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Əsəd bəy Cavanşir mahalında naib yanında çalışmışdı. Bir müddət Kəngərli obasında yaşamışdı. Sonra Qapanlı (Çobanqəra) obasına yerləşmişdi.
Mirzə Əsəd bəy Qızxanım xanımla ailə qurmuşdu. Qəhrəman bəy adlı oğlu vardı.
Qəhrəman bəy Mirzə Əsəd bəy oğlu 1846-cı ildə Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Qəhrəman bəy Qönçə xanımla həyat qurmuşdu. Rəsul bəy, Salman bəy adlı oğulları, Nabat xanım adlı qızı vardı.
Rəsul bəy Kərbəlayı Qəhrəman bəy oğlu 8 dekabr 1871-ci ildə Qapanlı kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini əmisindən almışdı. Sonra Şuşa real məktəbini bitirmişdi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuşdu. 1889-cu ildə Seminariyanı tamamlayandan sonra Ləmbəran kənd məktəbinin nəzarətçisi (müdiri) olmuşdu.
Rəsul bəy Tahirov Bakı şəhərində müəllim işləmişdi. Sonra məktəb müdiri (direktoru) vəzifəsində çalışmışdı.
Rəsul bəy Tahirov II Müəllimlər qurultayına nümayəndə seçilmişdi. Məktəb islahatı ilə bağlı əsaslı məsələləri hərtərəfli müzakirə etmək və lazımi təkliflər hazırlayaraq hökumətə təqdim etmək məqsədi ilə 1919-cu il avqustun 20-də Bakı real məktəbin akt zalında Azərbaycan müəllimlərinin II qurultayının təntənəli açılışı oldu. Qurultayda Respublikanın bütün bölgələrindən olan məktəblərin nümayəndələri iştirak edirdilər. Azərbaycan türk müəllimlərinin qurultayında iştirak etməkdən ötrü məşhur müsəlman pedaqoqu və ədibi Mirzə Cəlal Yusifzadənin də Şuşadan Bakıya gəldiyi haqqında 22 avqust 1919-cu il tarixli, 177 №li "Azərbaycan” qəzetində (rus dilində-R.S.) məlumat verilmişdir. Qurultayı türk (Azərbaycan-Ə.Ç.) müəllimlər birliyinin sədri Ağa bəy İsrafilbəyov açaraq, qısa nitqində məqsəd və vəzifələr haqqında məlumat vermişdi. Qurultayı Parlamentin rəyasət heyəti adından sədrin kiçik müavini S.M.Qənizadə, Bakı şəhər idarəsi adından müəllim Əli Cabbar Orucəliyev, "Musavat” partiyası parlament fraksiyası adından M.Ə.Rəsulzadə, sosialistlər fraksiyası adından Ə.C.Pepinov, Xalq Maarif Nazirliyi adından R.Kaplanov, ”Azərbaycan” qəzeti redaksiyası adından P.Mürsəlzadə və digər şəxslər salamlayıblar.
Qurultayın avqustun 28-də keçirilmişi 13-cü iclasında Türk Müəllimlər İttifaqının mərkəzi bürosuna seçkilər keçirilmişdir. Abdulla Şaiq, Əliməmməd Mustafazadə, İdris Axundzadə, Rəsul bəy Tahirov, Ağaəli Qasımov, Mustafa Mahmudov və Hüseynəli Əliyev mərkəzi büroya üzv, Qurban İbrahimov, Məmmədqulu Hüseynzadə və Müseyib Quliyev isə mərkəzi büroya namizəd seçilmişdilər. Daha sonra günün aktual məsələləri üzrə müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarların birində qeyd edilirdi ki, şəhadəti (təqdimatı) olmayanlar müəllimliyə qəbul edilməsin. Şəhadəti olmayanların müəllimliyə qəbul edilməməsı haqqında qərar, tədrisin səviyyəsinin yüksəldilməsinə diqqətin artırıldığından xəbər verirdi. Cümhuriyyət dövründə müəllim və pedaqoqların II qurultayında qəbul edilmiş digər qərarlarda qeyd edilirdi ki, yoxsul şagirdləri olan məktəblərə pulsuz olaraq kitab və digər tədris vəsaitlərinin ayrılması hökumətdən xahiş edilsin. Bakıda və Gəncədə, habelə digər yerlərdə kişi və qadın müəllim kursları və seminariyaları təşkil edilsin. Məktəblərin nəzdində türk (Azərbaycan-Ə.Ç.) kitabxanaları açılsın və oradakı kitabların sayı artırılsın. İbtidai məktəb müəllimlərinin maaşları orta məktəb müəllimlərinin maaşlarına bərabər tutulsun.
Rəsul bəy Tahirov həvəskar aktyor idi. O, müəllim işlədiyi dönəmdə Azərbaycan dramaturgiyasının alovlu təbliğatçılarından birinə çevrilmiş, özü də bir çox rollarda oynamışdı.
Rəsul bəy Tahirov bədii yaradıcılıqla, tərcüməçiliklə də məşğul olmuşdu. L. N. Tolstoyun «Allah haqqı görər, amma tez aşikar etməz», «Qafqaz əsiri» əsərlərini tərcümə edib «Səda» mətbəəsində nəşr etdirmişdi.
Rəsul bəy Tahirov: öz soyuna sədaqətlə

Rəsul bəy Tahirovun Tərlan xanım adlı qızı vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:51