Azərbaycan toponimikasının aktual problemlərindən biri də Qarabağın ayrı-ayrı bölgələrinin toponimik aspektdə tədqiqata cəlb edilməsidir. Apardığımız araşdırmalar göstərir ki, son illərdə Azərbaycan toponimlərinin-oykonimlərinin tədqiqinə maraq xeyli artmışdır. Məhz bu baxımdan Azərbaycanın Qarabağ bölgəsinin oykonimlərinin öyrənilməsinə cəhd göstərilməsi elmi əhəmiyyət kəsb edir. Qarabağ bölgəsinin coğrafi adlarının araşdırılması (oykonimlərin), onların məna açımı, təsnifatı problemin aktuallığını şərtləndirən, həmçinin səciyyələndirən əsas amillərdəndir. Nəzərə alsaq ki, bu gün də Qarabağ bölgəsinə düşmən iddiası var, onda bu qədim diyarın toponimiyasının öyrənilməsi, tədqiq edilməsi zərurəti yaranır. Bu isə problemin aktuallığını bir daha artırır.
Bu yazımızda Qarabağın Füzuli bölgəsində qərar tutan 2 Yağləvənd (Aşağı və Yuxarı) kəndinin ad açımını öyrənəcəyik. Onu da qeyd etməyi özümüzə borc bilirik ki, Yağləvənd oykonimi və onun yaranma yolları xüsusi tədqiqat obyekti olmamışdır. İlkin cəhd olduğundan yanlışlıqların olması mümkündür.
Yağləvənd adının elmi açımı savaş terminləri ilə bağlıdır. Adının birinci kompanenti olan “yağı” sözü əski türk dilində “qiyamçı, asi, düşmən və çölçü” anlamlarında açıqlanır. İkinci kompanenti “ləvənd” isə “əsgər, azad, sərbəst, məğrur, cəsur, içkili” anlamlarında işlənir.
Ləvənd (Ərəbcə lavənd yazılırdı لاوند) - dəliqanlı, boylu-boslu, yaraşıqlı, igid, çevik kimi anlamlara gələn və cəmi ləvəndat olan söz, bir sıra piyada və dəniz əsgərlərini ifadə edirdi. Bunlar, donanma və piyada ləvəndləri olmaq üzrə ikiyə ayrılırlar: Donanma ləvəndləri: Dəniz qələminə bağlı sancaqlarda yerli qul əsgərlərinə verilən addır. Bunlar da Ləvənd-i türki, Ləvənd-i rumi olmaq üzrə iki qrupa ayrılırdılar. Bu ləvəndlər donanma xidmətinə İnəbahtı savaşından (7 oktyabr 1571) sonra daxil olmuşdular. Dərya-dəniz sancaq bəylərinin əmrində səfərə çıxardılar. Bunlar timarlı dəniz əsgəri olub, donanmada piyada əsgəri olaraq işlənilirdi. Qılınc, mizraq, uzun lüləli tüfəng və tapança daşıyırdılar. Yunan ləvəndləri isə daha çox, kürəkli çəktirilərdə xidmət edirdilər. Ləvəndlərin sərkərdəsinə "Şəh ləvənd" deyilirdi. Xidmət etdikləri gəmilərə görə "Kürəkli, Freqat, Qaleon ləvəndi" adını daşıyırdılar, içlərində ən çox xidmət edəni də, gəminin qıç kasarasında vəzifə apardığı üçün "qıç ləvəndi" adını daşıyırdı.
Türk və yunan ləvəndlərinin qiyafələri fərqli idi. Türklər ümumiyyətlə, başlarına qırmızı barata, arxalarına qollu, ağ göynək üzərinə qırmızı çəpkən, ayaqlarına mavi rəngdə qısa şalvar ilə yəməni geyər, sarı qurşaq sarıyırdılar. Yunan ləvəndləri də, mavi sarıq və qurşaq ilə yaşıl çəpkən və qısa şalvar geyərdilər. XVII əsrdə yunan ləvəndləri dağıldiqdan sonra, türk ləvəndlər, qalyonçu adını aldılar və Osmanlı donanmasının xidməti əsgərləri halına gəldilər. Donanmanın hər il səfərdən dönüşündə yoxlamaya tabe tutulurdular, səfərə qatılmayanların qeydləri silinərək maaşları kəsilirdi. Bunlardan İstanbulda oturanlara "Yerli ləvəndlər" deyilirdi. Başçıları "Ləvənd ağası" ünvanını daşıyır, bunların amiri "Baş ağa" ünvanıyla anılırdı.
