Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünün ictimai xadimləri icərisində öz bacarığı və nüfuzu ilə seçilən şəxsiyyət olmuşdur. O, Azərbaycanın tanınmıs soylarından olub, Diba ailəsinə mənsubdur. Bu ailənin kökü Şərqin ən qədim soy-sülalərindən olan təbatəbailərə bağlıdır. O, Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nazimülüləmanın qardası, Mirzə Ələsgər Mustovfi Təbrizinin oğludur.
Əsədulla xan 1840-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini ailə şəraitində almışdı. Sonra mədrəsədə oxumuşdu. Özəl müəllimlər vasitəsilə fransız və rus dillərini öyrənmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Əsədulla xan Xarici İslər nazirliyinin əməkdası idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. O, hələ 1877-ci ildə Qacarlar dövlətinin Tiflisdə Bas konsulu kimi çalışmışdır.
Mirzə Əsədulla xan 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli numayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. Sonra Nazimüddövlə ləqəbinə layiq görülmüşdü. Bu ləqəbi daha öncə Mirzə Mülküm xan daşımışdı.
Mirzə Əsədulla xan Nazimüddövlə 1887-ci ildə Peterburqdan geri cağırılaraq, vəfat etmis Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur.
Mirzə Əsədulla xan Nazimüddövlə 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmuşdu. O, sonralar da mühim dövlət vəzifələrində xidmət etmişdi.
Mirzə Əsədulla xan Nazimüddövlə 1894-cü ildə Fars əyalətinin general-qubernatoru olmuş, bu vəzifədə 1895-ci ilədək, yəni ədliyyə naziri vəzifəsinə təyin edilənədək çalışmışdı. Həmin il Tehranın hakimi vəzifəsi də ona tapşırılmışdı.
Mirzə Əsədulla xan Nazimüddövlə 1899-cu ildə Böyuk Dövlət Şurasına başçı təyin olunmuş, omrunun sonunadək burada çalışmışdı.
Qacarlar dövlətinin Baş naziri olmuş Mirzə Hüseynqulu xan Mafi xatiratında Mirzə Əsədulla xan Nazimüddövlədən bəhs edir.
Mirzə Əsədulla xan Nazimüddövlə 1901-ci ildə vəfat etmisdir.
Mirzə Əsədulla xan Nazimüddövlə Seyyidə bəyim Qazi Təbatəbai ilə ailə qurmuşdu. Yəhya xan adlı oğlu, Seyid Asiyyə xanım, Seyid Ziba xanım və Seyid Afət xanım adlı qızları vardı.
Mirzə Əsədulla xan Nazimüddövlə kimdir?

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:37