Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Mən, 1991-ci ildən İran İslam Respublikasında elmi ezamiyyətlərdə oluram. Hər dəfə də arxivlərdə, kitabxanalarda, kitab mağazalarına baş çəkirəm. Güneyin bir çox tarixçiləri ilə görüşmüşəm. Rəhmətlik Səməd Sərdariniyanın, Rəhim Rəisniyanın, Məhəmməd Hafizzadənin evlərində olmuşam. Söhbətlərinə qulaq verib, məsləhətlərinə əməl etmişəm.
Güney Azərbaycanın demək olar ki, hər tərəfində olub, hər bölgəsinə də kitab həsr etmişəm. Ən çox olduğum bölgə Qaradağdır. Bu da səbəbsiz deyil. Doğulduğum Cəbrayıl rayonunun Xudayarlı kəndi Qaradağla üzbəüzdür. Anamın əsli ordandır. Qaradağda xeyli qohum-əqrəbamız var.
Bu bölgəyə 4 kitab “Qarşı yatan Qaradağ” (Bakı, “Ozan”, 1998), «Qaradağlılar» (Bakı, «Şuşa», 2008), “Qaradağ xanlığı” (Bakı, “Mütərcim”, 2011) və “Hacı Rəhim xan Çələbiyanlı” (Bakı, “Mütərcim”, 2012) həsr etmişəm.
Nabələd oxucuya bilgi verim ki, Qaradağ vilayəti Güney Azərbaycanın tarixi bölgələrindən biridir. Mərkəzi Əhər şəhəridir. Bura xilafətə qarşı azadlıq müharibəsinə rəhbərlik etmiş böyük sərkərdə, Xürrəmilər hərəkatının başçısı Babəkin yurd yeridir. Məşhur Bəzz qalası da burdadır.
1155-1231-ci illərdə iqtidarda olmuş Piştəkinlilər sülaləsi burda fəaliyyət göstərib.
Qaradağ vilayəti Səfəvilər dönəmində Azərbaycan bəylərbəyliyinin tərkibində olub. Məşhur Qəhqəhə qalası burda olduğundan dövlətin xəzinəsinin və ömürlük məhbuslarının saxlanc yeri idi.
1747-ci ildən sonra müstəqil xanlığı vardı.
Qaradağ vilayəti hazırda Ərəsbaran adlanır və qondarma addır.
Gedişlərimizin birində Qaradağda yaşam sürən etnoqrafik qrupları, elləri, oymaqları, tayfa və tirələri tədqiq etmək qərarına gəldik. Qaradağda Qaradağlı, Ustaclı, Bayburdlu, Hacıəlili, Çələbiyanlı, Məhəmmədxanlı, Hüseynəkli, Həsənbəyli, İlyasxanlı və digər ellər yaşam sürürlər.
Qaradağın əsas və nəcib eli qaradağlılar idi. Bu el Səfəvilər dövlətinin qurulmasında əsas rol oynayan 7 qurumdan biri sayılırdı. Tarixi qaynaqlarda Qaracadağ sufiləri adlanan bu qurum Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Qaradağlı elinin oymaqları Səfəvilər dönəmində ölkənin bir çox ərazisinə yayıldılar. Qaradağda qalanlar isə zamanla əyləşib, əkin-biçinlə məşğul oldular.
Qaradağ vilayətinin ikinci böyük eli ustaclılar idi. 1499-cu ildə Ərzincan yörəsində, Mingöl yaylağında I Şah İsmayıla qatılan ustaclılar arvad-uşaqlarını, ağrıqlarını Osmanlı hökmdarı Sultan Bəyazidin yanına göndərmişdilər. Şirvan zəfərindən sonra elliklə köçüb, Diyarbəkr və Azərbaycanda yerləşdilər. Osmanlılar Diyarbəkri zəbt etdikdən sonra Ustaclı eli Qaradağ və Xorasanda yerləşdirildi. Xanlıq dönəmində Ustaclı elinin Toxmaqlı oymağı Qaradağda, Kəngərli oymağı isə Naxçıvanda xanlıq qurmuşdu.
Qaradağ vilayətinin üçüncü böyük eli bayburdlulardı. Bayburdlu eli ünlü Qızılbaş tayfa birliyinin bir qoludur. I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524-1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi. Qaraxan bəy Bayburdlunun başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərində əyləşdilər. Bayburdluların Əhər mahalında öz kəndləri bunlardır: Təzəkəndi Təhmasib, Şəmsabad, Yüzbaşılı, Qalabaşı Şahverdi qışlağı, Alpavut, Qorçu kəndi, Səfixanlı, Nəcəfxanlı, Xızır kəndi, Uluxanlı və qeyrilər...
Qaradağ vilayətinin dördüncü böyük eli çələbiyanlılardı. Çələbiyanlı eli I Şah Abbas Səfəvinin dövründə Ərzurum vilayətindən gəlib. Bu el altmışaltı obadan ibarətdir. Arazboyunda Səfərli obasından başlayıb, Aslandüz qəsəbəsinə qədər məntəqələrdə, yuxarıda - güney yörədə isə Mövlan kəndinədək bütün şenliklərdə məskunlaşıblar.
