Ömür boyu marığa yatıb, girəvə gəzən ermənilər nəhayət belə bir fürsət ələ keçirdilər. 1905-ci ildə mərkəzin zəifləməsini artıq hiss etdiklərindən Böyük Ermənistan ideyasını türk-müsəlmanların hesabına həyata keçirmək fikrinə düşdülər. Qafqazda qan-qırğın ocaqları yaratdılar. Dövlət tərəfindən onlara “dur” deyən tapılmadı. Qarabağın başbilən, başçı təbəqəsi əhalini qorumağa qalxdı. Qalxanlardan biri də Cavad ağa Cavanşir idi.
Cavad ağa Qarabağda, Şuçada məşhur olan cavanşirlər soyuna mənsubdur. Bu soy Cavanşir elinin aparıcı və nəcib oymağı Sarıcalı camaatına başlıdır. O, Hidayət ağanın oğlu, Cəfərqulu xanın nəvəsi, Məhəmmədhəsən ağanın nəticəsi, İbrahimxəlil xanın kötükcəsidir.
Cavad ağa Hidayət ağa oğlu Cavanşir 1852-ci ildə Şuşa şəhərində doğulmuşdu. Əvvəlcə ailə təhsili almış, sonra şəhər məktəbini tamamlamışdı. Cavad ağa 19 may 1867-ci ildə silahşor rütbəsinə layiq görülmüş və əlahəzrətin leyb-qvardiya atlı alayında xidmətə başlamışdı. 30 oktyabr 1867-ci ildə yunker çini almışdı.
Cavad ağa Cavanşir ordudan tərxis olduqdan sonar mülkünü idarə еtməklə dolanırdı. Yayını şəhərdə, qışını kənddə kеçirirdi. Bütün Şuşa şəhərinin ağsaqqalı idi. Şəhərin bəy-böyükləri məsləhətə, məşvərətə onun yanına gələrdilər. Hеç kim Cavad ağanın sözündən çıxmazdı. Qarabağda, Qaradağda at oynadan, asdığını asan, kəsdiyini kəsən, ağalar, bəylər zəhmindən zağ-zağ əsən Qaçaq Sülеyman yalnız Cavad ağanı еşidirdi.
Cavad ağa Cavanşir “Difai” təşkilatının üzvü olmuşdu. O, missiyasını üzvülüklə tamamlamamışdı. Əhalinin müdafiəsini təşkil etmişdi.
1905-ci ildə Şuşa ən qaynar nöqtələrdən birinə çevrilmişdi. Avqustun 16-da kazaklar qaçmağa cəhd edən bir ermənini öldürdülər. Ermənilər dərhal bunun təqsirini
Türk-müsəlmanların üstünə yıxdılar, münaqişələr, talanlar başlandı. Ermənilər şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələrini qılıncdan keçirirdilər. 1905-ci ilin avqustun 17-də Şuşanın Köçərli və Xəlfəli məhəllələrinə hücum edildi. Azərbaycanlı gənclər artıq hakimiyyət orqanlarının onları dilə tutmasına məhəl qoymadan ermənilərə qarşı çıxış etmək qərarına gəldilər. Onların hücum əzmi o qədər yüksək idi ki, təpədən dırnağa qədər silahlanmış ermənilər qaçmağa məcbur oldular.
“Həyat qəzetində yazılır: “Həyat qəzeti, №96. 6 noyabr 1905-ci il Erməni mətbuatı (“Nordar”ın 35-mci nömrəsindən) Bəglərin əməlləri Şuşa. 17 oktyabr. Ən nüfuzlu bəglərdən birisi Cəfər bəg Vəzirov Ağdamda bər əksi-dövlət və bər əksi-erməni sözlər nəşr edübən, ətrafın cəmi müsəlmanlarını məscidə yığub Qurana and versünlər ki, nə pristav, nə də bir qeyri hökumət əhli tanımasunlar və hər bir binagüzarlığı 18961897-mci sənələrdə Gəncə qubernatoru Daznanya təyin ediyor və təftiş vəqti Vəzirovun proğramması zühura çıxur və nəticəsi bu olur ki, Vəzirov 3 ay Tiflis həbsxanasında əgləşür. Həbsxanadan azad olub vətəninə müraciət edən kimi Vəzirov artuq səy ilə öz vətəndaşları arasında panislamizm təbliğinə şüru ediyor, ta ki, öz iblisanə səbəb və fürsət düçar oluyor. Avqustun 14-də, yəni Şuşa iğtişaşından 2 gün əqdəm, Vəzirov Şuşanın bəglərindən bir məclis cəm etdi, əz an cümlə haman məclisdə Cavad ağa Cavanşir, Səlim bəg Rüstəmbəgov, Bahadur bəg Qalabəgov və Məhəmməd ağa Əbraxanovlar da var idilər. Məclisin üzvləri qazının hüzuruna gedüb orada böylə qət etdilər ki, Şuşa ermənilərinə hücum edüb, özlərini qırub, dövlətlərini qarət etməgdən ötri hər bir bəg öz mahalından Şuşaya 300 nəfər yaraq-əsbablı süvarələr gətürsünlər. Bu məsləhət olan kimi uyezdlərin kəndlərinə qasidlər göndərildi ki, zeyldə zikr olunan vədlər öz süvarilərini götürüb tez Şuşaya gəlsinlər. Hüseyn ağa Cəbraildən 300 süvarə, Adgözəl bəg Cavanşirdən 300 süvarə, Cəfər bəg Vəzirov Hindarxı, Kəngərli, Göy təpə, Ətyeməzli və Beşdəkli kəndlərindən 300 süvarə, Səlim bəg Ağcabədi, Zəngişallı, Mahruzlı, Əfətli və