Yük əyilməsə, daş qürbətə düşməz, deyiblər. Rusların Qafqaza gəlişi ilə bağlı çox ocaqlara su calandı. Calayi-vətən olan soylardan biri də Hacı Cəlil xanın ailəsi idi.
Hacı Cəlil xan mühacir idi. Babası Türkmənçay müqaviləsindən sonra Qafqazdan Güney Azərbaycana gəlmişdi. Abbas mirzə Naibüssəltənə onu Urmiya ətrafında yerləşdirmişdi. Hacı Cəlil xan Qacarlar ordusunun mühacirlər dəstəsində xidmət etmiş, naibi sərhəng (podpolkovnik) rütbəsinə qədər yüksəlmişdi. 1879-cu ildən İran kazak briqadasına yazılmışdı. O, naibi sərhəng (podpolkovnik) rütbəsində 1-ci fövcün, 1-ci diviziyonun komandiri olmuşdu.
Hacı Cəlil xan 1886-cı ildə sərhəng (polkovnik), 1888-ci ildə sərtib (briqadir) rütbəsi daşıyırdı. Cəsarətinə, cəldliyinə görə bir çox döyüşlərdə seçilmişdi.
Hacı Cəlil xan 1890-cı ildə Nasirəddin şah Qacardan mir pəncə (general-mayor) rütbəsi aldı.
Hacı Cəlil xan 1892-ci ildə əmir tümən (general-leytenant) rütbəsinə təqdim edildi.
Hacı Cəlil xan 1894-cü ildə briqadanın maliyə məsələlərinə baxırdı. Xəzinədar idi.
Polkovnik V. A. Kasoqovski 18 aprel 1894-cü ildə yazırdı: “Bu gün Cəlil xan 8 min tümənlik həvaləni gətirdi. Bu briqadanın büdcəsinə müsaidə (avans) biçimində verilmişdi. Hələ ki, briqadanın büdcəsi təsdiq olunmamışdı. Bu 8 mini bazarda sərraflardan (tacirlərdən) əldə etmək lazımdır. Sərraf bildirdi ki, 10-12 gündən tez bu pulu verə bilməz. Düşünürəm ki, bu bir ay müddətinə başa gələcək”. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 57.)
24 apreldə baş verən hadisələr V. A. Kasoqovskini həyəcanlandırmışdı. O, yazırdı: “Hacı Cəlil xan gəldi və mənə bəd xəbərlər gətirdi. Bu il bankdan alacaqlarımızı çətinə salmışdılar. Kermandan 20 min, Şirazdan 67 min və 8 min müsaidə, indi qalanlarını isə həll olunmayıb. Və bunlar hamısı bir yerdə məvacibi bankdan almaq! Şiraz – çox pisdir. Oranın qubernatoru şahın qardaşıdır, yoxsul, məşhur yalançı və dələduzdur. Mən yollandım ki, səfirimizə şikayət edim. Onun da möhkəmliyinə heç etibar yoxdur”. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 62.) Evə dönən polkovnik Hacı Cəlil xanı Mirzə Ələsgər xanın yanına yollamışdı ki, pul məsələlərini həll etsin. Bu arada mühacirlər arasında qiyam başlamışdı. Şaha, şahbanu Ənisəddövləyə şikayət etmişdilər. Hacı Cəlil xanın polkovnikə verdiyi məlumata görə, hərbi nazir naibüssəltənə demişdi: “Bu mühacirlər nə əclafdırlar! Mənə müraciət edə bilməzdilər? Soxulublar əlahəzrət şahın yanına. Qiyamçı yaramazlar!” (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 63.)
Hacı Cəlil xan mühacirlər qiyamının başçılarından idi. Polkovnik Kosoqovskinin rəsmi hərəkətləri mühacirlərin bir hissəsinin komandirlərinə qarşı intriqasına səbəb olmuşdu. 27 aprelin axşamı sərtib Qasım ağa Xorasanlı öz tərcüməçisi ilə, Xorasan və Zakaspi vilayətinin sərhədləşdirmə komissiyasının mütərcimi Mirzə Tağı xan Bəhmənbəyovla V. A. Kosoqovskinin yanında olmuşdu. O, xəbər vermişdi ki, dünən naibüssəltənə mühacirlərin başçılarını — Nəcəfqulu xan Sisyanini, Nəcəfqulu xan İrəvanini, Hacı Cəlil xanı və Möhbəli ağanı yanına çağırmışdı. Ora çağrılmayan və dəvət olunmayan sərhəng Abbasqulu xan Nəcəfqulu xan oğlu da yaxınlaşmışdı. Onlar naibüssəltənənin yanından həyəcanlı çıxmışdılar. Sərhəng Abbasqulu xan can-başla Qasım ağanı öz tərəfinə çəkmək istəmişdi. Ona doğru-dürüst söyləmişdi ki, öz məruzəsini sərtib Musa xanla sədr-əzəmə göndərib. Musa xan bu məruzəni sədr-əzəmə verməzdən əvvəl iki gün özündə saxlamışdı ki, mühacirlər oxuyub, qol çəksinlər. Bir çoxları onun qarmağına düşmüşdülər.
