Şuşa şəhəri görkəmli şəxsiyyətlərin yurd yeridir. Bu yurdun layiqli nümayəndələrindən biri də mühəndis Mir Fəseh Bağırovdur.
Mir Fəseh Qarabağda, Şuşada tanınmış bağırovlar soyuna mənsubdur. Bu soy kökcə ağamirovlara, musəvi seyidlərinə bağlıdır. Ulu babası Mir Fəseh ağa Mir Səbur ağa oğlunun adını daşıyırdı.
Mir Fəseh Mir Fəttah ağa oğlu Bağırov 1907-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Ailədə Mir Fəsi kimi tanınırdı. Şuşada orta məktəbi bitirdikdən sonra Bakıdakı Coğrafiya texnikumuna daxil olmuşdu. Az sonra təhsini Leninqrad (indiki Sankt Peterburq) İnşaat İnstitutunda davam etdirmişdi.
Mir Fəseh Bağırov II Dünya müharibəsində iştirak etmiş və döyüş yolunu Berlində bitirmişdi. Müharibədən sonra 3 il Avstriya və Çexoslovakiyada məsul vəzifələrdə çalışmışdı.
O, Azərbaycana dönəndən sonra Qarabağın yeraltı su ehtiyatlarının öyrənilməsi kimi vacib, dövlət əhəmiyyətli işi yüksək professionallıqla yerinə yetirmək bacarığına malik mütəxəssis və alim olduğunu nəzərə alaraq Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəhbərliyi onu 1952-ci Hidrogeologiya Ekspedisiyasının rəisi vəzifəsinə təyin etdi, 1953-cü ildə isə ona Şuşaya su çəkmək kimi daha məsul iş tapşırıldı.
Mir Fəseh Bağırov Şuşa şəhərinin su ilə təmin olunmasına rəhbərlik etmişdi. Onun iştirakı və rəhbərliyi ilə bir neçə su qaynağı yoxlanılmış, yararlı sular pasportlaşdırılmışdı.
Mir Fəseh Bağırov Şuşada ən böyük su təchizatı sistemlərindən biri - Şırlan-Turşsu su kəməri mənbəyində yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi, sugötürücünün layihələndirilməsi, tikintisi və istismarının təmin edilməsinin əsas icraçılarından idi.
Mir Fəseh Bağırov XX əsrin 50-ci illərdə Şuşada inşası planlaşdırılan „Şirlan-Turşsu mineral xəttin“in axtarış kəşfiyyat işlərinə rəhbərlik etmişdi. Şuşadan 34 km aralıda Sarıbaba mineral mənbəsini kəşf etmiş və onu 60-cı illərdə Şuşaya çəkmişdi.
1967-ci ilə qədər Şuşa yalnız klimatik mülicə kurortu hesab olunurdu. Həmin ildə Şirlan mənbəyindən Şuşaya mineral su xətti çəkiləndən sonra şəhər klimatik-balneoloji kurort statusu aldı. Şirlan mineral suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə olunmağa başladı. Bunlar hamısı Mir Fəseh Bağırovun gərgin əməyinin nəticəsi idi.
Həmin dövrdə müalicəvi əhəmiyyətli suyun Şuşaya çəkilməsi məsələsinin çox böyük çətinliklər hesabına olsa da, dövlət planına daxil edilməsində, suyun çəkilməsinə vəsaitin ayrılmasında və tikinti işlərinin təşkilində də böyük ziyalılarımızdan olan, Şuşa şəhərində dünyaya göz açmış görkəmli dövlət xadimi Süleyman Vəzirovun və professor Bahadur Eyvazovun xüsusi xidmətləri vardı.
