Cəmil bəy Şirinbəyli: O, Haqverdiyevi qorudu, Haqverdiyev də onu qurtardı..

Cəmil bəy Şirinbəyli
Azərbaycan tarixində milləti və xalqının inkişafı üçün sərmayəsini, məzlumlara himayəsi əsirgəməyən, dövrün nüfuzlu bir şəxsiyyəti sayılan Cəmil bəy Şirinbəylini gənclik tanımır. Tanıdaq.
Cəmil bəy Qarabağda, Şuşada tanınmış soy olan şirinbəylilərə mənsubdur. Bu soy Qarabağın ellərinin aparıcı və nəcib qolu olan cavanşirlərdəndir. Şirinbəylilər Azərbaycan mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Onlar həm də xalqımızın xeyriyyəçilik ənənələrini yaşatmışlar.
Şirinbəylilər soyunun ulu babası Əlinağı bəy Şuşa şəhərində ömür sürmüşdü. Onun fəaliyyəti haqqında geniş məlumat yoxdur. Tarixi-genaoloji dəlillərə əsaslanan bir ehtimala görə, Əlinağı bəy xan ailəsi ilə qohumdur.
Əlinağı bəy Mehri xanımla ailə qurmuşdu. Şirin bəy adlı oğlu vardı.
Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Şirin bəyin törəmələri Şirinbəyov soyadını daşıyırdılar.
Şirin bəy Kərbəlayı Tükəzban xanımla ailə qurmuşdu. Hüseyn bəy, Həsən bəy, Tağı bəy, Zeynal bəy, Məhəmməd bəy adlı oğulları vardı.
Şirin bəyin ikinci oğlu Həsən bəy 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsən bəy Həşim Hacı Əli oglunun qızı Dürdanə xanım ilə ailə qurmuşdu. Ağalar bəy, Yusif bəy, Xanlar bəy, Bəylər bəy, Cəmil bəy, Şəmil bəy adlı oğulları, Təzəxanım xanım, Mina xanım, Səmayə xanım adlı qızları vardı.
Kərbəlayı Həsən bəyin beşinci oğlu Cəmil bəy 1879-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Real məktəbdə oxumuşdu. Ərəb, fars, rus və fransız dillərini bilirdi.
Cəmil bəy Şirinbəyli ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdü. Şəhərdə Tütün fabriki (История Азербайджана с древнейших времен до начала XX в. - Баку: Элм, 1995 - 432с. C.175), şüşə zavodu və bir neçə dükanı vardı. Onu neft quyuları almağa şirnikləndirsələr də, sərmayəsini qeyri-neft sektoruna yatırmışdı.
Cəmil bəy Şirinbəyli II Gildiya tacir kimi Orta Asiyadan Qafqaza qaragül dərisi gətirdir, Məşhəd və Aşqabada xalça aparırdı.
Cəmil bəy Şirinbəyli səbirli, təmkinli, tədbirli bir şəxs idi. Ancaq hirslənəndə qabağına çıxan olmazdı. 1905-ci ildə sürgündən qayıdıb, Bakıda məskunlaşmış əmisi Tağı bəyi qonaq çağırmışmışdı. Yolda ermənilər əmisini öldürmüşdülər. Mir Möhsün Nəvvab yazır: «Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən ataşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, 128 səh. s.17). Cəmil bəy onaçılanı götürüb, erməni səngərinə yollanmışdı. Qatil-quldur ermənilərin leşləri küçədə qalaq-qalaq qalanmışdı.
Cəmil bəy Şirinbəyli Bakıdakı tütün ticarətini ələ almaq istəyən Mirzabekyantsı o qədər döymüşdü ki, bir ay məclisə gəlməmişdi. Sonra siqar və papiros qutularına beşlik-onluq qızıllar qoyub, tədavülə buraxmışdı. Siqaret çəkən bütün şəhər əhli “Ширинбеков» çəkməyə başlamışdı.
Cəmil bəy Şirinbəyli hansı məclisə, mərəkəyə, məhəlləyə yollanırdısa, o səmtdə qoçular görünmürdülər. Dəfələrlə Əhməd bəy Ağaoğlunu, Üzeyir bəy Hacıbəylini, Nəcəf bəy Vəzirovu və Əbdürrəhim bəy Haqverdiyevi qaraguruhçuların çəngindən qurtarmışdı.
Şəhərdə teatr tamaşaları göstəriləndə Cəmil bəy Şirinbəyli gəlib zalın önündə əyləşirdi. Ta o səmtə bir qoçu, bir qabadayı ürzükmürdü.
Həmşəri hamballarını bir qoluzorlu incidəndə, onlar bir ağızdan deyirdilər: “Cəmil bəy ağamıza deyacağıq!”. Bu adı çəkəndən sonra əmin-amanlıqda olurdular.
Cəmil bəy Şirinbəyli mesanat və maarifpərvər bir şəxs idi. Bir neçə məktəbə hamilik edirdi. Onun maarifpərvər xidmətləri əsasən kasıb övladlarının məktəbə cəlb edilməsi ilə bağlı idi.
Cəmil bəy Şirinbəyli Bülbüllə uşaqlıq dostu idi. Onun Avropada oxumasına yardım etmişdi.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişdi. Cəmil bəy Şirinbəylinin varı-varidatı əlindən alındı.
Cəmil bəy Şirinbəylini sürgündən Əbdürrəhim bəy Haqverdiyev xilas etmişdi. Keçmiş Basin kucəsiylə evə gələndə Əbdürrəhim bəy təsadüfən onunla rastlaşır. Baxır ki, Cəmil bəy başı aşağı qanıqara, dilxor gedir. Sorusur ki, Cəmil, nolub? Cəmil bəy də qayıdıb ki, bəy, Xanları apardılar. Yəqin ki, bir-iki günə məni də tutacaqlar. Deyir gedək mənimlə. Cəmil bəyi aparib teatra aktyor kimi yazdırir. Cəmil bəy Şirinbəyli bir müddət teatrda epizodik rollarda oynayır.
Cəmil bəy Şirinbəyli daha sonra emalatxana açmış, dəri-qalantereya ilə məşğul olmuşdu. Erməni rəqibləri nə qədər çalışsalar da, onu tutdura bilməmişdilər. Mir Cəfər Bağırov gödəkçəsini Cəmil bəyə hazırlatdırırdı.
Günlərin bir günü Cəmil bəy Şirinbəylini Daxili İşlər Xalq Komissarlığına çağırırlar. İranda yaşayan bacısıoğlu ona düyü göndərmişdi. Stalin öldüyündən incidilmədi. Amma qəti xəbərdarlıq aldı ki, “İran plovu”nu tərgitsin. Türkiyədən digər bacısı oğlu – Hüseyn Bayqara maestro Niyazidən ona üzük göndərmişdi. Cəmil bəy sidq ürəklə üzüyü Niyaziyə bağışladı.
Cəmil bəy Şirinbəyli ölənə qədər qardaşı Xanlar bəyin yolunu gözlədi. Son sözü “Xanlar gəldimi” oldu..
Cəmil bəy Şirinbəyli 2 fevral 1960-cı ildə vəfat edib. Yasamal qəbrstanlığında dəfn edilib.
Cəmil bəy Şirinbəyli əslən Lənkərandan olan Avropa təhsilli vəkil Ağa bəy Bayrambəyovun qızı Münəvvər xanımla ailə qurmuşdu. Tofiq bəy, Faiq bəy, Namiq bəy adlı oğlanları, Şərqiyyə xanım adlı qızı vardı.

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
23:18