Ələkbər xan Şahsuvarov: milli dövlətimizin keşiyində - Ənvər ÇİNGİZOĞLU yazır

Ələkbər xan Şahsuvarovun doğum şahadətnaməsi
Azərbaycan xalqının milli təhlükəsizliyi sahəsində fədakarlıqla xidmət edən şəxslərdən biri də Ələkbər xan Şahsuvarovdur.
Ələkbər xan şahsuvarovlar soyuna mənsubdur. Babaları Qafqazdan Qacarlar dövlətinə mühacirət etmişdi. Atası Məşədi Kərim dolanışıq ardınca Qafqaza qayıtmışdı. Qızılyar şəhərində məskunlaşmışdı. Burda xırdapara ticarətlə məşğul olmuşdu. Qızı Nisə xanım əmir tuman Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu İbrahimbəyovla ailə qurandan sonra vəziyyətləri düzəlmişdi.
Ələkbər xan Məşədi Kərim oğlu Şahsuvarov 1877-ci ildə Tersk vilayətinin Qızılyar şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Vladiqafqaz gimnaziyasında oxumuşdu. Əvvəlcə Odessa universitetində oxumuş, sonra Moskva Dövlət Universitetinə dəyişmişdi. Universitetin hüquq fakültəsini bitirmişdi.
Ələkbər xan Şahsuvarov universiteti tamamlayandan sonra Bakıda məskunlaşmışdı. Bakı ədliyyə dairəsində xidmət etmişdi.
Ələkbər xan Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyəti dönəmində təhlükəsizlik idarəsinin əməkdaşı olmuşdu.
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına iki aya yaxın vaxt qalmış Bakıda əks-kəşfiyyat təminatını general-qubernatorluğun tərkibində yaradılmış İnformasiya şöbəsi yerinə yetirmişdir. Arxiv sənədlərinə əsasən demək olar ki, yeni qurum Nazirlər Şurasının sədrinə və daxili işlər nazirinə tabe idi. Əksinqilabla Mübarizə Təşkilatının texniki funksiyaları, o cümlədən təhqiqat, müşahidə, axtarış və s. Bakı general-qubernatorunun göstərişi ilə İnformasiya şöbəsinə təhvil verilmişdir. Şöbəyə rəhbərlik Ələkbər xan Şahsuvarova tapşırılmışdır. Ələkbər xan əvvəlki sələflərindən fərqli olaraq, yüksək ixtisaslı hüquqşünas idi.
İnformasiya şöbəsinin ən çox yadda qalan işi isə 19 aprel 1920-ci ildə, Azərbaycanın işğalına doqquz gün qalmış Balaxanıda 22 nəfər gənc bolşevikin həbsi ilə bağlı məsələ idi. Belə ki, sənədlərdən də göründüyü kimi, Ələkbər xan Şahsuvarovun böyük ustalığı sayəsində həmin dəstə ifşa edilmiş, dəstənin üzvləri isə həbs edilmişdilər. Elə həmin gün Ələkbər xan Şahsuvarov Daxili işlər nazirinin müavininə raport yazmışdır. Əməliyyat zamanı 22 nəfər tutulmuş, iclasın protokolu, «Molodoy kommunist» qəzeti, çağırış və digər sənədlər ələ keçirilmişdir.
Ələkbər xan Şahsuvarovun uğurlu əməliyyatı demək olar ki, əksəriyyət tərəfindən qiymətləndirilmişdir. Ələkbər xan sözün həqiqi mənasında bolşeviklərə qarşı qətiyyətlə çıxışlar edirdi. Aprel ayı Azərbaycan üçün elə bir ay idi ki, əslində nəinki ziyalılar, hətta az qala bütün Azərbaycanın əksər hissəsi Vətənin başı üzərində dolaşan qara buludları görürdülər.
İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov 28 apreldə həbs edildi, 13 may 1920-ci ildə Qızıl Ordunun xüsusi şöbəsinin əməkdaşları tərəfindən güllələndi.
Yazının hazırlanmasında dostumuz, professoq Ədalət Tahirzadənin və tədqiqatçı Elşad Qocanın materiallarından istifadə edilmişdir. Hər ikisinə təşəkkürümüzü bildiririk.

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
Xudaferin.eu
13:45