Abuzər bəy Orucov: ermənin əsassız ittihamına görə sürgün..

Azərbaycanın mədəniyyət tarixində yeri olan şəxslərdən biri də Abuzər bəy Orucovdur.
Abuzər bəy Qarabağda tanınmış orucovlar soyuna bağlıdır. Bu soyun ulu babası Oruc Oruc oğludur. O, Qarabağ vilayətinin İyirmidörd mahalının (indiki Bərdə rayonunun) Alpout kəndində dövran keçirirdi. Praporşik Böyük bəy Fətəli bəy oğlu Sarıcalı-Cavanşirin təhti-tabeliyində güzəran keçiridi. Kəndlərinin yüzbaşısı idi.
Oruc ağanın törəmələri Orucov soyadını daşıyırdılar.
Oruc ağa Nənə xanımla ailə qurmuşdu. Abdulla ağa, Əli ağa adlı oğlanları vardı.
Oruc ağanın ikinci oğlu Əli ağa Şuşa qəzasının Cavanşir sahəsinin Alpout kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Əkinçiliklə, qismən də heyvandarlıqla məşğul idi.
Əli ağanın Oruc bəy, Abuzər bəy, Qəmbər bəy adlı oğlanları vardı.
Abuzər bəy Əli ağa oğlu Orucov 1878-ci ildə Cavanşir qəzasının Alpout kəndində dünyaya gəlmişdi. Əvvəlcə Bərdə ikisinifli məktəbi, sonra Şuşa Real məktəbi bitirmişdi.
Orucov qardaşları 1905-ci ildə atalarının və yaxın dostları Əhməd bəy Ağayevin tövsiyəsi ilə Bakıya köçərək burada çap işinə başlamışdılar. Kənddəki atadanqalma mülklərini satıb, Bakı şəhərində “Bəradərani-Orucov” (Orucov qardaşları) adlı şirkət açmışdılar. Şirkətin nəzdində mətbə və kitab mağazaları vardı. Qeyd edək ki, Bakıda ən iri mətbəə Orucov qardaşlarının mətbəəsi idi.
Mətbəənin fəaliyyətə başladığı il barədə mənbələrdə fərqlilik var. “Azərbaycan tarixi” kitabında mətbəənin 1905-ci ildə fəaliyyətə başladığı göstərilir. “Azərbaycan ədəbiyyatı tarixi”ndə də həmin il qeyd edilir. Hacı Həsənovun yazdığına görə isə mətbəə 1906-cı ildə fəaliyyətə başlayıb.
Mətbəə keçmiş Nikolayevski küçəsində, (indiki İstiqlaliyyət) milyonçu Hacı Zeynalabdin Tağıyevin xüsusi binasında yerləşirdi.
Mətbəənin bütün avadanlığı, çap maşınları Almaniyadan gətirilmişdi. Mətbəənin işlərini Abuzər bəy Orucov idarə edirdi. Oruc bəy Orucov ümumi rəhbərliyi, rəsmi işləri öz üzərinə götürmüşdü. Qənbər bəy Orucov isə çap olunan kitabların bölgələrdəkı mağazalarda satışı ilə məşğul olmuşdu.
Orucov qardaşlarının mətbəəsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdi. Burada nəşriyyat və tərtibat işində istifadə olunan “Mille” markalı ən böyük özüyığan maşın, müxtəlif alman markalı çap maşınları, tikən və kəsən maşınlar vardır.
O dövrün başqa böyük mətbəələri kimi, Orucov qardaşları mətbəəsinin də elektriklə işləməsi xüsusi bir hal idi. Buna görə də çap etdiyi kitabların əksəriyyətində onun adı “Orucov qardaşlarının elektrik mətbəəsi” kimi verilmişdi.
Mətbəədə Azərbaycan, rus, gürcü və fransız dillərində şriftlərin olması həmin dillərdə də kitabların çap edilməsinin göstəricisidir.
Hacı Həsənovun yazdıqlarına görə, Orucov qardaşları çapçılıq işindən gəlir və varlanma mənbəyi kimi istifadə etdiklərindən, onların nəşriyyatçılıq fəaliyyətinin ideya istiqaməti də qeyri-müəyyən olmuşdur. Bunun nəticəsidir ki, onlar öz mətbəələrində müxtəlif dillərdə mütərəqqi ədəbi-bədii, elmi, fənni, hətta inqilabi əsərlərin nəşrin ilə yanaşı, dini, sxolastik və əksinqilabi əsərlərin nəşrinə də geniş yer verirdilər.
Mətbəənin bu cür fəaliyyəti barədə “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildində də maraqlı faktlar qeyd edilir: “Azərbaycan, rus, Qərbi Avropa və Şərq ədəbiyyatından bir çox qiymətli kitablar, habelə məktəblilər üçün yaxşı dərsliklər buraxan, Azərbaycan mətbəə tarixində xüsusi xidmətləri olan Orucovlar bəzən müəlliflər və tərcüməçilərlə adi bir alverçi kimi rəftar edirdilər.”
“Müasirləri Sabir haqqında” kitabında yazılır: “O zaman Azərbaycan mətbuatı iki adamın inhisarında idi. Biri Orucov qardaşlarının, ikincisi Haşım bəy Vəzirovun. Əgər Orucovlar Sabirə hər gün yazdığı “taziyanə”lər üçün ayda on manat mükafat verirdilərsə də, Haşım bəy Vəzirov onu mətbəəsində çalışdırıb haqqını da verməmişdi.” Bu məlumat yalnışdır. Vəzirov həmin dönəmdə tutulmuşdu.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Orucovların mətbəəsində inqilabi ədəbiyyat, mütərəqqi siyasi əhəmiyyətli kitablar çap edilmişdir. Onların fəaliyyətində maraqlı cəhətlərdən biri də Azərbaycan biblioqrafiyası tarixində ilk dəfə kitab kataloqlarını, biblioqrafik vəsaitləri, müxtəlif mövzularda ədəbiyyat siyahılarını çap etmələridir.
