Şah Sultan Hüseyn Səfəvi - Ənvər Çingizoğlunun araşdırması

Səfəvi hökmdarı Şah Süleymanın böyük oğludur. Taxta əyləşəndə iyirmi beş-iyirmi altı yaşlarında olduğuna görə 1668-ci ildə doğulmuş olmalıdır. Dini əqidələrə önəm verməsindən və aza qənaət etməsindən dolayı Molla Hüseyn adıyla da anılırdı. Uşaqlıq və gənclik illərini sarayda keçirdiyi üçün qaynaqlarda istər fiziki, istərsə də zehni baxımdan hökmdarlığa uyğun bir şəxs olmadığı bildirilir.
Atasının ölümündən sonra hicri tarixi ilə 14 zilhiccə 1105-ci ildə (6 avqust 1694) bibisi Məryəm bəyim və hərəm ağalarının dəstəyiylə taxta çıxdı. Şah Sultan Hüseynin şahlıq taxtına çıxması 1694-cü ilin avqustuna təsadüf edir. Onun tacqoyma mərasimi dəbdəbəli şəkildə keçirildi. Mərasimim təşkil olunduğu gün İsfahan şəhəri çil-çırağa qərq olundu, səhərə kimi küçələr işıqlandırıldı, yerli əhalini əyləndirmək üçün küçələrə fil, şir, pələng kimi heyvanlar çıxarıldı (Lokhart, İnqrazi silsileye-Səfəviyyə, Tehran, 1333, s.41-43 )
Tarixi ədəbiyyatda mövcud olan məlumata görə, tacqoyma mərasimində dövrün nüfuzlu və hörmətli adamları Şah Sultan Hüseyndən saray əyanları arasında rəvac tapmış olan şərab içilməsi və göyərçin oynadılması kimi yüngül əyləncələrə son qoyulmasını xahiş etdilər.
Şah Sultan Hüseyn də atası kimi Şeyxülislam Məhəmməd Bağır əl-Məclisinin təsiri altına daxil oldu və sufilik qılıncını onun əlindən qurşandı; içki içməyi, döyüş təlimlərini və göyərçin uçurtma əyləncəsini yasaqladı. Mollaların təsiri altında hökm sürməyə başlayan Şah Sultan Hüseyn səltənətinin ilk illəri sakit keçdi.
Şərabın qadağan edilməsi bir çoxları, xüsusilə saray əhli tərəfindən böyük narahatlıqla qarşılandı. Çünki xacələrin şahın sərxoşluğundan istifadə etmək ümidləri boşa çıxa bilərdi. Odur ki, onlar şahın bibisi Məryəm bəyimin vasitəsilə Sultan Hüseynin saflığından istifadə edərək qələbə əldə etdilər. Bundan sonra Şah Sultan Hüseyn özü də bəzi babaları kimi şəraba qurşandı və tüfeyli həyat tərzi keçirməyə başladı [Dadaşova R.İ. Səfəvilərin son dövrü (İngilisdilli tarixşünaslıqda). Bakı, Nurlan, 2003, 439 s., s. 93-94]. Onun səriştəsiz hakimiyyəti dövründə Səfəvi dövlətinin sosial-iqtisadi və siyasi vəziyyəti gərginləşdi. Şahın zəifliyindən həm qızılbaş feodalları, həm də xacələr istifadə edərək, mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmağa başladılar.
