1905-1906-cı illərdə erməni millətçiləri tərəfindən törədilmiş qətl-qırğınlara qarşı çıxan qeyrətli oğullardan biri də Abbas bəy Vəzirov idi.
Abbas bəy Qarabağda, Şuşada məşhur olan vəzirovlar soyundandır. Bu soy Cavanşir elinin Hacılı camaatının Şərifbəyli tayfasına bağlıdır. Atası Talıb bəy (1814-?) şair, mülkədar və dövlət məmuru idi. Babası Mirzə Zeynalabdin bəy (1794-?) mirzə və mülkədar olmuşdu. Ulu babası İmamqulu bəy Əli bəy oğlu (1760-?) Qarabağ xanlığının sərkərdələrindən idi.
Talıb bəyin ikinci oğlu Abbas bəy 1846-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra Şuşa şəhər müsəlman məktəbini bitirəndən sonra hərbi qulluğa başlamışdı. Kapitan rütbəsinə qədər çar ordusunda xidmət еtmişdi.
Abbas bəy Vəzirov “Difai” təşkilatının üzvü idi. 1905-1906-cı illərdə baş vеrən еrməni-müsəlman savaşında Şuşanın müdafiəsinə qatılmışdı. Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə еrməni-müsəlman davası» adlı kitabında yazır: «Müsəlmanlar da bir nеçə yеrdə səngər tərtib еtmişdilər. Birinci səngər Vəzirzadələrin еvinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin еvinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib еdən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi.» (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.25) Abbas bəy şəhərin içində dəfələrlə еrmənilərin burnunu ovmuş, öz səngərlərindən qovmuşdu.
Şuşada erməni millətçiləri öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən şəhərə canlı qüvvə gətirirdilər.
Abbas bəy Vəzirov də əlində silah gecə-gündüz erməni millətçilərinə qarşı vuruşmuşdu. Mir Möhsün Nəvvab yazır: “Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayırdılar. Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər isə Əsgəran səngərlərindən çıxarıldıqdan sonra onlar Xanabad kəndinə hücum edirlər. Onlar kənddə Həsən ağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər”. (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s. 35)
Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər. Avqust ayının 19-da Şuşanın türk-müsəlman əhalisinin özünü müdafiə dəstələri ermənilərin qərargah və silah anbarı kimi istifadə etdikləri Xandəmirov teatrına od vurdular. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.
Qaynaqlardan oxuyuruq. Rusiyanın geosiyasi maraqlarına uyğun olan bu proseslər ermənilər üçün çox məqsədəuyğun idi: "Qanlı aksiyalarda məqsəd yerli əhalini - azərbaycanlıları Şuşa - Pənahabadı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Lakin ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi belə, demoqrafik vəziyyəti dəyişə bilməmişdi. Beləliklə, ermənilər çar Rusiyasının hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın siyasi və iqtisadi həyatında ciddi problemə çevrildilər. Ermənilər sonrakı dövrlərdə də mühüm məqamlarda Azərbaycan dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar və açıq separatçılıq əməllərini davam etdirdilər".
Abbas bəy Vəzirov 1908-1910-cu illərdə Cavanşir qəzasında mülkü hakim işləmişdi.
Abbas bəy Vəzirov 1910-cu ildə vəfat еdib.
Abbas bəy bibisi Püstə xanımın, Hacı Sadığın qızı, şair Məşədi Еyyub Bakinin bacısı Güllü xanımla ailə qurmuşdu. Soltan xanım, Səba xanım adlı qızları vardı.
Abbas bəy Vəzirov: Difainin kapitanı..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
15:25