Kitab çapı ilə bərabər, onun təbliğinə böyük əhəmiyyət verən Orucov qardaşları Mirzəağa Əliyevin “Ziya” kitabxanasının kataloqunu da buraxmışdılar.
Kitab nəşri sahəsində uğur əldə edən qardaşlar qəzet və jurnallar da nəşr etmişlər. Bunlardan “Həqiqət”, “İqbal”, “Yeni İqbal”, “Babayi-Əmir”, “Kəlniyyət”, “Tuti” və s. qeyd etmək olar.
“Təkamül” qəzeti redaksiyasının fəaliyyəti nəticəsində 1907-ci ilin iyununda Orucov qardaşları mətbəəsində “Nə tövr fəhlələr özlərinə ittifaq qayirməlidirlər? (həmkarlar ittifaqı barəsində)” adlı kitabça çap olunub.
Abuzər bəy Orucovun qız nəvəsi sənətşünas Kübra Əliyeva yazır: “Anamın dediklərinə görə, babamla Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Ruhulla Axundov dost imişlər. Hər zaman babamgilə yığışıb söhbət edərmişlər. N. Nərimanov Abuzər Orucov ailəsinin səhhətini himayə edən ev həkimi olmuşdur. Babam Abuzər və böyük qardaşı Orucun köməyi, sponsorluğu ilə Üzeyir Hacıbəyov Peterburqda təhsilini bitirmişdir. Kim bilir, hələ anamın bilmədiyi nə qədər adamlar Orucov ailəsinin himayəsi ilə xaricdə təhsil almışdır.”
Orucov qardaşları mətbəəsinin yazıçı-publisist, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun əsərlərini nəşr etməsi sahəsində də xidməti olmuşdu. Nəşriyyat 1907-ci ildə Ü. Hacıbəyovun tərtib etdiyi “ Türk-rus və rus-türk” lüğətini, və “Hesab məsələləri” kitabını nəşr etmişdir.
Ü. Hacıbəyovla Abuzər bəy Orucovun arasında bağlanmış bir müqavilə də çox maraqlıdır. Müqavilə14 fevral 1912-ci il tarixdə Üzeyir bəy Hacıbəyovun Orucov qardaşları mətbəəsinin rəhbərlərindən biri olan Abuzər bəy Orucovla bağlanıb. Burada Üzeyir bəyin «O olmasın, bu olsun» operettasının nəşr edilməsi, tamaşa günü Orucov tərəfindən teatrın kassasında həmin nəşrin satılması, Ü. Hacıbəyova 150 manat qonorar və 10 nüsxə nəşr olunmuş libretto verilməsi və s. barədə müqavilə bağlanmışdır. Sənədin sonunda Ü. Hacıbəyovun və A. Orucovun imzaları vardır.
Orucovlar 1914-1915-ci illərdə Ü. Hacıbəyovun “Arşın mal alan”, “Harun və Leyla”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun” əsərlərini nəşr etməklə Azərbaycan musiqisinə böyük xidmət göstərmişlər.
Orucov qardaşları mətbəəsi 1918-ci ilədək müstəqil fəaliyyət göstərib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda qardaşlar yeni hökuməti alqışlayan ziyalılardan olub. Onlar 1918-ci ildə mətbəəni bütün avadanlıqları ilə birlikdə hökumətin sərəncamına veriblər. Həmin illərdə mətbəənin avadanlıqları milli mətbəənin təşkilində geniş istifadə olunub.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Abuzər bəy Orucov da təqiblərə məruz qaldığı üçün 1927-ci ildə Qarabağa qayıtmışdı. O, Ağdamda məskunlaşmışdı.
Abuzər bəy Orucov 1927-ci ildə Azərbaycan Dövlət Nəşriyyatının Ağdamdakı mağazasının şöbə müdiri vəzifəsində çalışmışdı.
Abuzər bəy Orucovun sonrakı taleyi kəşməkəşli olub. Göstərdiyi xidmətlərə, hətta yaxın dostu N. Nərimanovun səyinə baxmayaraq, Abuzər bəy Orucov 30-cu illərin repressiyasından xilas ola bilməyib. Onun şəxsi işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılır. PR-34369 saylı istintaq işi 29 iyun 1930-cu ildə açılmış, 14 iyul 1930-cu ildə başa çatmışdır.
Abuzər bəy Orucov Azərbaycan Dövlət Siyasi İdarəsinin 77 saylı orderinə əsasən 29 iyun 1930-cu ildə həbs edilmişdi. DSİ-nin əməkdaşı Kozlovtsev əvvəlcə onun Ağdamdakı mənzilində axtarış aparmış, sonra isə həbs etmişdir. Axtarış zamanı onun mənzilindən 1 ədəd fin bıçağı, müxtəlif yazışmalar, “İslam tarixi” kitabı və 1 ədəd qədim qartal gümüş nişanı müsadirə edilmişdi.
Abuzər bəy Orucovun istintağını Markaryan aparmışdı. Markaryan da onun boynuna elə ittihamlar qoymuşdu ki, siyasi yeddilik mat qalmışdı. Qondarma ittihamlar əsasısında ona 10 il iş kəsilmiş, sürgünə göndərilmişdi.
Abuzər bəy Orucov 16 yanvar 1989-cu ildə bəraət almışdı.
Abuzər bəy Orucov Məsumə xanımla ailə qurmuşdu. Rəhim bəy, Nadir bəy adlı oğlanları, Zara xanım, Ulduzə xanım və Elza xanım adlı qızları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
15:52