Novruzlı kəndlərindən 300 süvarə; Cavad ağa Cavanşir Saybalı, Seyidli və Ağdam kəndlərindən 300 süvarə, Bahadır bəg Xıdırlı və Abdal Gülablı kəndlərindən 300 süvarə və Məhəmməd ağa Kürtlərdən və Zarıslılardan 300 süvarə. Zikr olunan bəglər öz dəstələrilə Şuşaya varid olunca şəhərin müsəlmanları onları gözləməyüb avqustun 16-sında qırğın başladılar bu məqsud ilə ki, gözlədikləri qarətləri özləri aparsunlar, likən məqsudlarına çatmadılar. Avqustun 17-dən 18-dək yuxarıda zikr olunan bəglər öz süvarilərilə şəhərə varid olub dəstə-dəstə qazının hüzuruna gedürlər idi. Burada Qurana and içəndən sonra molla onların qabağında mərsiyə oxuyor idi. Dəhşətli dava beş gün müdavimət edəndən sonra müsəlmanların mübaşirləri gördilər ki, ermənilər onlar içün hazırlanmış xörək degillər ki, əlləri ilə tənavül edələr. Və buna bər-əks ermənilərin 1-2 xırda dəstələri minlərcə müsəlman dəstələrini şiddətlü zərbə yetürürlər. Belə olan surətdə müsəlmanlar qazıdan təvəqqe etdilər ki, ermənilərdən barışıq təvəqqe etsün. Müsəlmanların igitlərin dəstələrindən bir hissəsi Şuşada qırıldılar və qalanları kəndlərə müraciət edən vaxt Əskəran adlı yerdə erməni igitlərin vəhşətli gülləbaranına fəda oldılar. Bu hadisələrdən sonra məzkur Vəzirovun hökmi ilə müsəlmanlar ermənilərin Ağdamda bulunan ipək və ərəx karxanalarını odlayub çırağvan etdilər. Vəzirov müsəlmanlara söz vermiş idi ki, onların bağların üzümüni qeyri karxanaların sahiblərinə artuq qiymətə satacaqdır bir manatdan. Amma nəticəsi bu oldı ki, Ağdam müsəlmanlarının ümdə güzəranlarını keçürən üzümün putunu Gəncədə bulunan Almaniyalı karxanaçıları 25 qəpiyə də almadılar və çüriyüb tərk oldı. Şimdi haman Vəzirov Ağdamda əgləşüb müsafir erməniləri söydirür və müsəlmanlara bərk qadağan edüb ki, ermənilərə heç bir şey satmasunlar. Malakanlar dirilik sursatı almaq içün Ağdam bazarına gedüblər imiş. Vəzirov onlar alduqları şeyləri meşoqlarından boşaltdırub onları hədələmişdir ki, hərgah ermənilərə bir şey satsalar, onlar da qırılasıdırlar. İdarədən: Daha bundan artuq qıpqırmızı yalan və laf – güzaf etmək olmaz. “Nordar” qəzetəsinə yaxşı məlumdur ki, Şuşa qovğasını başlayanlar ermənilərdir ki, yaxşı bu işə aylarca hazırlaşmışdılar və həmçinin məlumdur ki, hansı igitlər kazarmada övrətlər tumanının altında gizlənürdilər və kimlər çöllərə töküldi. Lakin qəzetə özinə və öz oxucularına təskinlik verür və yaxşı edir, çünki böylə qəzetələrdə ki, erməniləri müsəlmanlar barəsində i ştibaha salub qovğaya vadar etdilər, bəglər barəsində yazmağı da məhz kizb və iftiradır. Cümlə Şuşaya məlumdur ki, Cəfər bəgin and vermək maddəsi Xublarov işi deyilən cinayətdə zühur etdi. Bu işi Cəfər bəg açmışdı və Xublarov illərcə həbsdə yatub boğazını kəndirdən çox müşgülata qurtardı. Sonra Xublarov intiqam məqamına gəlüb haman and iftirasını düzəldib Cəfər bəgi işə salmaq fikrinə düşdi. Cəfər bəg isə həbsdən bir həftə də belə qalmayub bəraət zimmət etdi. Şimdi bu iftiranı tazələndirməgdən məqsəd nədir? Qeyr bəglərə gəldigdə bu haman Cavad ağa Cavanşir və qeyrləri deyir ki, erməni dəstələri onları: “Getsə Cavad ağa, getsə Cavad ağa” – deyə-deyə istiqbal edirdilər? Bu haman bəglər degil ki, ermənilərin müsəlmanlara etdigləri cəbr və zülm və qan tökməsini örtüb qoymadılar ki, müsəlmanlar hərəkət etsünlər? Bu haman bəglər degil ki, minlərcə ermənilər mühafizət edüblər? Şimdi nə oldı?! Əcəba, erməni qəzetələri bu iftiralar iləmi istiyorlar ortalığa saziş versünlər?! Daha bəs degilmi? Haçanadək? Nə üçün ermənilər öz qəzetələrinə qadağan etmiyorlar böylə iftira yazmasunlar? “Həyat” məhz sülh və saziş xatirəsi içün doğrunı da yazmaqdan çəkinür. “Həyat”ın fikrinə bu məqamda Rusiyanın bu halında, Qafqazın bu övzaında böylə yazılar külli zərərdən savay bir nəticə verməz. Əcəba vəqt degilmi ki, bir az özimizə gəlüb, əqlimizi başımıza cəm edək?
