Qəhrəman bəy Mirzəyev: Türk oğlu türkün hekayəti

Qarabağ mövzusuna müraciət edən erməni müəlliflərinin əksəriyyəti onun tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini, yerli Azərbaycanlı əhalisinin orada aborigen olması faktını saxtalaşdırılmış şəkildə təqdim edirlər. Erməni tarixçiləri arayıb-araşdırırlar, XIX əsrdə çar ordusunda, hüquq-mühafizə orqanlarında xidmət etmiş türkləri erməni kimi qələmə verirlər. Yaratdıqları “Hayazq” fondunun ensiklopediyasında Qəhrəman bəy Mirzəyev və onun kimi türk oğullarını “erməniləşdirmək”lə məşğuldurlar. (http://ru.hayazg.info/Мирзаев_Каграман-бек) Əlbəttə, erməni tərəfinin tarixi saxtalaşdırmaq və miflər yaratmaq sahəsində qeyri-adi istedadını nəzərə aldıqda hər iki saytda tarixi uydurmaların yer alması təəccüb doğurmur.  Bu iddianın əsassız olduğunu sübut etmək etmək üçün çox tutarlı dəlilərə ehtiyac yoxdur. Çünki bu soyun nümayəndələri hələ də Azərbaycanda yaşam sürürlər.

         Qəhrəman bəy Qarabağda, Şuşada ünlü olan mirzəyevlər soyuna aiddir. Bu soyun kökü Kəbirli elinin Novruzlu oymağına bağlıdır.Mirzəyevlər sоyunun ulu babası Mirzə Əlipənahdır.  Mirzə Əlipənah ХVIII yüzilin sоnu,  ХIХ  yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. Şəhərin ünlü ruhanilərindən оlmuşdur. Хana divanına yaхın üləmalardan sayılırdı.

Mirzə Əlipənahın Fətəli, Pənahəli adlı оğulları vardı.

Mоlla Əlipənahın ikinci оğlu Pənahəli 1804-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə охumuşdu. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı.

         Mirzə Pənahəli mülkədar idi. Nоvruzlu оbasında tоrpağı, bağ-bağatı vardı. Şəhərdə isə böyük imarət yiyəsi idi.

         Mirzə Pənahəli məktəbdar idi. Uşaqlara savad, şətiət oyrədirdi.

         Mirzə Pənahəlinin törəmələri Mirzəyev soyadını daşıyırlar.

         Mirzə Pənahəlinin Rüstəm bəy, Qəhrəman bəy, Həsən bəy adlı оğulları vardı.

Mirzə Pənahəlinin ikinci оğlu Qəhrəman bəy 1842-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra Qəza məktəbində охumuşdu. Orduda xidmət etmişdi. Pоdpоruçik rütbəsi almışdı.

Ordudan tərxis olunduqdan sonra Yelizavetpol quberniyası idarəsinə müraciət edib, polis sahəsində işləməyi bildirdi.

1867-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Keçmiş Qarabağ torpaqları bu quberniyanın tərkibində Şuşa və Zəngəzur qəzalarında birləşdirilmişdir. 1883-cü ildə Yelizavetpol quberniyasının tərkibində daha iki qəza - Cavanşir və Cəbrayıl qəzaları yaradıldı.

Həmin qəzalar da keçmiş Qarabağ torpaqlarını əhatə edirdi (Köçərli T. Qarabağ: yalan və həqiqət. Bakı, İrşad, 1998, 243 səh., s. 77).

         Qəhrəman bəy bir müddət Tiflisdə işləmişdi. 1880-ci ildə podporuçik rütbəsində Ərəş qəzasında polis pristavı vəzifəsində çalışırdı. 1883-cü ildə podporuçik rütbəsində Nuxa qəzasında polis pristavı vəzifəsində xidmət etmişdi. 1888-ci ildə həmin qəzanın Qutqaşen (indiki Qəbələ) kəndində polis pristavı vəzifəsində qulluqda idi.

         Qəhrəman bəy Mirzəyev 1890-1894-cü illərdə Zəngəzur qəzası rəisinin böyük köməkçisi idi. 

         XIX əsrin sonlarından başlayaraq erməni millətçi təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ və onun bir bölgəsi Zəngəzura yiyələnmək üçün cəhdlər göstərirdilər. Qəhrəman bəy daim erməni millətçiləri ilə mübarizə aparırdı.

Qəhrəman bəy Aftab bəyim Ağa bəy qızı Cavanşirlə və Sеyidbəyim хanım Hacı Sеyid Qasım qızı Ağamirоva ilə ailə qurmuşdu.

         Su yatar, düşmən yatmaz. Ermənilər Qarabağı mənimsəmək ötrü hər vasitəyə əl atıblar. Hətta məşhur şəxsiyyətlərimizi də özəlləşdirirlər. Bu sahədə araşdırmaların aparılması üçün faktoloji material kimi şəcərə tarixindən istifadə oluna bilər. Erməni saytlarının təhlili onu göstərir ki, bu kimi saytlar ermənilərin şüuruna Azərbaycan xalqının öz tarixi ərazilərində yad olduğunu və bununla da türklərin həmin ərazilərdə yaşamaq hüququnun olmadığını yeridir.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

13:50