1906-cı ildə təpədən dırnağacan silahlanmış erməni millətçiləri türk-müsəlman əhaliyə qarşı qırğınlara başladılar. Millətin irəli gedənləri ayılıb, təşkilatlananda artıq qan-qırğın aləmi basmışdı. Ayılan aydınlardan biri də Məşədi Camal bəy Vəzirov idi.
Məşədi Camal bəy Qarabağda, Şuşada məşhur olan vəzirovlar soyuna məxsusdur. Bu soy Cavanşir elinin Hacılı camaatına bağlıdır. Babası Mirzə Camal bəy Cavanşir (1773-1853) Qarabağ xanı İbrahimxəlil xan Sarıcalı-Cavanşirin, sonra onun oğlu Mehdiqulu xanın vəziri olmuşdu. Tarixçi kimi bir neçə kitabın müəllifidir. Atası Rzaqulu bəy Vəzirov (1814-1875) çar ordusunun zabiti, mülkədar idi. O da tarixçi və ədəbiyyatşünas kimi bir neçə əsərin müəllifidir.
Rzaqulu bəyin üçüncü oğlu Camal bəy 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər məktəbində oxumuşdu. Mülkləri yerləşən Düdükçü kəndində yaşayırdı. Böyük mülkədar idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət еtmişdi. Əlindən gələn yaxşılığı hеç kimdən əsirgəmirdi.
Məşədi Camal bəy Vəzirov 1872-ci ildə Qarabulaq (indiki Füzuli şəhəri) kəndinə köçmüşdü. Burda yurd almış, ikimərtəbli ev tikdirmişdi.
Məşədi Camal bəy Vəzirov 1890-cı ildə Qarabulaq məscidinin önündə böyük çarhovuz tikdirmişdi.
Məşədi Camal bəy Vəzirov «Difai» təşkilatının Qaryagin şöbəsinin başçılarından biri idi. Belə ki, bu partiyanın Qaryagin qəzasında da şöbəsi vardı. Qısa müddətdə bu partiya Azərbaycanın qərb qəzalarını – Şuşa, Zəngəzur, Qaryagin, Cavanşir qəzalarını və Gəncə şəhərini əhatə etmişdi. (ГИААР: ф.524,оп.1, д.15, л.2-7.) İ. Bağırova öz tədqiqatında arxiv məlumatları əsasında müəyyən etmişdir ki, partiya üzvlərinin ümumi sayı 1000 nəfərdən çox olmuşdur. Bu nəticələr ona əsaslanırdı ki, əvvələn, partiyanın
yerli (qəza) komitələrinə 7-15 nəfər daxil idi. Təxminən eyni sayda (6 nəfərdən 17 nəfərə qədər) təbliğatçı olurdu. (Документы по русской политике в Закавказье, с.22, 23, 28,29.) “Difai”nin bir qolu olan “Qarabağ Birlik Məclisi”nin də fəaliyyət sahəsi Şuşa, Cavanşir, Qaryagin və yaxınlıqdakı Zəngəzur qəzalarını əhatə edirdi. (ГИААР:
ф.524, оп.1, д.15, л.2-7.) Qaryagin komitəsinə tələbələr A.Vəzirov və M.Axundov başçılıq edirdi. Komitənin üzvləri Axund Mirzə Əli Axundzadə, Hacı Muxtar Sadıqov, Məşədi Camal bəy Vəzirov, Mirzə Camal Yusifzadə, Məşədi Qulu Əhmədov, Bəşir Əliyev, Səlim Şamxalov və Əli bəy Vəzirov idi.
Məşədi Camal bəy Vəzirov qəzanın qeyrətli oğullarını, əli silah tutan igidlərini səfərbərliyə çağırıb el-obaları erməni millətçilərinin basqından qorumuşdu. Yağləvənddən Həsənalı bəy Əsgərxanov, Hüseynbəylidən Ağa bəy Hüseynbəyov və digərləri onun səsinə səs vermişdi. Qaçaq Rəşid, Qaçaq Həsi Kirs dağında erməni millətçilərini türk-müsəlman tərəfə üz tutmalarını yasaq etmişdi. Qohumu İsfəndiyar bəy Vəzirov erməniləri yerində oturtmaq üçün onların başçıları ilə danışıq aparırdı. Qacar kəndindən Tapdıq bəy Talıbxanov Molla Əbdürrəhim Axundov əhalinin müdafiəsini təşkil etmişdi.
Məşədi Camal bəy Vəzirov sonrakı yaşamı Müsavat partiyası ilə bağlıdır.
M.B.Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai” Partiyası öz mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdır. “Difai”çilərin çoxu sonradan 1911-ci ildə yaradılmış Müsavat Partiyasına daxil olmuşdur. Məşədi Camal bəy Vəzirov Müsavat partiyasının üzvü idi.
Məşədi Camal bəy Vəzirov 1920-ci ildən sonra iki dəfə tutulmuşdu. Böyük amallar uğrunda yorulmadan çalışan bu şəxsin gorgah yeri bilinmir.
Məşədi Camal bəy Vəzirov Əzizə xanımla yaşam qurmuşdu. Övladları olmadı.
Məşədi Camal bəy Vəzirov - ARAŞDIRMA

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
14:24