Piyada ləvəndləri: Osmanlılarda XVI əsrdən etibarən sərsəri, avara, quldur taqımından meydana gələn bir də piyada ləvəndləri vardı. Bunlar donanma ləvəndlərinin açiqda qalmaları üzərinə Anadoluda əyalət və sancaqlarda xidmət almaları ilə "Atlı ləvənd" və ya "Ləvənd süvarisi" yaxud "Qapılı ləvənd" adı ilə yeni bir əsgəri sinif meydana gətirmişdilər. Xidmət tapmayanlar da başıboş, sərsəri olduqları, quldurluq etdiyi üçün bunlara da "Qapısız" yaxud "Qara oğru ləvənd", “Yağı ləvənd” deyildiyi bilinir. XVI əsrdə piyada ləvəndlərinin doğuşundaki sosial səbəblərin başında, Anadoluda toplanan əhali çoxluğundan gəlirdi. Zəngin dövlət məmurlarına və böyük tüccarlara ağır faizlərlə borclanan, zamanla borcunu ödəyə bilməyən əkinçilər torpaqlarını əllərindən qaptırırlar və ya yerlərini tərk edərək işsiz, gücsüz, aylaq-avara bir taqım meydana gətirirdilər ki, bunlara "ləvəndat" da deyilirdi. Ləvəndlərin toplanıb üsyan etmələri Konya savaşından sonra özünü göstərir. Bu savaşda məğlubiyyətə uğrayan ləvəndlər, bəzi bölgələrdə quldurluq hərəkətlərinə girişmişdilər. Ləvəndlərin həramilik deyilən bu hərəkətlərini önləmək üçün Sultan Qanuni Süleymanın silahları toplatma çabası fayda verməmişdi. III Murad əli silah tutan rəiyyəti Ləvənd bölükləri olaraq təşkilatlandırdı. Fəqət bunlar maaş almadıqlarından yenə bir soyğunçu olaraq qaldılar. 1578-ci ildə Lələ Mustafa paşa İran səfərinə çıxdığı zaman orduya qatılmayan ləvəndlər, işdən uzaqlaşdırılmış və qaçaq hökumət mənsublarının başçılığında toplanaraq ilk ləvənd bölüklərini meydana gətirmişdilər. XVII əsrdə Anadolu, ləvənd adını alan bu kimsələrin çeşidli davranışlarına səhnə olmuşdur. 1595-ci ildə III Mehmed, Eğri səfərinə çıxmadan öncə yeni bir dövlət fərmanı hazırladı və qapılı, qapısız deyilən ləvənd quldurlarına qarşı xalqın igidbaşılar başçılığında "el-ərləri" meydana gətirmələrinə izin verdi. Fəqət Anadoluda və Rumelidə qapılı, qapısız, bəylik və ya oğru ləvəndlərin elə və kəndlərə etdikləri zülmün önü alınmadı. Bu üzdən 1688-ci il tarixində ləvəndlərin göründükləri yerdə öldürülmələrinə qərar verildi. Bu tədbirlər də bir nəticə verməyincə 1699-cu ildə hazırlanan bir fərmanla, qapılı ləvəndlərin ləğv edilib, yerinə "beşli tüfəngçi" və "dəli" yazılması istənildi. (Kramers, J. H. (1986). "Lewend". In Bosworth, C. E.; van Donzel, E.; Lewis, B. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume V: Khe–Mahi. Leiden: E. J. Brill. pp. 23–24; Uyar, Mesut; Erickson, Edward J. (2009). A Military History of the Ottomans: From Osman to Atatürk)
1723-cü ildə İran səfərinin başlamasıyla ləvəndlərin quldurluq hərəkətləri yenidən ortaya çıxdı. 1776-cı ildə də bir fərmanla varlıqları mütləq olaraq ortadan qaldırıldı.
Yağləvənd oymağının adlanmasının kökü 1402-ci ildə baş vermiş Ankara savaşı ilə bağlıdır. Ankara döyüşü Əmir Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankaraya 20 km. yaxınlıqdakı Çubuq düzənliyində başa vermişdir.
Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Əmir Teymur 150 minlik ordu və 32 fillə çıxdı. 1402-ci ilin yazında Əmir Teymur Ankaradan şərqdə yerləşən Sivas şəhəri daxil olmaqla bir neçə şəhəri zəbt etdi. Paytaxtı müdafiyə edərək Bəyazid Sivasdan 150 km aralı olan, və Əmir Teymurun atlılardan istifadə imkanını daraldan, dağlıq-meşəlik yerdə mövqe tutdu. Osmanlı ordusunun Misirlə əlaqəsini kəsmək və onu düzənliyə cəlb etmək üçün, Əmir Teymur Qeysəriyyəyə tərəf getdi, cənubdan Ankaraya çıxdı və onu mühasirəyə aldı. Bəyazid öz mövqelərindən çəkilib paytaxta tərəf tələsdi. Onda Əmir Teymurun qoşunları Ankaranın mühasirəsini qaldırıb, kiçik keçid edərək düşərgə saldılar və möhkəmləndilər. Tez yürüşdən yorulmuş osmanlılar, əsas qüvvələrini mərkəzdə cəmləşdirərək döyüşə girdilər. Teymurluların isə əksinə güclü cinahları və böyük ehtiyat qüvvələri var idi. Döyüşü Əmir Teymurun yüngül süvariləri başladı. Əmir Teymur ağır atlıların ardıcıl hucumlarıla osmanlıların sol cinahında durmuş serblərin cərgələrini pozdu və onları yandan aldı. Osmanlıların sağ cinahında durmuş 18 minlik tatar ordusunun və həmin cinahda duran 18 min Anadolu türkmən bəylərinin xəyanəti və Əmir Teymurun tərəfinə keçməsi döyüşün taleyini həll etdi.
Bu faktlar eynən Sovet hərbi ensiklopediyasında da təkrar olunur. (Советская военная энциклопедия Москва - 1976 Т. 1 стр. 190)
Osmanlı ordusunda olan Qara Tatarların Əmir Teymurun tərəfini tutması tarixi ədəbiyyatda olduqca az işıqlandırılıb. Beləki döyüşün taleyində onlar xeyli rol oynayıblar. Fil hücumunun ardından Əmir Teymur, mərkəz qüvvələrinin Yeniçərilərə hücum etmələrini əmr etmişdi. Bunu görən I Bəyazid, Rumeli birliklərinin hücum altında olmasından dolayı, ordusunun sağ cinahında olan Qara Teymurdaş paşa başçılığındakı Anadolu əsgərlərini və Qara Tatarları, Yeniçərilərə yardımçı olaraq savaş meydanına göndərmək üçün əmr verdi. Fəqət Əmir Teymur ilə daha öncədən anlaşmış olan Qara Tatarlar, təərrüz sırasında Bəyaziddən üz döndərərək yön dəyişdirmişdilər. Qara Tatarlar Rumeli və Serb əsgərlərinin arxasına keçib, onlara ox yağdırmaq surətiylə hücuma keçirlər. Miranşah ilə Süleyman Çələbi arasında baş verən çatışma sırasında, Əmir Teymur tərəfində olan Anadolu bəylərinin öz bayraqlarını açması nəticəsində, bunları fərq edən Osmanlı ordusundakı Anadolu birlikləri də, öz bəylərinin yanında səf tutaraq, Əmir Teymur tərəfə keçirlər. Yeniçərilər və Rumeli birliklərinin heç gözləmədiyi bu hücum qarşısında Osmanlı ordusu tam bir məğlubiyyət havasına girmiş olur. Bir tək Rumeli və Serb müttəfiqləriylə yeniçərilər arxa çevirməyərək Bəyazidin yanında sonuna qədər savaşdılar. (Alphonse de Lamartine (Eylül 2005) [1854]. Historie de la Turquie Aşiretten Devlete). Bilge Kültür Sanat. (Çeviren: Dr. Reşat Uzmen). s. 120,126,154, 159.)
Həmin dövrdən sonra Caunqar ləvəndlərini Yağı Ləvənd - asi, yağı, düşmən ləvənd adlandırlar. Əmir Teymur onları özü ilə gətirib Qarabağda məskunlaşdırır.
Qarabağ bölgəsinin toponimik mənzərəsi olduqca zəngin və rəngarəngdir. Böyük ərazini əhatə edən bu bölgənin coğrafi adlarının sistemli şəkildə öyrənilməsi, təhlil edilməsi, toponimlərin leksik, qramatik, fonetik quruluşunun xüsusiyyətlərinin aşkara çıxarılması vacibdir. Yağləvənd oykonimi. İndiyə kimi bu adın tədqiqata cəlb edilməməsi yanlış mühakimələrə gətirib çıxarmışdır. Qeyd etməliyik ki, toponimlərin izi ilə bölgənin təbiəti, təbii sərvətləri, burada yaşayan əhalinin etnik mənşəyi haqqında təsəvvür yaratmaq mümkündür. Tədqiqatlarımız davam edir.
Yağləvənd adının mənşəyinə dair

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:09