“Novoe obozrenie” 178-ci nömrəsində yazılır: Avqustun 21-də Tiflis şəhər idarəsinin rəisi Şuşadan böylə teleqram almış: “Sülh olundı. Camaat erməni ruhaniləri ilə bərabər şəhəri dövr etdi. Camaat sakitdir.” İmza: Yepiskop Aşot, Şəhər idarəsinin rəisinin yerini dolandıran Kələntərov, qazı Oruczadə, Cavad ağa Cavanşir.
Tiflisdə nəşr olunan “Novoye obozreniye” qəzetəsində oxuyuruq: “Şuşadan yazıyorlar: Avqustun onundan Şuşa həyəcanlı bir halətdə idi ta ki, avqustun 16-da axşam saat beşdə birdən atışma başlandı. Atışma 17-mci gecəsi dayandı isə də, vəli gənə başlandı. Kazaklar məkanlarda dayanub erməni könilliləri ilə bərabər müsəlmanları atırdılar. Müsəlmanların hesabı çox idi. Avqustun 18-də sübh müsəlman tərəfində olan evlər başladılar yanmağa. Böylə ki, axşam şəhərin çox adamlı, ən dövlətlü hissəsi yanquya giriftar oldı. Bu haləti-ruhiyyə əziyyət- verən bir mənzərə idi. Erməni tərəfində 150-yə yaxın ev və müsəlman tərəfində əlliyəcən evlər yanmışlar. Avqustun 19-da elə ki, hər iki tərəfdən tələf olub yaralanmışların hesabları artdı v ə yanqı h ər anda tazə evləri əhatə etməsi başladı, müsəlmanların vəkili Cavad ağa Cavanşir erməni ruhaniləri ilə bərabər erməni tərəfində baş və kor küçələri gəzib camaatı sülh və islaha dəvət etdi. Onların əqəbində ermənilər dəstə-dəstə gəzərək: “Huray, sağ olsun Cavad ağa” – deyə-deyə qışqırdılar. Elə ki sülh verənlər köhnə qəbiristanlığa yetüşdilər (bura erməni məhəlləsinin axırıdır) müsəlmanlar başladılar atışmaqı. Sonra müsəlmanlar derdilər ki, onlar sülh başlamağı bilmədigi cəhətindən atmışlar. Ermənilər onların atışmalarına cavab verdilər və tazədən atışma başlandı. Avqustun 20-sində rahatlıq oldı. Bir az zamandan sonra müsəlmanlar öz mötəbər zəvatlarından göndərüb barışmaq xahiş elədilər. Ermənilər şad olub onları istiqbal elədilər. Sülh verənlər musiqi dəstəsi ilə bərabər şəhəri gəzüb müsəlmanları və erməniləri sülh və islaha dəvət eləyüb rahat olmağı tələb edirdilər. Çoxusu öpüşüb ağlaşırdılar. Beş gün şəhərdə bərk atışma olub, şəhərin evləri yanmışdır. Burada Bakuda vaqe olan qırğın olmayub, vəli tulanə atışma olub, yanqı zühura gəlmişdir.”
Cavad ağa Cavanşir şair idi. Azərbaycan və fars dillərində şеirlər yazırdı.
Cavad ağa Cavanşir 1930-cu ildə vəfat еdib.
Cavad ağa Sarayülmalik xanım Qacarla yaşam qurmuşdu. Hidayət ağa, Kеykavus (Kikil) ağa, Davud ağa adlı oğulları, Validə bəyim, Adilə bəyim və Əminə bəyim adlı qızları vardı.
Cavad ağa Cavanşir öz boyun borcu olan öhdəliklərini yerinə yetirmişdi. Bəs biz? Unutmalıyıqmı? Buyurun unudun…
Cavad ağa Cavanşir - ARAŞDIRMA

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:28