Şah Sultan Hüseyn öncə şərab içilməsinə qoyulan qadağanı aradan qaldırdı. Bununla bağlı o, saray əyanlarının qurduğu oyunların qurbanı oldu, içkiyə aludəçilik üçün əyanların ortaya atdığı bəhanələrin mahiyyətinə vara bilmədi. Şaha çatdırıldı ki, xəstə olan bibisi Məryəm bəyimin yaxşılaşması üçün həkim ona şərabdan istifadə etməyi tövsiyə etmişdir. Ona görə də saray əyanlarının istəyi əsasında Məryəm bəyimin müalicəsi üçün şəraba qoyulan qadağa aradan qaldırıldı. Sonra saray əyanları şahın özünün də yenidən şərab içməsinə nail oldular. Nəticədə
şərab və yüngül güzərana olan bağlılıq yenidən Səfəvi sarayını öz cənginə aldı, ciddi dövlət işləri ikinci plana keçdi. Bu da ona gətirib çıxardı ki, nuru sönməkdə olan Səfəvi sarayında sağlam düşüncə yerinə xurafat, təvəkkül, mövhumat, yüngül həyat tərzi, intriqa əhval-ruhiyyəsi xeyli gücləndi. Bu da saray təfəkkürünün kütləşməsinə, sarayla xalq arasında uçurumun genişlənməsinə, həlli aktuallıq tələb edən məsələlərə qarşı biganəliyin, laqeydliyin güclənməsinə yol açırdı. Dövlətin iflic hala düşməsini şərtləndirən bu halların qarşısının alınmasına təşəbbüs göstərmək istəyənlər isə ən müxtəlif saray intriqalarının və çəkişmələrinin qarşısında aciz qaldı.
Şəraba olan aludəçilik istər şahda, istərsə də saray əyanlarında hərəmxana həyatına bağlılığı da gücləndirirdi. Onların həyatının xeyli hissəsi də hərəmxanalarda keçirdi. İsfahana səfər edən xaricilər də öz gündəliklərində bildirirdilər ki, Şah Sultan Hüseyn ova gedərkən də hərəmxananı özü ilə aparırdı və həmin hərəmxanada 500-dən artıq xanım var idi. Bildirilir ki, şah hətta bununla da kifayətlənmir və hərəmxanasının daha da genişlənməsinə meyl göstərirdi (Semnani Pənahi Nader şah baz tab həmase və facie milli, Tehran, 1385, s. 21 ).
İflic vəziyyətinə düşmüş olan şah sarayı ölkə həyatını da özü kimi iflic bir hala gətirmişdi. Dövlət siyasətini düzgün formalaşdıracaq və onu həyata keçirə biləcək idarəçilik aparatı mövcud deyildi. Xüsusilə, saray daxilinə təsadüfi adamların, təcrübəsiz insanların toplaşmasının ağır nəticəsi dövlətin bütün sahələrində mənfi nəticələrini göstərməkdə idi. Bu insanlar isə dövlətçilik üzərində mövcud olan təhlükəni nəinki vaxtında aradan qaldıra bilmirdilər, əksinə heç belə bir təhlükənin yaxınlaşmaqda olduğunu da duymurdular.
Saray daxilində yüksək vəzifələrə təkrar-təkrar təyinatlar həyata keçirilirdi. Rüşvət və başqa yollarla saray daxilinə yol tapanlar bacarıqsız saray əyanları dəstəsini tamamlayır, ya da saray daxilində və ölkənin idarəçiliyində mövcud olan problemlərin aradan qaldırılması üçün göstərdikləri cəhdlərə görə saray intriqalarının qurbanına çevrilirdilər. Tarixi mənbə və ədəbiyyatda şah sarayının baş naziri və ya etimadüddövlə vəzi fəsinə seçilmiş müəyyən şəxslər haqqında məlumatlar mövcuddur. Onların arasında Şahqulu xanın, Məhəmməd Şamlının, Mirzə Tahir Qəzvininin, Fətəli xan Dağıstaninin, Məhəmmədqulu xanın adları vardır. Həmin şəxslər vəzifəyə təyin edilsələr də saray daxilində cərəyan edən özbaşınalıqlar və qanunsuzluqlar üzündən öz vəzifələrinin öhdəsindən gələ bilmirdilər.
Şah Sultan Hüseynin isə bu vəziyyət qarşısında qətiyyətsizlik göstərməsi bütünlüklə ölkə daxilində qanunsuzluq və özbaşınalıqların rəvac tapmasına zəmin yaradırdı.
