Bəllidir ki, hərb tariximizdə əvəzsiz xidmətləri olan və hünərləri ilə adlarını tarixə yazmış bir sıra layiqli hərbçilərin işi, onların hərbi və ictimai fəaliyyəti, xeyirxah əməlləri hələ də lazımınca tədqiq olunmamışdır. Bunlardan biri də Əbülfət bəy Şərurludur.
Əbülfət bəy əslən Naxçıvanlıdır. Kəngərli elinin Şərurlu oymağındandır. Ulu babası Əliməhəmməd bəy Naxçıvan xanlığının Xok mahalının Baş Noraşen (indiki Cəlilkənd) kəndində yaşamışdı.
Babası 1828-ci ildən sonra Qacarlar dövlətinə mühacirət etmişdi. Salmas şəhərində məskunlaşmışdılar. Əbülfət bəy Salmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra hərbi məktəbdə oxumuşdu.
1879-cu ildə İran Kazak briqadası yarananda, əksər mühacirlər kimi Əbülfət bəy də bu hərbi hissəyə yazılmışdı.
Əbülfət bəy Şərurlu 1881-ci ildə yavər (mayor) rütbəsində 2-ci fövcün kazarma rəisi idi.
Əbülfət bəy Şərurlu İran Kazak briqadasında mir pənc (general-mayor) rütbəsinədək yüksəlmişdi. Şahdan xan ünvanı almışdı.
Əbülfət xan Şərurlu əmin-amanlığın qorunmasında, hərbi təhlükəsizliyin təşkilində mühüm tarixi rol oynamışdı.
Əbülfət xan Şərurlu Qacarlar dövlətinin II dərəcəli “Şire-Xurşid”, Rusiya imperiyasının üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdi.
Əbülfət xan Şərurlu yüksək səviyyəli şəxsiyyət, cəsarətli, ağıllı, qətiyyətli və son dərəcə təvazökar bir insan olub.
Əbülfət xan Şərurlu təqaüdə çıxandan sonra Salmasdakı malikanəsinə dönmüşdü. 1905-1907-ci illərdə və 1918-ci ildə Naxçıvandan didərgin düşən eldaşlarını yaxşı yurdlarda yerləşdirmiş, maddi yardım etmişdi. 1920-ci ildə Naxçıvanda sovet hökuməti qurulanda yeni qaçqınların pənah yeri olmuşdu. Şərur bölgəsindən olan səfiyevlərin çoxu onun ocağında butalanmışdılar.
Əbülfət xanın Əsədulla xan, Seyfulla xan adlı oğlanları vardı. Övladları Əbülfətzadə soyadları ilə tanınıblar.
Azərbaycan və İran tarixşünaslığında general Əbülfət xan Şərurlunun həyatı, hərbi və ictimai fəaliyyəti demək olar ki, öyrənilməyib. Bizcə bu görkəmli hərbçinin həyatı, hərbi və ictimai fəaliyyətinin araşdırılması müharibə şəraitində yaşayan gənc nəslin hərbi vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, həmçinin qəhrəmanlıq tariximizin tədqiqi baxımından da böyük maraq kəsb edir.
Əbülfət bəy Şərurlu: Bir mühacirin taleyi

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
15:57