XX əsrin ortalarına qədər Azərbaycan rəhbərliyi Şuşanın kurort şəhəri kimi inkişaf etdirilməsi ilə bağlı məsələni dəfələlərlə müzakirə etmişdi. Müzakirələrdə müvafiq nazirliklərin, Azərbaycan Tibb İnstitutunun və digər müəssisələrin nümayəndələri iştirak edirdilər. O vaxtki DQMV-nin rəhbərləri iclas iştirakçılarını inandırmağa çalışırdılar ki, Şuşanın ərazisinin məhdud olması səbəbindən burada iri kurort mərkəzinin yaradılması məqsədəuyğun deyil. Buna görə də daha yaxşı olardı ki, kurort mərkəzi muxtar vilayətin inzibati mərkəzi olan daha geniş əraziyə malik Xankəndidə planlaşdırılsın. Kurort mərkəzinin vilayət mərkəzində yaradılması barədə təklifin səsverməyə qoyulmasına hazırlaşanda o vaxtkı Tibb İnstitutunun rektoru, professor Bahadur Eyvazov ona söz verilməsini xahiş edir. B.Eyvazov həmin təklifin əleyhinə çıxaraq, istirahətin və kurort müalicəsinin bilavasitə saf su və saf hava ilə əlaqədar olduğunu, buna görə də kurort komplekslərinin ancaq və ancaq dünyada nadir təbiəti olan Şuşada yaradılmasının vacibliyini elmi dəlillərlə sübut edir. Daha sonra vurğulayır ki, o, uzun illər Şuşada iqlim amillərinin insan orqanizminə təsirinin öyrənilməsi üzrə tədqiqatlar aparıb və respublikanın bütün aparıcı alimləri də bu məsələdə tam yekdildirlər ki, Şuşanın havası insan orqanizminin müalicəsi və bərpasında əvəzolunmaz amildir. Çıxışında o, iştirakçıların diqqətini DQMV-nin rəhbərliyinin Şuşaya etinasız münasibətinə yönəldərək, qeyd edir ki, illərlə şəhərdə təmir-bərpa və abadlıq işləri görülmür. Bütün bunların nəticəsi olaraq kurort mərkəzinin Şuşada yaradılması barədə qərar qəbul edilir.
Mir Fəseh Bağırovun sayəsində Şuşa şəhəri ümumittifaq əhəmiyyətli kurort kimi inkişaf etməyə başladı. Şəhərin ətrafında karbon turşulu-hidrokarbonatlı-natriumlu "Narzan" tipli çoxsaylı mineral su mənbələri aşkar edilmişdi. Bu müalicəvi sudan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulu zamanı müvəffəqiyyətlə istifadə olunurdu. Bu sular nəfəs yolu xəstəlikləri, həzm, sinir sisteminin pozulması, qanazlığı kimi xəstəliklərin müalicəsi zamanı çox xeyirli idi. Şəhərdə gözəl mineral su qalereyası inşa olundu. Buraya su şəhərdən 30 km kənarda yerləşən mənbədən boru vasitəsi ilə çəkilmişdi. Həmçinin, mineral su doldurulması zavodu da fəaliyyət göstərirdi.
Mir Fəseh Bağırov XX əsrin 70-ci illərdə Şuşada məşhur Su qalereyasını inşa etdirmişdi. O, ömrünün ahıl vaxtlarında da su təsərrüfatına töhfələr verməkdə davam etmişdi.
Mir Fəseh Bağırov Qarabağın tarixiylə bağlı bir çox araşdırmaların müəllifidir.
Mir Fəseh Bağırov cəbhədə bir neçə orden və medala layiq görülmüşdü. Su təsərrüfatının inkişafında səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmiş, fəxri fərmanlarla təltif edilmişdi. Müqayisəolunmaz dərəcədə işgüzarlığı, dözümlülüyü, bacarığı və istedadı sayəsində əldə etdiyi nailiyyətlər onu kollektivdə ucaltmışdı.
Onda soyundan gələn vətənpərvərlik, alicənablıq, nəciblik, gözütoxluq, yaxınlara qarşı sevgi, ailəyə və dostlarına sədaqət, sonsuz həyat eşqi kimi bütün ali insani keyfiyyətlər cəmlənmişdi.
Mir Fəseh Bağırov 1981-ci ildə vəfat edib.
Tanınmış ictimai xadim, Azərbaycan su təsərrüfatının təşkitalçılarından biri, görkəmli mühəndis Mir Fəseh Bağırovun undulmaz xatirəsi daim şuşalıların qəlblərində yaşayır..
Mir Fəseh Bağırov: sucan ömrün olsun..
Mir Fəseh Bağırov

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
19:55