Yenə 5-ci kalon "Georgi lenti" ilə Azərbaycan məktəblərində meydan sulayır...

Əgər bunun mənasını müəllim bilmirsə, şagird neyləsin?... 

Rus separatçılarının, şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının istifadə etdikləri qara-narıncı "Georgi lenti"-nin mənası nədir?

Təxminən 10 il bundan öncə rusların II Dünya Müharibəsi ilə bağlı keçirdikləri bir məclisdə iştirak edərkən, məcməyidə iki gənc və gözəl rus qızlarının gələn qonaqların döşünə sancdıqları bu lentdən bizdə kənarda qalmadıq...
 
Nə baş verdiyini, mənasını bilmədiyim lentin həmkarımdan soruşanda, təbəssümlə: "Zalım qızı elə gözəldi ki, ürəyimə bıçaq soxsa da mənasına varmaram" deyə zarafata saldı...

Bir neçə saat döşümdə gəzdirdiyim bu böcək boyda lentin mənasını bilmək istədim... 

Məlum oldu ki, bu "Qeorqi lenti" deyilən zad 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurmuş. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt.

Lentin rənglərinin izahı ilə bağlı 2 versiya mövcuddur. Geniş yayılmış 1-ci versiyaya əsasən qara rəng tüstünün, narıncı rəng isə alovun ifadəsidir. Digər versiyaya əsasən isə, rənglər Rusiya imperiyasının gerbindən götürülüb – qızıl fonda qara ikibaşlı qartal. 

Çar ordusunun təltif nişanları olan Qeorqi ordeni, Qeorqi xaçı və Qeorqi medalını 3 qara və 2 narıncı zolaqlı parçadan asırdılar. Bundan başqa Rus hərbi donanmasının döyüşlərdə fəqrlənmiş gəmiləri Qeorqi bayrağına layiq görülürdü. Belə gəmilərin heyəti matros papaqlarına qara lent əvəzinə qara-narıncı lent taxırdılar.

Məsələn, məşhur Potyomkin gəmisinin matroslarının papaqlarında 2 rəngli lent var idi.
Bəzən müharibə şəraitində Qeorqi medal və ordenlərini əldə etmək çətin olanda əsgər və zabitlərə sadəcə olaraq Qeorqi lenti verilirdi.

1917-ci ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər çar Rusiyasının bir sıra rəmzləri kimi Qeorqi lentlərindən də imtina etdilər. Qara-narıncı rənglər 1992-ci ildə SSRİ dağılandan sonra yenidən Rusiyada bərpa edilir. 

Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.

Elman Mustafazadə

Xudaferin.eu

09:49