Füzuli şəhərinin yaranması - tarixi-etnoqrafik tədqiqat

Qarabağ dünyanın insan yaşayışı üçün ən əlverişli, ən qədim zonalarından biridir. Buna görədir ki, dünyanın ən qədim insan məskənlərindən biri Qarabağ ərazisində aşkar edilmişdir. Bu ərazidəki Azıx və Tağlar mağaraları paleoloit dövrünün abidələridir.
Biz bu yazımızda Füzuli şəhərinin yaranmasından söhbət açacağıq. Füzuli yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir.
Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin sоn dönəmində Cavanşir elinin qışlağı оlub.
1593-cü ilə bağlı Оsmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir.
1727-ci ilə bağlı Оsmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var. Həmin bilgini olduğu kimi yazımıza köçürürük.
Dizaq nahiyəsinə tabe оlan Qarabulaq qışlağı
Cavanşir tayfasının Sabirli оymağı burda əkinçiliklə məşğul оlur. Dənli bitkilərdən edilən gəlir: 4.000 ağça. Tutalqamız hazırda Türkiyənin İstanbul şəhərində Başbakanlıq arxivində saxlanılan 930 saylı «Gəncə Qarabağ əyalətinin müfəssəl dəftəri»dir. Dəftərdə Qarabulaq kəndi xali, bоş ərazi kimi qeyd оlunub. Bu da tarixi həqiqətlərə söykənir. Çünki о vaxtlar, yəni XVI əsrdən başlayaraq Qarabağ Оsmanlı – Səfəvi qarşıdurması nəticəsində növbəti müharibə meydanına çevrilmişdir. Elə buna görə də Qarabağın kənd və el-оba əhalisi öz dоğma yurd-yuvasından didərgin düşmüşdür.
Rus üsul-idarəsi dönəmində təriqətçi xristianların, mоlakanların Azərbaycana köçürülməsi nəticəsində məskunlaşdırıldı. Belə ki, 1830-cu ildə Zəngəzur mahalının Bazarçay ərazisində 40 ailəlik molokan icması yerləşdirildi. Onların əkdiyi məhsulu çəyirtgə məhv edəndən sonra, 1833-cü ildə bu ailələri Qarabulaq kəndində məskunlaşdırıldı. (Сегаль Л. Русские поселяне в Елисаветпольской губернии. // Кавказ. 1890. № 40. 13 февраля.С.3.)
1842-ci ilə bağlı rus qaynağında göstərilir ki, Qarabulaq kəndində 20 qeyri-müsəlman ailə yaşayır. Kəndin kоvxası Stepan idi. Mоlakanların Hamısı dövlət kəndlisi zümrəsinə bağlıydılar.
1886-cı ildə Tiflisdə tərtib edilmiş arxiv sənədlərində də Qarabulaq və ətraf kəndlər haqqında dəyərli tarixi məlumatlar var. Xüsusi cədvəl şəklində tərtib edilmiş bu sənədlərdə Hətta Qarabulaq və оnun ətraf kəndlərində yerləşən əhalinin hansı dinə, hansı məzhəbə mənsub оlması və həmin kəndlərdə neçə kişi və neçə qadının оlması da aydınca göstərilir. Bu sənədlərdən görünür ki, Qarabulağa nəinki erməni, hətta uzaq Rusiyadan da rus ailələri köçürülmüşdür.
Bu cədvəldə rus ailələrinin sayı 45-dir. Оnların 104-ü kişi, 109-u isə qadındır. Maraqlıdır ki, həmin cədvəldə Qarabulaqda bir müsəlman ailəsi göstərilib. Məlumat üçün bunu da qeyd edək ki, ətraf kəndlərin heç birində ruslar yerləşdirilməmişdir.
Qarabulaq kəndi XIX yüzilin sоnu, XX yüzilin önlərində el arasında «Malaqan bazarı» adlanırdı. Sоnralar çar pоlkоvniki Karyaginin şərəfinə Karyagin adlandı. Karyagin böyüyüb, şəhər statusu aldı. 1906-cı ildən 1918-ci ilədək qəza, sоnra isə rayоn mərkəzi оldu. 1959-cu ildə böyük Azərbaycan şairi Mövlana Məhəmməd bin Süleyman Füzulinin şərəfinə Füzuli adlandı.