Şah sarayında mövcud olan vəzifəli şəxslər arasında nüfuz dairəsi uğrunda gərgin bir çəkişmə getməkdə idi. Bu daxili çəkişməyə mollabaşı, həkimbaşı, münəccim, qoşun başçısı və hətta saray xacələri də qoşulmuşdular. Müəyyən hallarda xacələr şaha yaxınlığına görə daha üstün mövqelərə malik olurdular. Bu yaxınlıqdan istifadə etməklə onlar ən müxtəlif dövlət işlərinə müdaxilə edir və öz maraqlarını hər bir dövlət işindən üstün tuturdular. Mühüm dövlət vəzifələrinə təyinatların həyata keçirilməsinə də xacələr çox ciddi şəkildə təsir edə bilirdilər. Belə bir xəstə mühitdə rüşvətxorluq adi bir hala çevrilmişdi. Rüşvət alınıb-verilməsi dövlət idarəçiliyinin tərkib hissəsini təşkil edirdi. Rüşvət müqabilində saray əyanları hər bir işi görməyə hazır idilər. Vəzifələrə təyinatın əsas meyarı rüşvətin miqdarı olduğu kimi, bütün qanun pozğunluqları da müvafiq rüşvət qarşısında çox asanlıqla unudulurdu. Səfəvi dövlətinin son dövründə yaşamış Yesai Həsən Cəlalian yazırdı ki, şah və onun vəzirləri şəxsləri müvafiq rüşvət əvəzində tez-tez dəyişirdilər. Rüşvət verməklə vəzifə sahibi olan şəxslər isə verdiyi rüşvətin əvəzini xalqı soyub-talamaqla çıxırdı (Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. Баку, 1993, с.19).
Bununla ağır durumda olan xalqın vəziyyəti daha da ağırlaşırdı. Bir tərəfdən xalq kütlələri maliyyə istismarına məruz qalır, digər tərəfdən də rüşvətxorluğun doğurduğu qanunsuzluqlarla üzbəüz qalırdı. Rüşvət alınmasını davamlı xətt üzərinə qoymaq üçün saray elitası müxtəlif fərmanların verilməsinə də cəhd göstərirdilər. Məsələn, əyanlar şahı inandırmağa çalışırdılar ki, cinayətkarların cəzalandırılması üçün vaxtilə Şah Abbasın müəyyənləşdirmiş olduğu qaydalara dəyişiklik edilsin, cinayət törətmiş adamlar cəzalandırılmaqdansa əmlakı müsadirə olunsun və ya onlara müəyyən maliyyə cəzaları müəyyənləşdirilsin (Təbatəbai, Süqute İsfahan be rəvabite Kruşinski, Tehran, 1371, s.25).
Saray əyanlarının həyata keçirdikləri siyasət rüşvətxorluğu və onunla bağlı olan qanunsuzluqları təşviq edirdi. Vəzifə sahibləri həbs olunan şəxslərdən tələb edirdilər ki, maliyyə cərimələri versinlər. Pulu olmayanlar isə azadlığa buraxılırdılar ki, həmin maliyyə cəriməsini tapıb gətirsinlər. Maliyyə vəsaiti olmayan şəxslər isə onu tapmaq üçün oğur luqla, soyğunçuluqla məşğul olur və vəzifə sahiblərinin tələb etdiyi rüşvəti verməklə canlarını həbsdən qurtarırdılar (Təbatəbai, Süqute İsfahan be rəvabite Kruşinski, Tehran, 1371, s.26).
