Cavad bəy Qarabağda tanımış səfərəlibəyovlar soyuna bağlıdır. Bu soy Kəbirli elinin Əlibəyli oymağından çıxıb.
Babası Səfərəli bəy Əli bəy oğlu Kəbirli Qarabağ xanlığının və sonrakı dönəmin tanınmış şəxsiyyətlərindən idi. Qraf Paskeviç, knyaz Yermolov şəxsən Səfərəli bəyi tanıyırdı və hörmətini saxlayırdı. Şahzadə Abbas mirzə Səfərəli bəyə təklif etmişdi ki, Arazı keç, sənə xan ünvanı və Qaradağ xanlığını verim.
Atası Əli bəy Səfərəli bəy оğlu 1817-ci ildə Kəbirli mahalının Qiyaməddinli-Səfərəli bəy оbasında anadan оlmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra Şuşa şəhərində mədrəsədə оxumuşdu. Qəza məktəbində təhsilini davam etdirmişdi. Rus оrdusunda xidmət etmişdi. Ştabs-kapitan rütbəsi vardı.
Əli bəyin Cavad bəy, Səfərəli bəy, Məmmədqulu (Məmiş) bəy adlı оğulları vardı.
Cavad bəy Əli bəy oğlu 1842-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Qiyaməddinli-Səfərəlibəy оbasında dоğulmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra Şuşa şəhərində Qəza məktəbində оxumuşdu. Dövlət idarələrində məmur işləmişdi. Quberniya katibi, saray müşaviri mülki çinlərini almışdı.
Şuşa şəhər dumasının üzvü olduğundan Qarabağda “Dum Cavad bəy” ləqəbi ilə tanınırdı.
XX əsrin əvvəllərində Cavad bəy Səfərəlibəyovun adı kəndli hərəkatına aid qaynaqlarda hallanır.
Qarabağda, Şuşa qəzasında mülkəlarlar daha artıq malсəhət ələ keçirmək məqsədi ilə toplanan məhsulun miqdarını qəsdən artırmağa çalışırdılar. Bu hal kəndlilərlə mülkədarlar arasında toqquşmalara səbəb olurdu. Kəndli malcəhəti mülkədarların evinə aparmalı idi. Kəndlilər malcəhətdən əlavə, istifadə etdikləri hər desyatin torpaq üçün mülkədarlara 30 qəpik vergi verirdilər. Torpaqsız və aztorpaqlı kəndlilər torpağı əsarətli şərtlərlə mülkədar və qolçomaqlardan icarəyə götürməyə və onların soyğunçu tələblərini yerinə yetirməyə məcbur olurdular. Azərbaycanda torpaqların kəndlilər tərəfindən icarəyə götürülməsi geniş yayılmışdı.
Cavad bəy Səfərəlibəyov Qarabağın böyük mülkədarlarından idi. Onun ağır icarə şərtlərinə görə dəfələrlə kəndlilər üsyan etmişdilər. Kəndlilər tələb edirdilər ki, ya icarə şərtlərini yüngülləşdirsin, ya torpaqlarını kənd icmasına versin. Bu üsyan bəzi hallarda üsyanşıların xeyrinə qurtarmışdı. Belə ki, 1902-1904-cü illərdə Şuşa qəzasının Gəraybəyli-Uğurlubəy kəndinin əhalisi qətiyyətlə Cavad bəy Səfərəlibəyova icarə haqqı ödəməkdən imtina etmişdilər. Mülkədar şərtnamə ilə torpaqlarını onlara 5 illiyə yüksək qiymətlə icarə vermişdi. Cavad bəy Səfərəlibəyovun şikayəti ilə bağlı senat hökm çıxarmışdı ki, kəndlilər şərtin axırıncı ilinə görə icarə haqqını ödəməlidirlər. (ЦГИА Груз, ф 13, оп 7. д 2608, лл 1-5)
1907-ci ilin mart-iyun aylarında kəndlilər yenidən üsyana başlamışdılar. Bir neçə mülkədarın malikanəsində yanğın törətmişdilər. Qarşıdurmada ölən və yaralananlar vardı. Şuşa qəzasının 3-cü sahəsinin pristavı Vəzirov məruzəsində bildirmişdi ki, kəndlilərlə polis strajnikləri, eləcə də qoşun hissələri arasında əlbəyaxa döyüş baş verib. Cavad bəy Səfərəlibəyovun malikanəsi dağıdılıb, kiçik qardaşı Məmiş bəy öldürülüb. Yaz məğşuşluğundan xeyli keçsə də, həyat öz axarına düşməyib. Hakim dairənin ən ali nümayəndələri, hətta qəza rəisi qəzada görünməyiblər. (ЦГИА Груз. ф12, оп 1, д 2597, лл 82-126)
Cavad bəy Səfərəlibəyov Balaxanım bəyim Ağa bəy qızı Sarıcalı-Cavanşirlə ailə qurmuşdu. İbiş bəy adlı оğlu, Qumru xanım adlı qızı vardı.
Cavad bəy Səfərəlibəyov: Şuşadan Ağcabədiyədək..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:56