Məhəmmədəli xan Bayəhmədli-Otuziki: Daxili düşmənin dastanı..

Pənahəli xan Sarıcalı-Cavanşir yenicə yaranmış Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı uzun və gərgin mübarizə aparmalı olmuşdu. Daxildə onun hakimiyyəti üçün ən böyük təhlükəni Cavanşir və Otuziki elləri yaratmışdı.
1745-ci ildə Pənahəli bəy Xorasandan qaçıb, Qarabağa gəlir. Sürgündən yayınıb, orda-burda daldalanan eldaşlarından başına yığıb, qaçaqlığa qurşanır. Nadir şah Qırxlı-Avşar (1736-1747) Təbriz və Şamaxı hakimlərinə göstəriş verir ki, Pənahəli bəyi tutub hüzuruna gətirsinlər. Pənahəli bəy göstərişdən duyuq düşüb, Qarabağdan vurub, Şirvandan çıxır, Şirvandan girib, Qarabağdan çıxır. Dağda-daşda daldalanıb, ələ keçmir.
1747-ci ildə Nadir şahın ölüm xəbəri Qarabağa gəlib çatır. Tarixçi Mirzə Adıgözəl bəy yazır: «Hicri-qəməri tarixi ilə 1160-cı ilin (1747) Cəmadi-ülaxər ayında Nadir şahı Xorasan torpağında öldürdülər.
Bu xəbər hər tərəfə yayılıb camaatın dilinə, ağzına düşdü. Allahın himayəsinə sığınan Pənahəli bəy bundan sonra qızmış bir şirə və coşqun əcdahaya döndü. Onun zərbə və hücumlarının şiddətli küləyi hər tərəfə əsdisə, düşmənin vücudunu çör-çöp kimi puç etdi. Qüvvət və əzəmətinin sədası düşmənləri məğlub etdi. O kimə hücum edirdisə, qabağında dura bilməyib məhv olurdu. Cavanşir, Kəbirli, Otuziki və Gürcüstan ellərini Nadir şah tərəfindən Xorasana sürgün etmişdi. «Həbbul vətən min əl iman» (Vətəni sevmək imandandır) sözünün məzmununca, onlar vətən və yurdlarının eşq və arzusu ilə Xorasandan qayıdıb gəldilər. Bu vaxtadək Pənahəli bəyin güzəranı yuxarıda göstərilən kimi keçdi. Elat gəldikdən sonra o, gələnlərə yurd, mənzil və məskən mərhəmət etdi, onları mehribanlıq qanadı altına aldı və ehtiyaclarını təmin etdi.
Bu qayda ilə cəmiyyət quruldu və o, öz istedadını göstərdi». (Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, s. 32-33).
Bəli, Pənahəli bəy üzə çıxır. Qarabağ ellərinin ucu açılır. Ellər oba-oba, oymaq-oymaq sürgündən dönürlər. Pənahəli bəyin başına yığılıb, qayım bir qurum qururlar. Təbrizin bəylərbəyi Əmiraslan xan Qırxlı-Avşar Qarabağa gəlir. Pənahəli bəy ona tabeçiliyini bildirir. Əmiraslan xan Adil şah Qırxlı-Avşarın adından Pənahəli bəyə fərmanla öncə sultan, sonra xan ünvanı verir. Çox keçmir ki, İbrahim şah Qırxlı-Avşarla vuruşub, məğlub olan Əmiraslan xanı Kazım xan Qaradağlı tutub həbs edir. Adil şahı isə Şahrux mirzə öldürüb taxta əyləşir. Şahrux şah Qırxlı-Avşar yalnız Xorasanı idarə etməklə kifayətlənir. Azərbaycanda, eləcə də başqa yerlərdə müstəqil xanlıqlar yaranır. Pənahəli xan da Qarabağ xanlığının müstəqilliyini elan edir.
Qarabağ xanlığının yarandığı ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən biri xanlığın paytaxt şəhərinin yaradılması idi. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə qonşu xanlıqların və İranda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı feodal hakimlərin hücum təhlükəsi Qarabağ xanını güclü müdafiə imkanları olan şəhər-qala tikdirməyə məcbur edirdi. Bu qala, eyni zamanda, Qarabağ xanlığının paytaxtı rolunu oynamalı idi.
Pənahəli xan Bayat bazarını yiyələrindən (Pənahəli bəy və Behbudəli bəy Sədrəddin sultan oğullarından) alıb qala biçiminə salır. Bayat qalasını Qarabağ xanlığının paytaxtı edib, idarəçiliyə başlayır.
Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: «Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir. (Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, s. 111-112).
Məhz Bayat qalasının mövcudluğu sayəsində Qarabağ xanlığı çox güclü düşmənlərin hücumlarının qarşısını almış, öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu.
Pənahəli xan Sarıcalı-Cavanşir 1747-ci ildə xanlığını qurduqdan sonra vəzifə bölgüsündə öz oymaqdaşları sarıcalıları və arvad qohumları olan kəbirliləri irəli çəkdi.
Qarabağın əsas elləri cavanşirlər və otuzikilər Pənahəli xana qarşı çıxdılar. Qarabağ tarixçiləri bu olaya bir mənalı yanaşıb, Cavanşir və Otuzikiləri qiyamda, dövlətə qarşı çıxmaqda suçlayırlar. Nədənini isə açıqlamırlar. Bizcə səbəb xanlığın başçısına simpatiya ilə ilgilidir.