Şah səviyyəsində həyata keçirilən müəyyən mərasimlər də yerlərdə rüşvətxorluğun genişlənməsinə yol açırdı. Bir daha qeyd edilməlidir ki, bu rüşvətxorluq ağır bir maliyyə yükü kimi xalq kütlələrinin üzərinə düşürdü. Əvvəllər şah tərəfindən Novruz bayramı ərəfəsində vilayət hakimlərinə qiymətli hədiyyələr göndərilirdi. Yerli hakimlər də şübhəsiz ki, bunun əvəzində şaha bahalı hədiyyələr göndərməli olurdular. Şah Sultan Hüseynin dövründə isə yerli hakimlərə göndərilən hədiyyələrin sayı artırıldı. Yerli hakimlər də cavab hədiyyələrinin göndərilməsi üçün əhalinin soyub-talanmasını genişləndirirdilər və qanunsuz toplanan vergiləri artırırdılar (Təbatəbai, Süqute İsfahan be rəvabite Kruşinski, Tehran, 1371, s.27).
Rüşvətxorluğun çiçəklənməsi, dövlət idarəçiliyində özbaşınalıqların artması ölkənin iqtisadi həyatını da tənəzzülə uğradırdı. İqtisadi fəallığın artmasına heç bir dəstəyin olmaması, ağır vergi siyasəti, təsərrüfat əhalisinin istismarı, ticarət əlaqələrinin əyanların qanunsuz əməllərindən asılı vəziyyətə düşməsi iqtisadi inkişaf üçün ciddi əngələ çevrilirdi. Mərkəzlə vilayətlər arasında əlaqələrin zəifləməsi də iqtisadi fəallığı kifayət qədər mürək kəbləşdirirdi. Bir vaxtlar vilayətləri birləşdirən gediş-gəliş yolları lazımi nəzarət altında saxlanılırdısa və tacirlərin karvan yollar ilə sərbəst hərəkətləri təmin edilirdisə, Şah Sultan Hüseyn dövründə artıq başqa vəziyyət yaranmışdı. Karvan yolları üzərinə soyğunçu basqınlar o dərəcədə artmışdı ki, artıq bir vilayətdən başqasına satış yüklərinin aparılması son dərəcə qorxulu olmuşdu. Bunun nəticəsi idi ki, karvan yolları ilə hərəkət etmək xeyli təhlükəli idi. Hakimiyyət orqanlarının təhlükəsizlik üçün hər hansı bir tədbir görmədiyindən karvan sahibləri bir çox hallarda soyğunçuluğun rəhbərləri ilə əlaqəyə girir və onlara müəyyən maliyyə vəsaiti verməklə təhlükəsizliyini əldə etməyə çalışırdılar. Lakin belə hallar ölkənin iqtisadi həyatının fəallaşmasına heç də təkan vermirdi.
Dövrün müasirlərinin fikrincə, saray elitasının pul-maliyyə siyasətinin bərbadlığı da ölkənin iqtisadi həyatını çökdürməklə bərabər, siyasi separatizmin güclənməsinə zəmin yaradırdı. Əvvəllər pul yalnız mərkəzi hakimiyyət tərəfindən kəsilirdisə, Şah Sultan Hüseynin dövründə vilayətlərin hakimlərinə də pul kəsmələrinə icazə verildi. Bu isə bir tərəfdən vilayətlərin mərkəzlə bağlılığını zəiflətdi, digər tərəfdən də vilayətlər arası iqtisadi mübadiləni aşağı saldı. Çünki məlum idi ki, vilayət daxilində kəsilən pul daha çox həmin vilayət daxilində dövriyyədə idi. Vilayət hakimi vəzifəsindən dəyişdiriləndə isə onun kəsdirdiyi pul da qiymətdən düşürdü (Təbatəbai, Süqute İsfahan be rəvabite Kruşinski, Tehran, 1371, s.28).
Şah Sultan Hüseyn osmanlılarla yaxşı keçinməyə çalışdı; hətta 1697-ci ildə Bəsrənin, urban rəislərindən Bəni Müntəfık Şeyxi Maninin üsyanı nəticəsində Huveyzə əşirəti tərəfindən işğalı üzərinə buranı qurtararaq o sıralarda qərbdə bir çox dövlətlə savaştığı üçün bölgəylə yetəri dərəcədə ilgilənəməyən osmanlılara geri verdi. II Mustafa bu dostluqdan çox məmnun qaldı və Bəsrənin açarlarını gətirən elçi Rüstəm xana dəyərli hədiyələr verdi (Dəftərdar Sarı Məhməd Paşa, s. 636, 637).
