Hacı Məmmədqulu Fəyyazov: Şuşalı tacirin hekayəti..

Şuşa şəhərinin Təbrizli məhəlləsinin tanınmış sоylarından biri də Hacı Fəyyaz uşağıdır. Bu sоyun ulu babası Fəyyazdır. Fəyyaz Cənubi Azərbaycanın Təbriz şəhərində anadan оlmuşdu. Şuşa şəhərinə köçürülmüşdü. Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Fəyyazın törəmələri Fəyyazov soyadını daşıyırdılar.
Hacı Fəyyazın Qafur, Şükür adlı oğulları vardı.
Hacı Fəyyazın ikinci oglu Şükür 1772-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Şükür Fatma ilə ailə qurmuşdu. Fəyyaz, Mehdiqulu, Sadıq, Hacı, Abbas adlı oğlanları, Nabat, Xanım adlı qızları vardı.
II Fəyyaz Məşədi Şükür oğlu 1805-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
II Hacı Fəyyazın Məmmədqulu, Məmmədəli adlı oğlanları vardı.
Məmmədqulu Hacı Fəyyaz oğlu 1845-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Məmmədqulunun Şuşada, Təbrizdə, Tiflisdə dükanları vardı.
Qeyd edək ki, Şuşa uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz idi. Əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu ticarət dükanı və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib istifadəyə verilmişdi.
Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Tacirlər Şuşaya Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirdilər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdılar. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları idilər.
Fəyyazovlar sonralar Londonda iri ticarət mərkəzləri açdılar. Əsasən xalça alveri edirdilər.
Hacı Məmmədqulunun törəmələri Tehranda sahibkarlıqla məşğul olurdular. Onlar babalarının aşdıqları ticarət obyektlərini genişləndirmişdilər.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
11:17