Məşədi Zeynalabdin bəy Abdinbəyov: zalımın önündə, məzlumun yanında..

Bir azərbaycanlı sovet müəllifi hesab edirdi ki, “Difai” partiyası “ermənilərlə yeni milli toqquşmalar baş ver əcəyi təqdirdə türk burjuaziyasının öz mülkiyyətinə və ticarət dövriyyəsinə görə təşviş və qorxu keçirməsi” nəticəsində yaranmışdır və burjuaziya “öz əmlakını əldə saxlamaq və ticarət-sənaye maraqları ilə əlaqədar olaraq azadlıq hərəkatına başçılıq edirdi”. Bel əliklə, müəllif “Difai” partiyasının yaranması səbəblərini açıqlayarkən tarixi hadisələrin işıqlandırılmasında marksizm ideologiyası çərçivəsindən kənara çıxa bilməmiş və bu problemə sinfi mövqedən yanaşmışdı. Biz bu yazımızda türk burjuaziyasının nümayəndələrinin birindən söhbət açacağıq. Məşədi Zeynalabdin bəy Abdinbəyovdan.
Məşədi Zeynalabdin bəy Qarabağda, Şuşada tanınmış abdinbəyovlar soyuna bağlıdır. Abdinbəyovların əsli Təbriz şəhərindəndir. Ulu babaları Pənahəli xan tərəfindən Təbrizdən Bayat qalasına, sonra Şahbulaq qalasına, daha sonra Pənahabad qalasına köçürülmüşdü. Şuşanın Təbrizli məhəlləsində məskunlaşmışdılar. Ulu babası Zeynalabdin bəy XVIII yüzilin sоnunda, XIX yüzilin önlərində Şuşada yaşamışdı.
Zeynalabdin bəyin törəməsi Abdinbəyоv sоyadını daşıyırdı.
Zeynalabdin bəy Hacı Hüseynəli bəy Kəbirlinin (?-1805) qızı Zeynəb xanımla ailə qurmuşdu. Əhməd bəy, Qasım bəy adlı oğlanları, Tutu xanım adlı qızları vardı.
Əhməd bəy Zeynalabdin bəy oğlu 1821-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi, ana babasından qalma Mirzalıbəyli оbasının və Bərdə kəndinin bir hissələrini idarə edirdi.
Əhməd bəy Tubu bəyim Cavanşirlə yaşam qurmuşdu. Zeynalabdin bəy, Muxtar bəy, Məmməd bəy adlı oğlanları vardı.
II Zeynalabdin bəy Əhməd bəy oğlu 1846-cı ildə Şuşa şəhərində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra rus dilində yazı-pozu öyrənmişdi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Zeynalabdin bəy Abdinbəyov mülkədar və varlı tacir idi. Mülkədar kimi Bərdə kəndinin və Mirzalıbəyli obasının bir hissəsinin yiyəsi idi. Tacir kimi Şuşa şəhərində xeyli dükanları vardı, yarısını icarə vermis, yarısını isə özü idarə edirdi.
Məşədi Zeynalabdin bəy Abdinbəyov XIX əsrin sonlarında Bərdə kəndinə köçdü. Onun ərazisində fəaliyyət göstərən həftəbazarında dükanlar tikdirdi. Həftə bazarı əksər hallarda şəhərin meydanında, daha dəqiq desək şəhər darvazaları önündə təşkil edilirdi. Bu ticarətin əsas fərqləndirici cəhəti ondan ibarət idi ki, burada daha çox kənd təsərrüfatı məhsulları satılırdı. Torpaq sahiblərinin bir çox natural vergiləri tədricən pulla əvəz etmələri kəndliləri istehsal etdikləri məhsulun bir hissəsini bazara çıxarmağa məcbur edirdi. Q. Osipov Bərdədə fəaliyyət göstərən həftəbazar haqqında yazır: "Kənddə bazar var ki, həftənin cümə günləri ətraf kəndlərdən bura satış məqsədilə kənd təsərrüfatı məhsulları və mal-heyvan gətirirlər. Bazar bərdəlilərdən ötrü böyük anlam daşıyır, çünki onların özləri də kənd təsərrüfatı məhsulları istehsal edirlər". [Осипов Г. "Селения Барда Джеванширского уезда Елизаветпольской губернии", СМОМПК, вып. XVII, Тифлись, 1893, с. 119].