İlk siyasi-hərbi addımlardan biri şərq sərhədlərində bəzi üsyankar Bəluc tayfalarının yatırılması oldu. Şah Süleymanın səltənətinin son illərindən başlanmış bu üsyanın və digər üsyanların hekayəti «Qəndəharın bir tərəfindən olan Tağuki, Naruyi, Rigi, Rəxşani, Bərahuki Bəluclar, əfqanlar və Zizə, Murzə ilə Sistan və Kirmanın ətrafında məskunlaşmış Məkrani, Laşari və Sistani Bəluclarla» bağlı idi. Şah Sultan Hüseynin səltənətinin ilk günlərində həmin istiqamətə qoşun göndərildi və həmin hücumların qarşısı bir müddət də olsa alındı. Maraqlısı budur ki, elə həmin zamandan həmin hücumlar «Yəzd, Kuhpayə və Nain mahallarına» kimi gəlib çıxırdı. Onların bir dəstəsi Kirmana kimi gələndə Kirmanın hakimi Şahverdi xan bir qoşun düzəldib onları təqib etməyə göndərdi. Amma həmin qoşun «(onlardan) bir neçə nəfər susuzluqdan ölməkdən» başqa bir şey edə bilmədi. Şəmşir xan Ərəbin başçılığı altında digər bir qoşun göndərildi və onlar üsyançılardan bir dəstəni təqib etdilər. Lakin qəti bir iş görmədilər. Şəmşir xan «bəluclarla müttəfiq və əlbir olmaqda» günahlandırıldı. Bu səbəbdən onun mallarını müsadirə etdilər. Lakin bir müddət sonra «bəzi fəzilət sahiblərinin xahişi ilə onu bağışlayaraq mallarını geri qaytardılar.» Sultan Hüseynin "hər günahkarı bağışlamaq" üslubu ilə hökmdarlıq etməsi təhlükəsizliyin həmişəliliyini təmin edə bilməzdi. Bu hadisələr sonrakı illərdə də davam etdi və onlarda baş verənlər süni nəsr ilə «Dəsture-Şəhriyaran» kitabının səhifələrini doldurdu. O cümlədən h.q. 1108-ci ilin (M. 1696) hadisələri barəsində yazılıb ki, verilən xəbərlərə görə «dönüş yerləri bədbəxtlik olacaq həmin zalımların böyük bir dəstəsi ayaqlarını bədbəxt pusqulu vətənlərindən tələskənlik üzəngisinə basaraq Xubeys və Kirman əhalisinə qarət və soyğunçuluq əli uzadıb, çoxlu dəvə, mal, sərvət və əsir götürüblər. Və Kirman döyüşçüləri heç nə edə bilməyiblər. Maraqlısı burasındadır ki, «həmin insanlar Yəzdin «Çarmənar və Gəbərkerbad adı ilə məşhur olan iki məhəlləsinə hücum edib səkkiz yüz nəfəri tutub əsir alıblar.» Bu hadisələr onu göstərir ki, əfqanlıların Səfəvilər dövlətinə hücumlarından bir neçə il əvvəl də bu ərazilər onların (əfqanların) kəskin hücumlarına məruz qalıb və onlara (Yəzd əhalisinə) ciddi ziyanlar dəyib. Həmçinin Səfəvi dövləti də etinasızlıq göstərməklə həmin bölgələri müdafiə etmək iqtidarında olmadığını göstərib. Amma əsas çətinlik h.q. 1121-ci ildə (M. 1709) yarandı. Həmin ildə - yaxud da ondan iki il sonra - əfqan Mir Üveys xan Hotaki Qəndəharın hakimi Gərgin xanı öldürdü və həmin şəhər Səfəvi dövlətinin əlindən çıxdı. Bu İsfahanın əfqanlılar (Hotakilər) tərəfindən alınması