Diaspor Komitəsi gəncləşib: "Gənclik sağlam düşüncə və enerji mənbəyi deməkdir..."

Rusiya Hakimiyyətinin "Konqress" sözünə siyasi allergiyası var...

Amsterdamda, Avropada fəaliyyət göstərən cəmiyyət və təşkilat rəhbərləri ilə, Diasporla iş üzrə Dövlət komitəsinin yeni rəhbəri Fuad Muradovla görüşə mən də dəvət edilmişdim. Görüşdə Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri və bu gün rəsmi olaraq Avropa Birliyində yeganə Azərbaycan türkcəsincə yayım hüququ olan "Xudafərin" jurnalının baş redaktoru kimi iştirak edir və çıxış edirdim.

Uzun illərdən sonra mənə bu şəraiti yaradan bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Çıxışımda saxta cəmiyyət rəhbərlərinin milli maraqlarımıza vurduğu zərərlərdən, ermənilərdən informasiya savaşında geri qaldığımızdan, ziyalı və gənclərlə son illər zəif əməkdaşlığımızdan, Avropalı soydaşlarımızın Azərbaycana sərmaye qoymaq istəyən iş adamlarımıza süni maneyələr yaradılmasından, Avropada Qarabağla bağlı beynəlxalq təşkilatlar önündə passiv fəaliyyətimizdən söhbət açdım.

Sonra Komitə sədri Fuad Muradovla əvvəl təkbətək, sonra bütün heyyəti ilə görüşüm oldu. Bir çox vacib məsələlərlə yanaşı, Rusiyada Azərbaycan diasporunun bu günkü durumunu müzakirə etdik. Mən Rusiyada olan bütün soydaşlarımızın çətin şəraitdə səmərəli və şərəfli fəaliyyətlərindən komitənin Yeni Rəhbərliyini bilgiləndirdim.

Bütün müzakirələrdən sonra bildirdim ki, bir daha Rusiya hökuməti "Kongress" adında hər hansı bir təşkilatı qeydə almayacaq. Rusiya hakimiyyətinin "kongress" sözünə siyasi allergiyası var və bu ad Rusiyanı çilədən çıxarır...

Dilimizdə adlar kifayət qədərdir... Ocaq, Yurd, Oba, El, Yuva və s...

Son olaraq bildirim ki, Komitənin yeni rəhbəri Fuad Muradovla görüşümdə onun məndə səmimi, işgüzar, bacarıqlı, vətənsevər və tərbiyyəli bir insan təsiri yaratdı...

Bu gün Diaspor Komitəsi gəncləşib...

Gənclik isə sağlam düşüncə və enerji mənbəyi deməkdir...

Ugurlar Sizə dostlar!...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

23:57