Mirzə Xəlil bəy Yüzbaşov: Azərbaycanın ilk nəvaişünası

XX əsrin önlərində Azərbaycan ədəbiyyatı tarixini mərhələlər konsepsiyası əsasında araşdırmaq sadəcə dəb deyil, ədəbi-tarixi bir zərurət idi. Çünki ayrı-ayrı dövrlər və onlan təmsil edən klassiklər öyrənilmədən ədəbiyyat tarixini bütöv bir orqanizm kimi təsəvvür etmək mümkün deyildi. Həmin dövrdə araşdırıcılardan biri də Xəlil bəy Yüzbaşov olmuşdur.
Xəlil bəy Qarabağda, Şuşada tanınan yüzbaşovlar soyuna mənsubdur. Bu soyun ulu babası Hüseyn yüzbaşıdır. Hüseyn yüzbaşı XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərinin Qurdlar məhəlləsində yaşamışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Xandan bəy ünvanı almışdı.
Hüseyn yüzbaşının Alı bəy adlı oglu vardı.
Alı bəy Hüseyn yüzbaşı oğlu 1792-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Atasından sonra Kəbirli elinin Qurdlar obasının yüzbaşısı olmuşdu. Alı yüzbaşının törəmələri Yüzbaşov soyadını daşıyırdılar. Alı yüzbaşı Şəhribanu xanımla ailə qurmuşdu. Həsən bəy, Muxtar bəy, Cabbar bəy adlı oğlanları, Gülbahar xanım, Minə xanım adlı qızı vardı.
Mirzə Həsən bəy (1841-?) şair idi. Mir Möhsün Nəvvab ona “Kaşif” təxəllüsünü vermiş, lakin o bunu qəbul etməmişdi. Mirzə Həsən Qarabaği kimi ünlənmişdi.
Mirzə Həsən bəy Səadət xanımla ailə qurmuşdu. Abbas bəy, Məhəmməd bəy, Xəlil bəy, Qasım bəy adlı oğlanları, Saray xanım adlı qızı vardı.
Xəlil bəy Mirzə Həsən bəy oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan mirzə ünvanı daşıyırdı.
Mirzə Xəlil bəy gözəl xəttat idi. Atasının kitabxanasında olan kitabların üzünü köçürməklə xəttini yaxşılaşdırmışdı.
Mirzə Xəlil bəy Yüzbaşov ədəbiyyatşünas idi. Onun bir çox Azərbaycan klassikləri haqqında XX əsrin önlərində söylədiyi mülahizələr, ilkin mənbələr əsasında yazdığı məlum tədqiqatlar, həmin klassiklərin sonrakı tədqiqi üçün etibarlı nəzəri-tarixi zəmin rolu oynamışdır.
Mirzə Xəlil bəy Nəvaişünas idi. Kiçik yaşlarından bu böyük şairi oxumaqla, təbdil etməklə məşğul olurdu. ”Bədayi-ül-bidayə”nin və “Nəvadür-ül-nihayə”nin hicri 1041-ci (1631/1632) ildə Yusif İbn Molla Məhəmməd adlı şəxsin xətti ilə bir cilddə verilmiş əlyazması orijinala yaxın və yaxud orijinaldan köçürülmüş nüsxələrdən hesab edilə bilər. Bu qiymətli əlyazmasının üzərində onun azərbaycanlı nəvaişünas Mirzə Xəlil Yüzbaşova mənsub olması haqqında 3104 (=1886)-cü il tarixli qeyd vardır. Bu fakt göstərir ki, XIX əsr şairi Mirzə Həsənin oğlu Xəlil bəy Yüzbaşızadə hələ 9-10 yaşlarında ikən nəinki Nəvaini sadəcə olaraq tanımış, həmçinin onun əsərlərini oxumuş, hətta adı çəkilən əlyazmasını əzizləyərək özünə mənsub olduğunu elə kitabın özündə qeyd etmişdir.
Nəvainin əsərlərinin Azərbaycanda tədqiqinə gəldikdə bu, ilk vaxtlar onun qəzəlləri ilə əlaqədar olmuşdur. Əlyazmalarına əsasən məlum olur ki, iş hələ inqilabdan çox əvvəl başlansa da, görülən işlər çap edilməyərək künc-bucaqlarda qalmışdır. Şairin qəzəllərinə yüksək məhəbbət bəsləyən Mirzə Xəlil bəy Yüzbaşov 1914-cü ildə Nəvainin dörd yüz əlliyə yaxın qəzəlini, bir məsnəvisini, on iki qitə və yeddi fərdini azərbaycancaya təbdil etmişdir.
Əlişir Nəvai zəmanəsinin ictimai-ədəbi mühiti, əsərlərinin geniş, əhatəli şəkildə öyrənilməsi, özbək-Azərbaycan ədəbi əlaqələrinin davamlı olaraq araşdırılması ilk öncə Xəlil bəy Yüzbaşovun - nəvaişünas alimin adı ilə bağlıdır. Təbiidir ki, Nəvainin həyat və yaradıcılığı, yaşadığı dövrün ədəbi mühiti, ictimai-siyasi hadisələri, haqqında yazılanlar, aparılan tədqiqat işləri ilə bağlı bilgilər tam olaraq Xəlil bəy Yüzbaşovda əks olunmayıb.
Mirzə Xəlil bəy Yüzbaşov şair idi. İncə ruhlu şeirlər yazırdı. Bu pоeziya saf mənəvi aləmin, aydın məfkurənin, sabaha dərin inamın, sevgiyə оdlu məhəbbətin parlaq ifadəsidir. Оnun səmimi, ürəkdən qоpub gələn, zamanın qarşıya qоyduğu tələblərə cavab kimi meydana çıxan pоeziyası çоx vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir.
Mirzə Xəlil bəy Yüzbaşov yaşamının son dönəmindən bilgimiz yoxdur. Axtarışlarımız davam edir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:50