üçün əlverişli şərait yaratdı. H.q. 1107-ci ildə (M. 1695) ölkənin qərb sərhədlərində Kürdüstan və onun müxtəlif yerlərində üsyanlar yarandı və mərkəzi dövləti və həmin vilayətlərin və şəhərlərin əmirlərini zəhmətə saldı. Xorasanda yaranmış bir neçə illik nisbi sakitlikdən sonra yenidən özbəklərin Xorasana hücumları - əlbəttə bu dəfə yürüş və qəfil basqınlar şəklində - başlandı və bir neçə müddət oranın bəzi yerləri özbəklər tərəfindən qarətlərə məruz qalırdı. Onların vəhşicəsinə olan hücumlarından biri h.q. 1122-ci ildə (M. 1710) oldu ki, onlar həmin hücumda Xorasanda camaatı öldürmək, əsir götürmək və qarət etməklə məşğul olmuşdular. Dövlətin digər bir çətinliyi Oman Xəvaricinin Bəhreynə və hətta Səfəvilərin cənub sərhədlərinə hücum edib bəzi limanlara ciddi ziyanlar vurmaları idi. Onlar (Omanlılar) Məsqətin imamı İmam Seyfin başçılığı ilə güclü bir dəniz qoşunu yaratmışdılar və mütəmadi olaraq ticari gəmilərə hücumlar edirdilər. Bu arada şiə məntəqələrindən olan Bəhreyn də hücumlara məruz qalırdı. Bu xəbərlər Səfəvi sarayına çatırdı. Lakin "Məcməut-təvarix" kitabının yazdığına görə bəzilərinin gözügötürməməzlik üzündən, bəzilərinin isə əyyaşlıq, əxlaqsızlıq və günah işlərlə məşğul olduqları üçün belə xəbərlərə qulaq asmaq fürsətləri yox idi.» Bəhreyn şiələrinə hədsiz zülmlərin edilməsi həmin bölgənin şeyxul-islamı Şeyx Məhəmməd ibn Macidin Səfəvi sarayına gələrək «omanlıların Bəhreyn adasına….üstün gəlmələrinin necəliyini, həmin firqənin Allah evinin zəvvarlarının, tacirlərin və Hindistan müsafirlərinin yollarını bağlamalarını, öldürmələrini, əsir almaları və əziyyət verdikdən sonra həbs etmələrini» geniş şəkildə «şaha çatdırmasına» səbəb oldu. Şah «bu xəbərləri eşidib çox təsirləndi və Lütfəli xanı» bir neçə minlik qoşun ilə cənuba göndərdi. Səfəvi dövlətinin hücum etmək üçün lazımi dəniz qüvvəsi olmadığı üçün avropalıların qüvvələrindən istifadə etmək fikrinə düşdü. Bunun ardınca Fars körfəzində olan portuqaliyalı qüvvələrdən kömək istənildi və belə qərara alındı ki, avropadan içi döyüş və müharibə sursatı ilə dolu bir neçə nəhəng gəmi alınsın və bu qüvvələrdən Xəvariclə vuruşmaqda istifadə edilsin». Amma bu iş Fars körfəzində yaranan qəhətlik və ərzaq məhsullarının bahalaşması ucbatından gerçəkləşmədi və hətta ondan sonrakı il ki, «taxıl və ərzaq bol oldu» «həmin kafirin tənbih edilməsi yenə də təxirə» düşdü və məlum oldu ki, mərkəzi dövlətdə heç kəsin bir qərara gəlmək qüdrəti yoxdur. Əslində əsas problem bu idi ki, portuqallar Səfəvilərin hərbi qüvvələrini Bəhreynə daşımaq üçün pul istəyirdilər və Səfəvi qüvvələrinin komandanı Lütfəli xan həmin pulu vermək