Qaradağ vilayətinin beşinci böyük eli hacıəlililərdir. Hacıəlili eli XVIII yüzilin önlərində oymaq kimi Şahsevən elinə bağlı idi. Qarabağın Arazbar qəzasında qışlayırdı. Arazbar qəzası Araz çayının hər iki yaxasında qərar tuturdu. Oymaq Amadili, Aslandüz, Aşağı Bala Nürkü, Əbülfətan, Məhəmmədcəlil adlı kəndlərdə məskunlaşmışdı. 1722-ci ildə başlayan Osmanlı yürüşü nədəniylə oymaq əhalisi Arazbardan qaçıb, Qaradağda, Üzimdil mahalının ərazisində məskunlaşdı. Şahsevən elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Köçərkən Arazbar qəzasındakı Qaraxanlı və Mədətli kəndinin camaatı da ona qoşuldu.
Hacəlili oymağını Qaradağa hakim Əbdürrəzzaq xan dəvət etmişdi.
Hacıəlili eli Qaraxanlı, Yağbəstili, Mədətli, İnallı, Müqəddəm-Qara, Çaxırlı, Kəngərli, Qarabağlı, Gəncəli, Qacarlı, Zeynallı, Təmirli, Pirəlili oymaqlarından ibarət idi.
Qaradağ vilayətinin altıncı böyük eli məhəmmədxanlılardır. Məhəmmədxanlı eli XIX əsrdə Çələbiyanlı elindən ayrılıb, müstəqil bir quruma çevrilib. Qaradağ vilayətinin Kəleybər, Mincivan və Keyvan mahallarında məskunlaşıblar.
Qaradağ vilayətinin yeddinci eli hüseynəklilərdir. Qaradağ vilayətinin Yaft və Tiklə mahallarında yaşam sürürlər. Hüseynəkli elinin qolları Fərruxxanlı, Məmmədbəyli, Əmirxanlı, Qutanlı, Nurulu, Kolanlı, Qəribə, Agacəfərli, Hadixanlı, Salahlı və Aşıqlıdır.
Qaradağ vilayətinin səkkizinci eli həsənbəylilərdir. Həsənbəyli eli əsasən Qaradağ vilayətinin Həsənabad mahalında qərar tutub.
Qaradağ vilayətinin doqquzuncu eli ilyasxanlılardır. İlyasxanlı eli əsasən Qaradağ vilayətinin Meşəpara mahalında qərar tutub.
Qaradağda qarabağlılar, qaraçorlular, kolanılar, püsyanlar və tərəkəmələr kimi dağınıq ellər yaşayırlar. Bu ellər bura Rus-İran müharibələri dönəmində Qarabağdan köçürülüb.
Mənim ilk tədqiqatım Çələbiyanlı elindən başladı. Anam Çələbiyanlı elinin Xudayarlı obasına mənsubdur. Xudayarlı оbası 1839-cu ilə qədər Qaradağ yörəsində qərar tutub. Bu ilin içində, günlərin birində Xudayar yüzbaşı atını dəhmərləyib Arazı kеçib. Başında da оbası. Üz tutub hələ Qaradağda hakim işlədiyi dönəmdən tanış оlduğu Cəfərqulu xan Sarıcalı-Cavanşirin yanına. Salam-kəlamdan sоnra gəlişinin nədənini dеyib. Cəfərqulu xan оna Diridağını tuş vеrib. Xudayar yüzbaşı оbası ilə Diridağda butalanıb. Qaradağda qırıntıları qalıb.
Qaradağ vilayətinin Keyvan mahalında Qızılyol şenliyində olduq. Şenliyin əhalisi Çələbiyanlı elinin Genanlı tayfasına mənsubdur. Biz isə şenlikdə özlərini mühacir sayan Hüseyn Hüseynzadənin qonağıyıq. Hüseyn Hüseynzadə ilə anam dayınəvəsi, bibinəvəsidir.
Hüseyn dayı tez bir toğlu kəsib, çatmadan asdı. Sonra xırda tikələrə bölüb kabab bişirdi. Qaradağ kababı bizim Qarabağ kababından fərqlənir. Bizim kababın əti iri və sümüklü, onlarınkı isə xırda və teyxa ət olur.
Sabahı günü Hüseyn dayının xanımı Sənəm bibi tuluq çalxadı, yağı bir qaba, ayranı başqa qaba boşaltdı. Sonra sac üstündə bizə kətə bişirdi. Kətəyə kərə yağ əlavə edib, qatıqla yedik.
Və sonrakı gün. İsti çörəyi doğrayıb, kərə yağı ilə yedik. Adına bozdamac deyirdilər.
Çələbiyanlılar özlərini “Ocaqzadə” adlandırır və köklərini Hacı Bəktaş Vəliyə bağlayırlar. Tarixi ədəbiyyatda da Hacı Bəktaş Vəlinin törəmələri Çələbiyanlı adlanır. Onlara el arasında "bel oğlu" adı verilib. Çələbiyanlılar isə ocaqzadə, beloğlu olmayanları “eloğlu” adlandırırlar.

16:47