Muxtar bəy Nəsirbəyov: Zabit, şair və tarixçi kimi..

Muxtar bəy Qarabağda, Şuşada məşhur olan nəsirbəyovlar soyuna məxsusdur. Bu soy da öz kökü ilə Padar elinin İlxıçı oymağına bağlıdır. Qarabağın Cavanşir mahalının etdiyi    İlxıcı-Muğanlı   obasında   Məşədi   Əsəd  bəy   və   Şirin    bəy   adlı    iki   varlı-hallı    əsilsoy   yaşayırdı.   Onlar   Nəsir   bəyin   övladlarıydılar.

Nəsir   bəyin törəmələri Nəsirbəyov soyadını daşıyırdılar.  

Əsəd bəy Nəsir bəy oglu 1772-ci   ildə Cavanşir mahalının   İlxıcı-Muğanlı   obasında anadan   olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.  

Məşədi   Əsəd  bəy    Şuşa   şəhərinə    köçüb    Köçərli   məhəlləsində   məskunlaşdı.     Uşaqlarının   mədrəsəyə   qoyub,    savad  yiyəsi     elədi.

Məşədi   Əsəd  bəy  mülkədar idi. 1805-ci ildə Mehdiqulu xan Sarıcalı-Cavanşir ona və qardaşı Şirin bəyə Tərtər çayı sahilində yerləşən Arslanşah yurdunu mülk kimi vermişdi.     

Məşədi   Əsəd   bəy    Hürü   xanımla    ailə   qurmuşdu.   Nəsir   bəy,   Hüseynqulu  bəy,  Kərim   bəy,    Əliş   bəy,   Zeynalabdin   bəy,  adlı  oğulları,   Mələk     xanım,  Nisə   xanım   və   Hürnisə   xanım   adlı   qızları   vardı.

Atası Mirzə Kərim xan Nəsirbəyov (1828-1990) şair və  dövlət qulluqçusu idi. Kollej   asessoru (mayor) çininə yiyələnmişdi.

Mirzə   Kərim   xan üç dəfə ailə qurmuşdu.  Birinci nikahdan Muxtar   bəy adlı oğlu vardı. İkinci nikahdan Ədil xan (doğ.1875) dünyaya gəlmişdi. 3-cü həyat yoldaşı Qönçə xanım Hacı Bağır bəy qızından bu övladları olmuşdu: Əfil xan (doğ. 25.12.1877), Əbülfət xan (doğ. 14.06.1887), Bəhram xan (doğ. 12.05.1890), Fəxrəndəsultan xanım (doğ. 18.10.1874), Humay xanım (doğ. 07.03.1883), Sitarə xanım (doğ. 22.02.1886).      

Muxtar bəy Mirzə Kərim xan oğlu Nəsirbəyov 1858-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı.  Sonra mədrəsədə oxumuşdu. Rus-tatar məktəbində təhsilini davam etdirmişdi.

         Muxtar bəy Nəsirbəyov türk, türkmən, özbək, fars, ərəb, rus və fransız dillərini bilirdi.

Muxtar bəy Nəsirbəyov Çar ordusunda xidmət etmişdi. Podpolkovnik rütbəsində ordudan tərxis olunmuşdu.

Muxtar bəy Nəsirbəyov ordudan tərxis olduqdan sonra Daşkənd şəhərində məskunlaşmışdı. Burada bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı ziyalılarından biri olmuşdur.

Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Muxtar bəy Nəsirbəyov bir çox tarixi əsərlərə imza atıb. 1908-ci ildə “Туркестанский курьер” jurnalında “Daşkəndin qədimliyi” (Древность Ташкента) adlı yazı dərc etdirmişdi. Müəllif bu məqaləni yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, fars və özbək salnamələrindən, çoxlu şərq mənbələrindən,  Rus alimlərinin əsərlərindən istifadə etmişdi.

Muxtar bəy Nəsirbəyov atası və digər qohumları kimi şair idi. Onun yaradıcılığı farsdilli Azərbaycan poeziyasında xüsusi yer tutur. Zəmanəsindəki ictimai ədalətsizliklərə qarşı cəsarətli çıxışları, böyük sənətkarlıq keyfiyyətləri onu Mərkəzi Asiya aydınları arasında məşhur etmişdi.

Muxtar bəy Nəsirbəyov III dərəcəli Müqəddəs Stanislav ordeni və bir çox medallarla təltif edilmişdi.

Muxtar bəy Nəsirbəyov Daşkənd şəhərində vəfat edib.

         Muxtar bəy Nəsirbəyov Xeyrənsə xanım Mirzə Həmid bəy qızı Vəzirova ilə ailə qurmuşdu. Əzizə xanım adlı qızı vardı.

         Əzizə xanim Muxtar bəy qızı 1887-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.

         Əzizə xanım Camal  bəy  Yusif bəy oglu Vəzirov  (1896-1929) ilə  həyat  qurmuşdu. İki  qızı,  bir  oğlu  (Sultan  bəy)  varıdı. Böyük  qızı  Gülşən  xanım  1913-cü  ildə, kiçik  qızı  Dilguşə  xanım  1919-cu  ildə  anadan  olmuşdu.

Camal bəy Vəzirov 1914-cü  il  iyun  ayının  19-da  qabaqcıl  fəhlə sinifi  kütləvi  surətdə  çar  ordusuna  səfərbərliyə  alındı, Camal bəy     o  cümlədən  doqquz  mindən  artıq  mədən  işçisi  orduya  aparıldı.

Vuruşmalarda  döyüş  drujinalarından  birinə  başçılıq  edən  Camal  bəy  «asayişi  pozduğuna»  və  «siyasi etibarsız»  olduğuna  görə  tətilin  əsas  iştirakçıları  sırasında  tutulub,  cəbhəyə  göndərildi.  Tale  onu  Türküstan  çöllərinə  atdı.  Camal  bəy  Cərco  şəhər  qarnizonundakı  birinci  əlahiddə  piyada  keşikçi  taqımında  xidmət  eləməyə  başladı.

Camal  bəy   Türküstanda  inqilabi  işlərdə  çalışırdı. İran  fəhlələri  arasında  iş  aparmaq  üçün  yaradılan  «Ədalət»  sosial-demokrat  təşkilatı  ilə  əlaqə  bağlayırdı. 1919-cu ildə  İran  işçilərinin  xahişi  ilə  Camal  bəy  «Ədalət»  təşkilatının  Cərco  şəhər  bölməsinə  sədr  təyin  olundu.

Camal  bəy  sonra  Cərco  vilayət  fövqəlalədə  komissiyasında  işləməyə  başladı. Buxara  Xalq  Respublikası  möhkəmlənəndən  sonra  ailəsi  ilə  birlikdə  Bakıya  qayıtdı.

Muxtar bəy Nəsirbəyovla bağlı araşdırmamız davam edir.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

12:40