istəmirdi. Beləliklə də Məsqətin imamının hücumları təkcə əhalisi şiə olan Bəhreynə davam etmədi, bəlkə Fars körfəzində Səfəvilərin adalarının çoxu onlar tərəfindən işğal edildi və ticarət əmin-amanlığı aradan getdi. Lütfəli xan heç bir iş görmədən geri döndü. Bu hadisələrin xəbəri "Məcməut-təvarix" kitabında müfəssəl şəkildə nəql edilib. Son illərdə bölgənin təhlükəsizliyinin bərqərar edilməsi üçün fransalılar öz dəniz gəmilərini Səfəvilərə verməli idilər. Azərbaycan fransalıların köməyinə ürək qızdırdığı bir vaxtda həmin ölkə Məsqətin imamı ilə müzakirələr aparmaqla məşğul idi və bunun mənası o idi ki, Səfəvi dövləti ələ salınırdı. Qərbdə Səfəvi dövlətinin Osmanlılarla xüsusi bir problemi yox idi. H.q. 1107-ci ildə Səfəvi kəşfiyyatçıların mərkəzi dövlətə verdikləri xəbərlərə əsasən osmanlıların başı avropada bərk qarışmışdı. Osmanlı dövlətinin digər bir çətinliyi Misir və Iraqda ərəblərlə idi ki, əlbəttə onlarla kəskin davranılırdı. Səfəvi dövlətindən olan kəşfiyyatçılar həmçinin İrəvandan rus dövlətinin osmanlılarla toqquşmalarından xəbər verirdilər. Həmin il Səfəvi dövləti tərəfindən osmanlılara bir səfir getdi və Sultan III Əhmədlə görüşdü. Maraqlıdır ki, III Əhməd səfirdən gətirdiyi əsgərlərin onun hüzurunda çovqan oynamalarını istədi. Onlar da oynadılar və osmanlıların şahı «digərlərindən daha yaxşı oyun nümayiş etdirən iki nəfərə iyirmi əşrəfi miqdarından ən’am» verdi. Səfir iki aydan bir az artıq müddətdən sonra Səfəvi dövlətinə qayıtdı. Səfəvilərlə osmanlıların arasında son səfir get-gəli əfqanların üsyanı ərəfəsində oldu. Həmin vaxt osmanlılar tərəfindən Səfəvi dövlətinə səfir gəldi və yazdığı müfəssəl hesabatda Səfəvilər dövlətinin vəziyətini çox böhranlı və dağılmaq ərəfəsində vəsf etdi. Əhməd Dəri adlı həmin səfirin səfərnaməsi kitabında çap edilib. Şah Sultan Hüseynin Osmanlıların səfiri vasitəsi ilə Osmanlıların şahına göndərdiyi sifariş bu oldu: «Mən ona dua edirəm. Onlar ata-babadan cihad edən Xandırlar və onlar həmişə vaxtlarını kafirlərlə müharibədə keçiriblər və onlara dua etmək bizə vacibdir.» Bu hadisələrə və Səfəvilərin cənubundakı Xuzistan və Bəsrə hadisələrinə baxmayaraq, Səfəvilər dövləti həmin zamanda keçmişdə olduğu kimi geniş ərazilərə hakim idi. Gürcüstan kimi bölgələrdə keçmişə nisbətdə daha az problem var idi və oranın hakimi Səfəvi dövləti tərəfindən əsl gürcü ailələrdən təyin edilirdi. Onların bir neçəsi Gürcüstandan əlavə Səfəvilərin bəzi vilayətlərində də hakimlik edirdilər. Onlardan biri Gərgin xan idi ki, eyni zamanda həm də Kirmandan Qəndəhara kimi olan ərazilərin də hakimi idi və h.q. 1121-ci ildə (M. 1710) Qəndəharda Mir Üveys xan