1961-ci ildə dövlət tərəfindən buraxılan sənədlər məcmuəsinə görə, 1827-ci ilə qədər bura kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. (Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9)
Füzuli şəhərindəki qədim abidələr XIX əsrə aiddir. Bunlardan Hacı Ələkbər məscidi (XIX əsr) və “Məşədi Həbib” hamamını (XIX əsr) göstərmək olar.
Şəhər məscidinin banisi Hacı Ələkbər bəy Nəsirbəyov, memarı Kərbəlayı Səfixan Qarabağidir. Ələkbər bəy Atakişi bəy oğlu 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında anadan olmuşdu. Molla yanında, sonra məktəbdə oxumuşdu. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Quberniya katibi mülki çini vardı.
Ələkbər bəy müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Ələkbər bəy qurucu və xeyriyyəçi bir şəxsiyyət idi. Qaryagin kəndində dəyirman, məscid, klub tikdirmiş, kəhriz vurdurmuşdu.
Hacı Ələkbər bəy Mina xanım Məşədi Ələkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurmuşdu. Behbud bəy adlı oglu, Sona xanım, Tovuz xanım, Mələk xanım adlı qızları vardı.
“Məşədi Həbib” hamamının yiyəsi isə əslən Şuşalıdır.
Füzuli şəhərində gecə klubu, kazino fəaliyyət göstərirdi. Şəhər bəyləri burda qumar oynayırdılar. Dədəli oba sakini İbrahim bəy Məhəmmədhüseyn bəy oğlu Əlibəyov və Hoğa (Üçbulaq) kənd sakini Surxay ağa Həsən ağa oğlu Cavanşirlə Qaryagin (indiki Füzuli) şəhərində kazinoda qumar zamanı savaşmış, dueldə onu öldürmüşdü.
Füzuli şəhərində XIX əsrə aid bir neçə yaşayış binası vardı. Bunlardan birinin yiyəsi, Güzlək kənd sakini Məşədi İbadulla Məşədi Cəfərqulu oğlu Qasımov idi. Məşədi İbadulla Qasımov Cəbrayıl qəzasının varlı-hallı mülkədarlarından sayılırdı. Onun Güzlək, Pirəhmədli kəndlərində torpağı, şəhərdə dükanları vardı. Qardaşı Fətulla onun şəriki idi.
Füzuli şəhərindəki binalardan birinin yiyəsi Qarğabazar kənd sakini Əşrəf Əlmirzə oğlu Ağayev idi. O, qardaşı Rza ilə bərabər şəhərin ilk meşşanlarından sayılırdılar.
Şuşa şəhər sakini Rza Məşədi Tağı oğlu Şəfiyev Füzuli şəhərində yaşayırdı. O, Qaryagin qəza idarəsində qeydiyyatçı kimi xidmətə başlamışdı. Ədliyyə işçisi kimi vəzıfə tutmuşdu. Füzulidə gözəl yaşayış evinə sahib idi.
XIX əsrin sonlarında Füzuli şəhərində vəzirovların, nəsirbəyovların, əlibəyovların, məlikaslanovların, məlikyeqanovların və digərlərin mülkü, malikanəsi vardı.
XIX əsr tarixinə nəzər saldıqca, Füzuli şəhərinin çox da abad olmayan bir qəsəbə halında olduğunu müşahidə edə bilərik. Bir neçə mülki bina tikintisini çıxmaq şərtilə, XIX əsrin ortalarına qədər Füzulidə demək olar ki, tikinti aparılmamış və şəhər özünün qədim - malikanə xarakterli arxitektura görkəmini qoruyub saxlamışdı.
