Vətəninə, el-obasına, torpağına sıx tellərlə bağlı igid hüquq-mühafizə işçilərimiz hər zaman olub, bu gün də var və daim olacaq. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində seçdikləri peşəni özlərinə şərəf yolu bilən, xalqına və dövlətinə sədaqətlə xidmət edən polislərin yaşam yolu az öyrənilib. Öyrənilməyən şəxslərdən biri də Xosrov bəy Poladovdur.
Xosrov bəy Qarabağda, Şuşada tanınmış poladovlar soyuna bağlıdır. Bu soyun ulu babası Polad ağa Cavanşirdir. Polad ağa İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Öz adı ilə adlanan obanı idarə edirdi. Bu oba Cavanşir mahalının Xazalan mülkündə qərar tuturdu.
Polad ağanın törəmələri Fuladov, Poladov soyadlarını daşıyırdılar.
Polad ağanın Tanrıverdi ağa, Həkimxan ağa adlı oğlanları vardı.
Tanrıverdi ağa Şuşa şəhərində dünyaya boy göstərmişdi. Molla yanında oxumuşdu. Həllaclıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Tanrıverdi ağanın Əli bəy adlı oğlu vardı.
Əli bəy Məşədi Tanrıverdi oğlu 1799-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus ordusunda qulluq etmişdi. Prapoşik rütbəsi almışdı.
Əli bəy ordudan tərxis olduqdan sonra Mehdiqulu xanın işlər müdiri işləmişdi. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. 1827-ci ildə vətənə dönmüşdü.
Əli bəy mülkədar idi. Dizaq mahalında Zamzur kəndinin yarısına, Cavanşir mahalında Poladlı obasının yarısına sahib idi.
Əli bəy Qasım bəy Zakirin qızı Nənəş xanımla ailə qurmuşdu. İbrahim bəy, Abdulla bəy, Xudadad bəy adlı oğlanları vardı.
İbrahim bəy Əli bəy oğlu 1836-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Atasını erkən yaşlarda itirdiyindən babası Qasım bəy Zakirin himayəsində böyümüşdü. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Rus və şərq dillərini bilirdi. Qəsa idarəsində fəaliyyətə başlamış, II dərəcəli dəftərxana xidmətçisi, dilmanc, polis pristavı vəzifələrində çalışmışdı. Quberniya katibi çini almışdı.
İbrahim bəy şair idi. Azər təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırdı.
İbrahim bəy Əli bəy oğlu Fuladov 1885-ci ildə vəfat edib.
İbrahim bəy əvvəlcə bir xanımla, sonra Anaxanım xanım Kazım bəy qızı ilə ailə qurmuşdu. Əliş bəy, Xosrov bəy adlı oğlanları vardı.
Xosrov bəy İbrahim bəy oğlu 1860-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər məktəbində oxumuşdu. Bir müddət Şuşa qəzası idarəsində məmur işləmişdi.
Xosrov bəy Poladov Azərbaycan Xalq Cümhuriyyəti dönəmində əvvəlcə Xosrov bəy Sultanovun məsləhətçisi, sonra polkovnik rütbəsində polis orqanlarında çalışmışdı. Behbud xan Cavanşirin rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi hökumətin əldə tutduğu demokratik prinsipləri bir vəzifə kimi qəbul etmişdi.
Xosrov bəy Poladov kabinet adamı deyildi. O, tez-tez qəzanın kəndlərinə gedir, ərazi polis orqanlarının təftişində bilavasitə iştirak edir və əməli köməklik göstərirdi. Ümumiyyətlə, onun gənc milli, müstəqil polis orqanlarının təşəkkülü və inkişafında, hüquqi bazasının, normativ qanunverici aktlarının hazırlanmasında müstəsna xidmətləri olmuşdu. Onun rəisliyi dövründə Şuşa qəzasının ən iri yaşayış məntəqəsi olan Ağdam kəndində pristav vəzifəsi təsis edilmişdi.
Həmin ərəfədə polis orqanları dövlət müstəqilliyinin, suverenliyin qorunmasında, möhkəmləndirilməsində və daha da inkişaf etdirilməsində, qüdrətlənməsində və zənginləşdirilməsində, ən başlıcası, ictimai-asyişin, sabitliyin mühafizə olunmasında və cinayətkarlıqla mübarizədə önəmli rol oynayırdı. Millətçi, quldurxislətli erməni polisləri dinc türk-müsəlman əhalini ucdantutma müxtəlif əziyyətlərlə işkəncə verib, öldürəndə Azərbaycan polisləri erməni əhalisini də qoruyurdular.
Ermənilər Xosrov bəy Poladovun adına təşəkkür məktubu göndərmişdilər. Məktubda deyilirdi ki, biz ermənilər 1918-ci il iyun ayının ilk günlərində Yevlax stansiyasından çıxaraq Şuşaya gedərkən Ağdam stansiyasında saxlanıldıq. Çünki bu zaman Şuşada çaxnaşma baş vermişdi. Bu zaman biz polkovnik Xosrov bəy Poladovun rəhbərlik etdiyi Ağdam inzibati idarəsi tərəfindən son dərəcə səmimi və qayğıkeş münasibət gördük. Bizim üçün ayrılmış binada biz erməni sərnişinlər nəinki sərbəst şəkildə gəzirdik, bizim üçün zəruri olan ərzaq məhsullarını da alırdıq. Biz hətta İnzibati İdarə tərəfindən çox səmimi münasibəti gördük. Xüsusilə, ermənilərin saxlandığı məntəqənin müdiri cənab Əbdürrəhim bəy Xozalanskinin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bütün bu şəraiti nəzərə alaraq biz aşağıda imza atmış 94 nəfər erməni xahiş edirik ki, Ağdam İnzibati İdarəsinə bizim təşəkkürümüzü çatdırasınız.
Xosrov bəy Poladov sovet hakimiyyətinin ilk dönəmlərində də milis orqanlarında çalışmışdı.
Xosrov bəy Poladov Səltənət bəyim Rəhim bəy qızı Behbudova ilə ailə qurmuşdu.
Xosrov bəy Poladov: şair təbiətli polis

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:48