Azad Şəmsiyev: tələbkar, təvazökar və karlı adam..

Azərbaycanın elm tarixində özünəməxsus yeri olan, neft sahəsində elmi tədqiqatların aparılmasında, xüsusən, quyuqazma istiqamətində məqsədyönlü elmi araşdırmaların edilməsində və tələbələrin hazırlanmasında müstəsna xidmətlər göstərmiş texnika elmləri doktoru, professor Azad Şəmsiyev bir çox oxucuya tanış deyil. Az ömür yaşayıb, çox işlər görən bu alimi yaxından tanıyaq.
Azad Qarabağda, Şuşada məşhur olan şəmşibəyov soyundandır. Bu soy Cavanşir elinin Yağləvənd oymağının Külədərli tayfasına bağlıdır. Şəmşi bəy Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. Öncə molla yanında, sonra mədrəsədə oxumuşdu. Pənahəli xana xidmət etmişdi. Qarabağ xanlığının genişlənməsində, müdafiəsində önəmli rol oynamışdı. Adına Kirsdə “Güney Şəmşi”, “Quzey Şəmşi” adlı yaylaqlar var.
Şəmşi bəyin İsmayıl bəy, Səfi bəy və Səfəralı bəy adlı oğulları vardı.
İsmayıl bəy Şəmşi bəy oğlu 1762-ci ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Şuşa şəhərində yaşayırdı. İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xanın yanında çalışmışdı. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı İsmayıl bəy Hüsnüqəmər xanımla ailə qurmuşdu. Atakişi bəy, Abdin bəy adlı oğulları vardı.
Atakişi bəy Kərbəlayı İsmayıl bəy oğlu Şuşa şəhərində doğulmuşdu. Mollaxanada oxumuş, mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Atakişi bəy Zəhra xanımla yaşam qurmuşdu. Rzaqulu bəy, Həsən bəy, İmamqulu bəy adlı oğulları, Bacıxanım xanım adlı qızı vardı.
Atakişi bəyin üçüncü oğlu İmamqulu bəy 1835-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı İmamqulu bəy Əzət xanımla, Gülgəz xanımla, Pərzad xanımla dünya evinə girmişdi. Əsəd bəy, Aslan bəy, Rəşid bəy, Murtuz bəy, Şəmşi bəy və Ağa bəy adlı oğulları vardı.
Kərbəlayı İmamqulu bəyin ikinci oğlu Aslan bəy 1861-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Məktəbdə oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi Aslan bəy Ələkbər bəy qızı Səkinə xanımla ailə qurmuşdu. Azad bəy, İbad bəy, Əhməd bəy, Heydər bəy adlı oğulları, Əzət xanım adlı qızı vardı.
Məşədi Aslan bəyin üçüncü oğlu Əhməd bəy 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı. Öncə ticarətlə məşğul idi. Xalça dükanı vardı. Sovet dönəmində müxtəlif yerlərdə çalışmışdı.
Əhməd bəy 1973-cü ildə vəfat edib.
Əhməd bəy Hacı Ələkbər qızı Suceynə xanımla yaşam qurmuşdu. Azad bəy, Gəray bəy, Cabbar bəy adlı oğulları, Əfşan xanım, Şükufə xanım və Rəfiqə xanım adlı qızları vardı.
Azad bəy Əhməd bəy oğlu Şəmsiyev 7 may 1916-cı ildə Şuşa şəhərində doğulmuşdu. Orta məktəbi bitirəndən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. 1941-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, “Kirovneft” trestində qazma ustası köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdı. Sonra cəbhəyə yollanmışdı. İkinci Dünya Müharibəsində iştirak etmişdi.
Azad Şəmsiyev 1945-1949-cu illərdə Avstriyanın Vyana şəhərində Sovet neft idarəsində böyük mühəndis, şirkət direktoru işləmişdi.
Azad Şəmsiyev 1949-cu ildə vətənə dönmüş, Azərbaycan EA Neft institututunda fəaliyyətini davam etdirmişdi.
Azad Şəmsiyev 1954-cü ildə Azərbaycan EA Neft institututunda aspirant olarkən, "Qazmada uçmaların səbəblərinin təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Daha sonra AzETNÇİ-də və Azərbaycan EA Azərbaycan Neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdi. O, 1961-1968-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri olmuşdu. 1962-ci ildə "Neft və qaz quyularının qazılması zamanı süxurların uçulması və alət tutucularının təbiətinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Son dərəcə geniş maraq dairəsi olan Azad Şəmsiyev elmi yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir.
Azad Şəmsiyev neft və qaz quyularının qazılması, dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Görkəmli alim tərəfindən ilk dəfə olaraq quyu lülələrində qum tıxaclarının ləğv edilməsi məsələləri həll edilmişdi. Nəzəri və təcrübi tədqiqatları neft maşınqayırması sənayesində geniş tətbiq olunmuş və böyük iqtisadi səmərə vermişdi.
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Şəmsiyev ölkəmizdə neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.
Elmi tədqiqatların sahəsi: quyularda müxtəlif mürəkkəbləşmələrin yaranması səbəblərinin aşkar edilməsi, quyu lülələrində qum tıxaclarının ləğv edilməsi məsələləri, mürəkkəbləşmiş şəraitlərdə quyuların qazılmasının nəzəriyyə praktikasının tədqiqi; hidromonitor pərli və saroşkalı baltaların öyrənilməsi; dağ süxurlarının dağıdılması.
Azad Şəmsiyev 30-dan artıq elmi məqalənin və bir monoqrafiyanın müəllifi olub.
Azad Şəmsiyev Qırmızı Ulduz ordeni və bir çox medalla təltif edilmişdi.
Azad Şəmsiyev texnika elmləri doktoru, professor idi.
Azad bəy Şəmşiyev 21 oktyabr 1967-ci ildə vəfat edib.
O, nəinki Azərbaycanda, dünyada tanınan, Azərbaycan elminin inkişafına və beynəlxalq aləmdə təqdimatına böyük töhfələr verən elm xadimi idi. Elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş professor Azad Şəmşiyevin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir.
Azad bəy Şəmşiyev neft sahəsində tanınmış görkəmli alim, tələbkar, sakit təbiətli, ciddi insan, çalışqan və savadlı mütəxəssislərin yetişməsində böyük əməyi olan rəhbər kimi qalacaq. O, tanınmış alim və elm təşkilatçısı olmaqla bərabər, gözəl xasiyyətli, təvazökar insan, etibarlı dost idi. Hər zaman yad ediləcək..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:55