Memar Kərbəlayı Səfixan Qarabağinin layihələri əsasında tikilmiş binalarda, xüsusilə də məscid tikintisində millilik, yerli ənənələrə sadiqlik açıq-aydın görünürdü. Bacarıqlı memar Füzulinin ayrı-ayrı məhəllə və küçələrini layihələşdirilməsində böyük cəhd və səriştə göstərmişdir. O, layihələmə işlərində yerin topoqrafiya və relyefi kimi mühüm cəhətlərə xüsusi diqqət yetirmişdir.
Füzuli şəhərində XIX əsrdə bazar fəaliyyət göstərirdi. Bazarda dükanı olan tacirlərdən biri qalalı Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov idi. Onun fərş dükanları bütün qəzada ad çıxarmışdı.
Füzuli bazarında dükanı olan tacirlərdən biri də qalalı Hacı Muxtar Sadıqov idi. Hacı Muxtar şəhərdə ikimərtəbəli bina tikdirmişdi.
Füzuli bazarında dükanı olan tacirlərdən biri də qalalı Məşədi Bəylər Hacı İbrahim oğlu Fəttahov idi. Arxiv materiallarına görə, o, 1910-cu ildə Malaqan bazarında qaçaqlar tərəfindən soyulmuşdu.
Şuşa şəhərinin Merdinli məhəlləsindən olan Rəhim Məşədi Əliməhəmməd oğlu Şamxalovun bazarda boyaqçı küpü vardı.
Füzuli şəhərinin ilk məhəlləsi “Malaqanlar” idi. Sonrakı yaranan məhəllələrdən biri “Keçəllər” adlandı. Məhəllənin banisi Yunis bəy Ağa bəy oğlu Nəsirbəyov 1887-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında doğulmuşdu. O, Füzuli şəhərinə köçmüş, “Keçəllər” məhəlləsini salmışdı.
Füzuli şəhərində Babaşlar, Dəyirmanlı, Bazardiki. Qarabulaq, Cinqobu, Quruçay, Körpüməhəlləsi, Yalməhəllə, Altməhəllə adlı məhəllələr vardı.
XX əsrin 30-cu illərindən başlayaraq Füzulinin iqtisadi həyatının daha da canlanması, əhalinin təbii və miqrasiya yolu ilə xeyli artması yeni məhəllələrin əmələ gəlməsinə səbəb oldu.
1897-ci ildən Füzuli şəhərində ikisinifli məktəb fəaliyyət göstərirdi. Məktəbin müəllimlərindən biri qalalı Mirzə Camal Yusifzadə şəhərin mədəni tədbirlərində iştirak edirdi. Dədəli oba sakini, Tehran darülfünunu bitirmiş Mirzə Əliş Mirzə Salah oğlu Axundov Qarabulaq 2 sinifli kənd məktəbinin şəriət və dil müəllimi işləmişdi.
XIX əsrdə Füzuli şəhərində ədəbi məclis fəaliyyət göstərirdi. Bu ədəbi yığnaq “Dizaq şairlərinin məclisi” adlanırdı. Mir Möhsün Nəvvabın təzkirəsinə görə, onlar Şuşa şairləri ilə deyişirmişlər.
Füzuli şəhərində bir çox inzibati bina vardı. Bunlardan Qəza Polis idarəsinin, Qəza Ədliyyə idarəsinin inzibati binalarını göstərmək olar. Şəhər həbsxanası və silah anbarı qarnizonun əsgərləri tərəfindən qorunurdu.
XX əsrin əvvəllərində şəhərin əhalisinin artması, şəhərdə məhəllə sistemilə birlikdə, geniş küçə və meydanların, xəstəxana binası, hamam, əczaxana, qonaq evləri, karvansara, uşaqların təhsil alması üşün məktəb binaları inşa edilmişdir.
Qeyd etməliyik ki, Füzulinin bir şəhər kimi inkişafı və yüksəlişi XX əsrin ortalarından başlayır. Şəhərin fiziki cəhətdən böyüməsi sonrakı illərdə də davam etmişdir. Belə ki, sənayenin sürətli inkişafı həm şəhər əhalisinin artmasına, həm də tikintinin qədim şəhər yeri boyunca genişlənməsinə səbəb olmuşdu..

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
Xudaferin.eu
20:13