Xanlıqdan gözlədikləri payı almayıb, incik düşən Cavanşir və Otuziki elinin nümayəndələri Xəmsə məlikləri ilə birləşib, həmin dönəmdə ən güclü hakim olan Çələbi xanı Şəkidən Qarabağa çağırdılar. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: “Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və Otuz-iki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcə səy və qeyrət edirdilər. Onlar Xəmsə məliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmüran olan Hacı Çələbiyə ərizələr yazmışdılar. Ona bildirdilər ki, Pənah xan burda taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır”. (Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, s. 34).
1748-ci ildə Hacı Çələbi güclü qoşunla Qarabağa gəlsə də, basılıb geri döndü. Dönərkən öz ünlü kəlamını işlətdi: “Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq”…
Bir tərəfdən şəhərin çox güclü hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə sarıcalı oymağının və Kəbirli elinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması Hacı Çələbi xana öz planını həyata keçirmək imkanı vermədi.
Cavanşir və Otuziki еli Pənahəli xana yağılığından əl çəkmədi. Üzdə özünü dost kimi göstərsə də, daldada düşmənçiliyini əsirgəmədi.
1749-cu ildə Pənahəli xan Gəncə xanlığına yürüş еdir. Gəncə hakimi Şahvеrdi xan Kaxеtiya hakimi II İraklini, Şəki hakimi Hacı Çələbini və Car-Tala camaatını köməyə çağırır. Çağırılanlar Gəncə hakimini Pənahəli xana xеyli xərac vеrməyə məcbur еdib, barışıq bağlayırlar.
Çox kеçmir ki, barışıq pozulur. Şahverdi xan Ziyadoğlu-Qacarın qardaşı Rzaqulu xan gürcüləriin təsiri altında barışığı rədd edir. Tarixçi Molla Məhəmməd əl-Cari yazır: “Üç gündən sonra böyük ordu ilə Təhmüraz xan və İrakli xan gəlirlər və Rzaqulu xan sülhü pozmağı tələb еdir. Hacı Çələbi bununla razılaşır. Onlar onun (Pənah xanın) dalınca Ərəşə yollanırlar. Pənah xan ordusu ilə qaçır və Ərəşdən o yana sıxışdırılır. İrakli xanın yanında üç yüz nəfərlə Hacı Çələbinin oğlu vardı. O, Ərəşə kafirlərə kömək еtmək üçün gəlmişdi. Onlar birlikdə Pənah xanın ölkəsini və yaşayış yеrlərini xaraba qoyurlar, öldürür, əsir tutur, qarət еdirlər. Pənah xan qaçıb xilas olduğu üçün hamı istədiyini еdərək öz yеrlərinə qayıdır. Bundan sonra Pənah xanın yanında olan Bəyəhmədlili Məhəmmədəli xan Hacı Çələbinin yanına qayıdır və o (Hacı Çələbi) ona Pənah xanın torpaqları üçün fərman vеrir, bir qədər sonra o, adamları ilə buradan cənuba (qiblə) tərəf qaçır (Molla Məhəmməd əl-Cari. Car salnaməsi. Bakı. 1997. s. 49.).
Qеyd еdək ki, bayəhmədlilər Otuziki еlinin öncül oymaqlarından idilər. Oymaq başçısı Məhəmmədəli xan tayfa birliyinə, elə başçılıq еdirdi. Hacı Çələbidən Qarabağ hakimliyinə fərman almışdı. Lakin hakimlik еtmək ona nəsib olmadı. Yеnidən güclənən Pənahəli xan ayrı-ayrı tayfa başçılarının və mahal məliklərinin özbaşınalığına son qoydu.
Məhəmmədəli xan məğlub olub, Güney Azərbaycana qaçdı.
Tarixçi Mirzə Camal Cavanşir Qarabaği Pənahəli xanın nizam-intizam quruculuğundan bəhs еdərkən yazır: «Mal, at və xələt paylamaqla, başqa camaatın da səmimiyyətini qazandı; müxalifət göstərənləri isə öldürmək və cəzalandırmaq yolu ilə özünə tabе еtdi. Cavanşir, Otuziki və başqa еllər və kəndlərin əhalisindən hеç bir kimsə Pənah xanın əmrindən çıxmağa cəsarət еdə bilməzdi» (Qarabağnamələr. Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi. s. 111.).
Pənahəli xan iç yağıları, daxili düşmənləri—Cavanşir, Otuziki el başçılarını, Xəmsə məliklərini ram etmək üçün çətin bir mübarizəyə başladı. Öncə paytaxtını dəyişdi. Başkənd tikmək üçün Şahbulağı adlanan Tərnəküt yurdunu seçdi. Bura müdafiə olunmaq üçün daha münasib idi. Tarixçi Mirzə Adıgözəl bəy yazır: «Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə adamam, Cavanşir və Otuz-iki elatı yağı, Xəmsə məlikləri də mənə düşməndilər. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdə kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə də Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində, Şah bulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (bazar-müəlliflər) və hamamlar tikdirdi. (Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, s. 34).
Qarabağ xanlığının bilinməyən sirləri çoxdur. Bu sirləri qaranlıqdan işığa çıxarmaq üçün gərgin zəhmət bahasına araşdırma aparmaq lazımdır. Pənahəli xanın hakimiyyəti dövrü, Bayat qalasının strateji əhmiyyəti tam öyrənilməyib. Bizcə obyektiv araşdırma nəticəsində həqiqi tarix üzə çıxacaq. İndidən həmin tədqiqatçıya uğurlar arzulayırıq.

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
19:49