Bərdədə Həftəbazarı adlanan bu alış-veriş yerində əsasən məişət üçün çox zəruri olan şeylər—arşın mal, qənd, çay, bəzi ev əşyaları və sairə də satılırdı.
Makar Barxudaryans 1894-cü ildə qələmə aldığı "Artsax" kitabında yazır: "İndiki Bərdənin əhalisi şiədir. Burda həftənin cümə günündə fəaliyyət göstərən bazar və yarmarka var. Hər tərəfdən bura çox saylı ticarət əhli toplanır". [Бархударянц М. Арцах. Перевод М.Яргулянца. НАИИ НАНА, инв. №1662, 461 с. c. 35]
Bəzi səyyahlar Bərdədə bazar olduğunu söyləyirlər. XIX əsrin sonunda Bərdədə olmuş Vasili Sidorov da yazır: "Atı dəyişənə qədər, yoldaşlarım məni bazara apardılar. Bazar dükanlarla əhatə olunmuş tozlu meydandan və müxtəlif adamlardan ibarət idi. [Сидоров В. Кавказ. Путевые заметки и впечатления. Практические сведения для туриста. Санкт Петербург: Тип А.Катанскаго, 1897, 675 c.].
Etnoqraf H. Quliyev yazır: "Azərbaycanda at alveri ancaq bazarlarda - həftəbazarlarında aparılırdı. Belə bazarlar Yelizavetpolda, Tiflisdə, Bərdədə, Kürdəmirdə və başqa yerlərdə fəaliyyət göstərirdi. Bura İrandan, Dağıstandan, Türkiyədən, Gürcüstandan və Rusiyadan alıcılar gəlirdi. [Гулиев Г.А. Этнографические проблемы скотоводческого хозяйства Азербайджана в XIX - начале ХХ в.Баку: Элм, 1996, 208 с. c.89].
XIX əsrin sonu, XX əsrin əvvəlləri üçün Bərdədə ticarət müəssisələrinin sayı 25-ə çatmışdı. 1901-ci ildə Bərdədə 15 sənətkarlıq emalatxanası, 14 dükan, 3 çörəkxana və həftəbazarı fəaliyyət göstərirdi. [Сборник сведений о Елисаветпольской губернии, Издание Елисаветпольского губернского статистического комитета; сост. И.Л.Сегаль.- Тифлис: Типография Т-ва Версичев и Каменмахер, 1902.- IX, 301, VI с., c. 219]
Məşədi Zeynalabdin bəy Abdinbəyov “Difai” partiyasının və “Qeyrət” təşkilatının Bərdə özəyinin üzvü idi. Özəyin mənfəətinə xeyli vəsait buraxmışdı. Onlar bu pulla silah almış, təşkilatın üzvlərini və Bərdə fəallarını silahlandırmışdılar.
1909-cu ilin may ayında "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. Araşdırılan şəxslər "fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökümətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman "Difai" partiyası və "Qarabağ Məclisi" adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə" ittiham olunurdu.
Araşdırma nəticəsində Yelizavetpol dairə məhkəməsi 1909-cu il mayın 15-də "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi. (ГАППОДАР: ф. 276, oп. 8, д. 217, л. 22-25.)
Bərdəli mülkədar İsmayıl bəy Tağıbəyovun rotmistr Kornilova ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il hökümətin düşmənləri, "Difai"nin Bərdə komitəsinin üzvləri tutulub saxlanmışdır. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г., с. 294.)
Məşədi Zeynalabdin bəy Abdinbəyov Bərdə şəhərində vəfat etmiş, “İmamzadə”də dəfn olunmuşdu.
Məşədi Zeynalabdin bəy Abdinbəyov. Erməni millətçilərinin dinc türk-müsəlman əhaliyə qarşı torətdiyi mənfur əməllərin müdafiəçisi. Unutmağa haqqımız yoxdur.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:55