Dədə dünyanın papağını yan qoyan vaxtından türklər köçəbə olublar. Mal-davar ardınca yaylaq-qışlaq binəgüzarlığı ediblər. Yaylaqlarda müxtəlif tipli olacaqlar qurublar. Elat əhlinə məxsus müvəqqəti evlər bunlardır: alaçıq, dəyə, coma, koma, qarakeçə, muxuruçadır, qara çadır və sairə. Bu yazımızda biz qara çadırdan bəhs edəcəyik.
Qara çadır müvəqqəti olacaqların sadəsi və möhkəmidir. Hazırda əsasən İran köçəriləri arasında rast gəlinir. Qaradağlılar, şahsevənlər, qaşqaylar, avşarlar və digərləri istifadə edirlər.
Qara çadırın üst hissәsi keçi qәzilindәn sıx toxunmuş keçәdәn, çıq, ya çit adlandırılan yan hissәlәri isә qamış vә keçi qәzilindәn hazırlanır. Keçi qәzili yuna nisbәtәn gec çürüyür vә yağış yağanda tüklәr şişәrәk su buraxmır.
Köçəbələr qara çadırları qəzildən toxunan təxminən 1 metr enində, 10-15 metr uzunluğunda beş-altı qanadın yan-yana tikilməsiylə meydana gəlir. Yerə səriləndə böyük bir kvadrat təşkil edən çadır, tam ortasından qanadları enləməsinə və dik olaraq keçən qalın bir örkənlə ikiyə ayrılır; örkənin davam edən iki ucu ön və arxa bağları meydana gətirəcək şəkildə hörmə ipə dönüb. Örkən üzərində, eyni boydakı üç və ya çadırın tip və böyüklüyünə görə daha çox sayda çadır dirəyinin gələcəyi yerlərə, dirək uclarının sürüşməsini aradan götürmək üçün yuvalar yerləşdirilir. Çadırın əzilməsini önləyən bu yuvalara şəkil bənzərliyi səbəbiylə “çanaq” və ya bəzi ellərdə “balta” deyilir. Dirəklər üzərinə qaldırılan çadırın arxa ipləri alçaq bir payaya və ya üzərinə ağır bir daş qoyulmuş bir kola, ön ip tüstü çıxmasına şərait yaradacaq bir açıqlık əldə edə bilmək üçün yüksəkcə bir payaya və ya əsasən ön tərəfdə olan bir ağaca, yan qanadların birləşmə yerlərini sağlamlaşdırmaq məqsədiylə tikilən qısa örkənlərin hörmə ip halına gətirilmiş ucları isə yetərli uzaqlığa çaxılmış qısa pazlara, yaxud yenə üzərinə ağır daşlar qoyulmuş kollara bağlanır. İplərin gərilməsi nəticəsində yanlarda meydana gələn boşluq “sitil” deyilən parçaların enləməsinə əlavəsiylə qapadılır; isti havalarda bunlar yuxarı qaldırılaraq hava axımı yaradılır.
Çadırın ətrafında yağış sularının içəri dolmasını önləyəcək bir arx qazılır, ayrıca keçi və toyuq kimi heyvan və quşların üzərinə çıxmasını və yanlardan içinə girməsini əngəlləmək üçün də ətrafına koldan bir çit-çəpər çevrilir.
Bugün köçəbələr əsasən sabit olan yurdlarına köçüb yerləşdiklərində, “çağ” deyilən uzun bir sırığı ucları çatal şəklində sabit iki dirək arasına uzadarak çadırı bunun üzərinə qaldırmaq surətiylə də qururlar; bu durumda ortada olan dirəklərə ehtiyac qalmır və iç məkan genişlənir. Çadırın ön tərəfinə ocağa sipər qurmaq məqsədiylə daş bir divar hörülür və bu divarın sağ və ya soluna bəsit bir qapı taxılır. İlıq havalarda istifadə etmək üçün ayrıca bayırda da “U” şəklində daşdan hörülmüş sadə bir soba olur.
Qara çadırın içi geniş bir otağı andırır. Arxada yerdən bir az yüksəldilmiş olan yüklük qismi yer alır. Qapı ön divarın solunda isə qarşısına gələn yerə, yüklük qismində işlənilməyən, amma “yük” deyilən yerə yığılmiş yataq dəstləri, onun yanına da içərisinə camaşır, çehizlik əşya və digər şeylər qoyulan məfrəşlərlə xurcunlar yerləşdirilir və üzərləri özəl olaraq toxunmuş bir örtmə ilə örtülür. Qapıya görə sağ arxa tərəfdə un, düyü, dən və duz çuvalları, onların önündə də ələk, xəmır taxtası, sini, kirkirə kimi mətbəx əşyasıyla qab-qacaq yığılır; sağ tərəfə isə daha çox tuluq, çəllək kimi lazimi avadanlıqlar düzülür. Qapı sağda olduğunda bu durum tərsinədir. Bəzi köçəbələr qapıya qahalqa deyirlər.
Qara çadırın ən sayqın yerinə dör deyilirdi. Qonaqlar dördə ağırlanırdı.
Köçəbə çadırlarında ərəblərdəki kimi çadırı ikiyə ayıran pərdə yoxdur; qadın kişi bərabər əyləşir.
Qara çadırın bir çox özəlliyi vardı. Söyləndiyi kimi qara çadır yağışı, qarı və eləcə də günəşi keçirmirdi. El arasında “qıl çadır”, “çul çadır” kimi də adlanan bu çadırlar daha çox kasıb təbəqə arasında yayğın idi. Elxanlar, elbəyilər, yüzbaşılar və tavanalı hacılar muxuruçadırdan istifadə edirdilər.
Qara çadır folklorumuza da hopub.Dördguşə bayatılarda deyilir.
Qara çadır his tutmaz,
Aran yerin sis tutmaz.
Xançoban ölməyinən,
Xanın qızı yas tutmaz.
Qara çadır xaraldan,
Boyun seçdim maraldan.
Nə dərdim var, nə balam,
Sənsən məni saraldan.
Qara çadır düzdədir,
Telini yığ, üzdədir.
Dünya gözələ dönsə,
Mənim könlüm sizdədir.
Əski türklər toy-düyün və müxtəlif şülənlərdə çadırlar qurardılar. Bəzən bu çadırlar rənginə görə seçilərdi.
"Kitabi-Dədə Qorqud" eposunun birinci dastanı olan "Dirsə xan oğlu Buğac" boyunda təsvir olunur ki, xanlar xanı Bayındır ildə bir dəfə toy məclisi keçirib, Oğuz bəylərini qonaq edərdi. Bu toy mərasimində ağ, qırmızı və qara rəngdə üç otaq - çadır qurulardı. Gələn qonaqlardan oğlu olanı - ağ çadıra, qızı olanı - qırmızı çadıra, oğlu-qızı olmayanı - qara çadıra yerləşdirərdilər.
Çadırla bağlı anlayışların bu qədər çoxluğu köçəbələrdə çadır mədəniyyətinin nə qədər yüksək olduğunu açıq-aydın göstərir.
Qara çadır his tutmaz.. - Ənvər Çingizoğlu yazır

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
Xudaferin.eu
14:59