Azərbaycan pedoqoqikasında ləyaqət, cəsarət və sədaqətlə xidmət edən müəllimlər çox olub. Onlardan biri də İsfəndiyar Vəlixanlıdır.
İsfəndiyar Qarabağda, Şuşada məşhur olan vəlixanlılar soyuna mənsubdur. Bu soyun ulu babası Vəlixandır. Vəlixan bəzi bilgilərə görə Vərəndə mahalının Xəlifəli kəndində yaşamışdı. O, Əhməd xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin nökəri idi. Qarabağ hakimi İbrahimxəlil xan Xəlifəli camaatından mərd və igidliyinə görə 3 qohumu (Vəlixanı, Cəbrayılı və Allahverdini) sarayına cəlb etmiş, avar əsilli arvadı Bikə ağanı, oğulları Xanlar ağanı və Əhməd xanı qorumağı tapşırmışdı. O vaxtdan Vəlixan Şuşa şəhərinə köçmüş, Çölqala məhəlləsində məskunlaşmışdı.
Vəlixanın Hüseynxan, Zeynal, İmanxan adlı oğlanları vardı.
Vəlixanın üçüncü oğlu İmanxan 1823-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rastabazar ətrafında ətiriyyat dükanı vardı.Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi İmanxanın Bəylər, Zülfüqar, İskəndər adlı oğulları vardı.
Məşədi İmanxanın üçüncü oğlu İskəndər 1872-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
İskəndərin İsfəndiyar adlı oğlu vardı.
İsfəndiyar İskəndər oğlu 3 iyun 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. 1921-ci ildə Şuşa ibtidai məktəbinin üçüncü sinfini bitirmiş, sonra təhsilini Bakıdakı S. S. Axundovun müdir olduğu 77 mömrəli ibtidai məktəbdə davam etdirmişdir. 1923-cü ildə oranı bitirmiş, daha sonra isə Səməd bəy Acalovun rəhbərlik etdiyi pedaqoji təmayülü 18 nömrəli məktəbdə oxunmuşdur. Sultan Məsid Qənizadə, A. İsrafilbəyli, Ə. Qasımzadə kimi pedaqoqlardan dərs almışdır. 1928-ci ildə məktəbi bitirmiş və Şəkinin Qudula kənd məktəbində müəllimliyə başlamışdır. Sonra Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş (1930-1933), yenidən kəndə qayıdaraq 1946-cı ilə qədər müxtəlif rayonlarda dərs demişdir. (Kürdəmir, Şirvan, Sabirabad, Samur, Xaçmaz, Saatlı). Bir müddət Azərbaycan SSR Xalq Maarif Komissarlığında inspektor işləmiş, 1946-1949-ci illərdə aspiranturada oxumuş və sonrakı pedaqoji fəaliyyətini Azərbaycan Pedaqoji İnstitutunu ilə davam etdirmişdir.
Əvvəlcə pedaqoqika fakültəsində laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1959-cu ildə yeni təşkil olunmuş ibtidai təhsil pedaqotikası və metodikası fakültəsinin dekanı seçilmişdir.
İsfəndiyar Vəlixanlı 200-dən çox elmi məqalə, on kitab müəllifidir. “Pedaqoqika” tədris vəsaitinin (1958-1959; 1969) həmmüəllifidir “Pedaqoji institut tələbələrinin pedaqoji praktikası” və “Tələbələrin pedaqoqikası üzrə kurs işləri” kitablarının tərtibçilərindən biridir.O, institutunda pedaqoqika və psixologiya üzrə müdafiə şurasının elmi katibi və “Azəbaycan məktəbi” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Uzun müddət Azərbaycan SSR Maarif nazirliyi təlim-metodik komisiyasının ibtidai təhsil bölməsinə rəhbərlik etmiş, ibtidai siniflər üçün dərsliklərn və müəllimlər üçün metodik ədəbiyyatın nəşrinə yaxından yardım etmişdir.
İsfəndiyar Vəlixanlı 1975-ci ildə vəfat edib.
Onun haqqında yazılanları oxuyuruq: İsfəndiyar müəllim son dərəcədə peşəkar insan idi. Təkcə pedaqogika elminin sirrlərinə deyil, eyni zamanda həyat sirrlərinə bələd insan kimi həmişə öz məsləhətləri ilə tələbələrinin, gənc müəllimlərin gələrdi, öz sözləri ilə istənilən məclisi rövnəqləndirərdi..
İsfəndiyar Vəlixanlı haqqında tədqiqatçı Vasif Quliyev və pedeqoji elmləri doktoru, professor Fərrux Rüstəmov araşdırma aparıblar. Onların yazdıqlarına nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, şükür ki, fədailər, fədakarlar yaddan çıxmır. Bu ayaqdan hər iki dostumuza minnətdarlıq borcumuz var. Var olsunlar, qələmləri iti olsun!
Azərbaycan pedaqoqikasının inkişafında və onun yayılmasında böyük rolu və xidməti olmuş bu şəxs haqqında təəssüflər olsun ki, əvvəlki dövrlərdə nəşr olunmuş kütləvi nəşrlərdə, ensiklopediyalarda, o cümlədən soraq kitablarında hər hansı bir məlumat yoxdur. Yaxşı ki, onun xatirəsi xalq tərəfindən heç vaxt unudulmamış və bu gün də böyük hörmət və ehtiramla yad edilir.
İsfəndiyar Vəlixanlı: ləyaqət örnəyi

Vəlixanın törəmələri Vəlixanov soyadını daşıyırlar.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
14:01