Sədr-əzəm məruzəni polkovnikə vermişdi. Polkovnik isə öz sırasında onu öz səfirlərinə təqdim etmişdi. Səfir də məruzəni yenidən sədr-əzəmə yollamışdı ki, şaha ötürsün. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 70.)
Aprelin 26-da naibüssəltənə öz oyununa başlamışdı. O, polkovniki gözdən salmaq istəyirdi və bu məqsədlə mühacirləri ona qarşı qaldırmışdı. V. A. Kosoqovski isə özlüyündə məmnun idi. “Qasım ağanın və Paşa ağanın gəlişindən nəticə çıxarmışdım ki, mühacirlərin arasına nifaq toxumu əkmişəm”. (АВ ИВР РАН. Ф. 30. Д. 1. Л. 70.)
Mühacirlər itirdikləri imtiyaza dözməyərək 5 may 1895-ci ildə qiyam qaldırdılar. Onlar briqadanı tərk etdilər. Özlərinin 20 minlik təqaüdlərini də götürdülər. Bu da briqada büdcəsinin yarısı idi. İş onunla ciddiləşdi ki, onların ardınca xeyli könüllü də hərəkətləndi. Qiyamın nəticəsində briqadanın üzərini təhlükə buludu aldı. Bu hadisəylə bağlı, briqadanın qatı düşməni olan Kamran mirzə bayram əhval-ruhiyyəsində idi. Fərari kazakları toplayıb, öz kürəkəni Məcdüddövləyə (Hacı Mеhdiqulu xan Qovanlı-Qacar (1850-?) və Mir pəncə (general-mayor) Əli xana verdi. (Косоговский В. А . Очерк развития персидской казачьей бригады, с. 398.) Briqadanın parçalanması ən çox ingilislərə sərf edirdi. Kamran mirzə İngilis hərbi agenti Henri Pikonu yanına çağırıb, İngiltərədən hərbi təlimatçılar dəvət etməsini istədi. S. Lomnitski yazırdı: "Bir az əvvəl cənab ingilislər Kazak briqadasının rəhbərliyinə öz polkovnik və zabitlərini təklif edirdilər, hətta briqadanın bütün xərcini boyunlarına götürürdülər". (Ломницкий С . Персия и персы. Эскизы и очерки. 1898–1899–1900 гг. СПб., 1902, с. 150.) Briqadanın ingilislərin əlinə keçməsi üçün real təhlükə yarandı. Briqada tarixinin ən böhranlı çağı idi. Kamran mirzə 1895-ci il dönəmi üçün V. A. Kosoqovski ilə müqavilə bağlamayacağını bildirib, böhranı daha da dərinləşdirdi. Rusiya diplomatları Etimadəssəltənə Məhəmmədhəsən xan Müqəddəm (1843-1896) vasitəsilə şaha müraciət edib, "iki briqadaya" son qoymasını istədilər. Şah rusların istəyini yerinə yetirdi. V. A. Kosoqovskidən tələb etdi ki, mühacirləri əhv etsin. V. A. Kosoqovski şaha söz verdi ki, mühacirləri əhv edəcək, bir şərtlə ki, onun tərəfindən hazırlanmış «24 may 1895-ci il qaydaları»nı şah qəbul etsin.
Böhran rus zabit-təlimatçılarının qanuni bazası olmadığını göstərdi. V. A. Kosoqovski növbəti böhrandan qaçmaq üçün briqadada hüquqi nizamnamə yaratdı. V. A. Kosoqovski hazırladığı «Qaydalar»ın bir surətini baş vəzir Atabəyi-Əzəm Mirzə Ələsgər xan Əminüssultana (1857-1907), bir surətini hərbi nazir Kamran mirzə Naibəssəltənəyə verdi. Beləliklə V. A. Kosoqovski böhrana son qoydu. (РГВИА, ф. 2000, оп. I, д. 6949, л. 142 об.)
Əmirtuman Hacı Cəlil xan 1896-cı ildə vəfat edib. (V. A. Kosoqovski, s.70) Onunla bağlı araşdırmalarımız davam edir.
Hacı Cəlil xan: qürbətdəki daşın hekayəsi

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
19:20