tərəfindən öldürüldü. Bütün bunlara baxmayaraq Gürcüstan hələ də xaçpərəst idi və Rusiyanın güclənməsi ilə gürcülərin o tərəfə meylləri artdı. Həmçinin qərbdə Herata və digər tərəfdə Qəndəhara kimi ola ərazilər zahirdə Səfəvi dövlətinin ixtiyarında idi. Dövlətin bu barədə olan əsas çətinliyi Qəndəharın fəthindən sonra başlandı (1709). Sanki Səfəvilərin hərbi idarə sisteminin onun barəsində heç bir həll yolu yox idi və məsələ gün-gündən daha da qəlizləşirdi. Onun ardınca Herat da əldən çıxdı və ölkənin şərqinin hər tərəfini çaxnaşma bürüdü. Daha sonra əfqanlar (Hotakilər) Gülnabad vuruşmasında Qızılbaşları məğlub etdilər. Səfəvilər 700 döyüşçü və 24 top itirdilər. Qılzaylardan isə yalnız 131 nəfər öldürüldü. Xoşbəxtlikdən Qılzaylar Qızılbaşları izləmədilər. Çünki onlar Qızılbaşların onları tələyə düşürmək üçün qaçdıqlarını düşünürdülər. Qılzaylara keçmiş Səfəvi təbəəsi əfqan Mir Mahmud Hotaki başçılıq edirdi. Gülnabad qəsəbəsindən sonra o,Xorasanı işğal edib, paytaxt İsfahana hücüm etdi. Qızılbaş şahı özü müqavimətlə qarşılaşıb mühasirəyə düşdü. Şəhərin ağır durumunu görən Sultan Hüseyn Mir Mahmudla danışığa girməyi qərara aldı. Çünki camaat aclıqdan şəhərdəki itləri kəsib yeyirdi. Mühasirə 8 ay sürdü.
Sonda, 1722-ci il noyabrın 23-də şah Sultan Hüseyn bütün ailəsi ilə Mir Mahmudun düşərgəsinə gəlib təslim aktına qol çəkdi. Bu, bölgədəki türklərin tarixindəki ən ağır günlərdən biri idi. Şah özü öz əliylə tacını götürüb Mir Mahmudun başına qoydu. Mir Mahmud şah olsa da şahzadə Təhmasib durduqca onun şahlığının yasalara uyğun olmadığın bilirdi. Təhmasib isə bu çağda Qəzvində idi. Mir Mahmud ən yaxın yardımçısı Əmənulla xanı 8 minlik qoşunla Qəzvini almağa göndərdi. O, şəhəri qəfil yaxaladı. Müdafiəyə hazır olmayan əhali müqavimətsiz təslim olmalı oldu. Ancaq karvansaralarda,inzibati evlərdə yerləşən Qılzaylar elə soyğunçuluğa başladılar ki, xalq daha dözə bilməyib sui-qəsd hazırladı. Qəfildən saldırıb 4 min Qılzayı bir gecədə qırdılar. Qalanları da güclə qaçıb canlarını qurtardılar. Bu yeniliyi eşidən və qaçqın döyüşçüləri görən Mir Mahmud şəhərin adlı-sanlı adamlarını və şahın qohum-əqrəbasını qonaqlığa çağırıb hamısını qılıncdan keçirtdi. Şahın yalnız xəstə oğlu Şahzadə Səfiyə və körpə uşaqlarına aman verdilər. Bununla yetinməyib şəhərdə olan 3 min Qızılbaş döyüşçüsünü də qırdılar. Bu xəbər bütün Səfəvi dövlətində əks-sədaya xəbər oldu. Gecələrin birində taxt-tacın varisi Şəhzadə Səfi İsfahandan bəxtiyari boyunun yanına qaçdı. Bunu eşidən Mahmud şah iki-üç körpəni çıxmaqla şahın bütün ailəsini qılıncdan keçirtdi.

Ənvər ÇiİNGİZOĞLU, jurnalist-etnoqraf
Xudaferin.eu
21:12