Köhnə yazılar... 19.09.2016. Aktuldi?...

QORXMAQ LAZIMDI

Hakimiyyət hər vasitə ile öz vətəndaşlarını acımadan qəddarcasına əzir, döyə-döyə gözəqıpıq edir... Elə hey yazırlar ki, Azərbaycanda rüşvət baş alıb gedir...

Kim deyirki Azərbaycanda rüşvət var, ona min lənət olsun! Onu deyənlər Azərbaycana böhtan atanlardı, ölkəmizə qara yaxanlardı. Azərbaycanda rüşvət yoxdur, QARƏT var!!!

Günün günorta çağı vətəndaşlarımızı acimadan, ermənidən daha qəddar qarət edən Q A R ƏTçlər var.

Inanmayanlar gedib Azərbaycan sərhədinə yaxınlaşsinlar, dərhal nehremli gömrükçülərinin xoş gəlmisiniz əvəzinə, "bir şey veer daaa beeeee" aforizmə çevrilmiş sözləri ilə başlayan soyğunçuluğun şahidi olacaqlar. Çantaları mişoul kimi eşərək, tutu quşu kimi təkrar təkrar "bir şey veer daaa beeeee" kimi iyrənc sözləri eşidəcəksiniz...

Hökumətimiz isə sankı bunlardan xəbərsizdi, vətəndaşın üstünə xoruz kimi şığayan ixtidar, kreml önündə fərəkdir...

Ukraynada erməni daxili işlər nazirinin himayəsi ilə Azərbaycan iş adamları, diaspor fəalları oğurlanır, öldürülür, hökumətimizin hünəri çatmırki bununların qabağın alsın, heç olmasa sadəcə bir etiraz notasi versin...

Ancaq ölkədə nöqsanlara, haqsızlıqlara qarşı etiraz edən qoca, qadın , uşaq demədən sürütmə çəkirlər...

Müxalifətimiz isə "can ğardeş" deyib xəncərindən bərk-bərk yapışıb "dar günə" saxlayan yaraqlı igidi xatirladir... Ziyalılarımızın isə bir çoxu vicdansizliğa, alçaqlığa və oğraşlığa şam tutan "qeyrət" rəmzinə çevriliblər...

Bu günlərdə "hörməti" bir ziyalı, jurnalist, "türkçü", "millətçi", Facebookda saxta bir rolik yerləşdirərək, "Agdamlı qız Moskvada erməni oğlanların qucağında oturub" başlığı qoyaraq sevinclə yayır... Bu feyk materiali yayan adamın Avropada yaşayan qohumlarının bəzisinin əxlaqı haqda həqiqətləri yazsam, yəqin ki onun başına hava gələrdi... Ancaq əxlaqım buna yol vermədi... Sadəcə qeyrətli ziyalımız Xəqani Ədəboğlu Rzaquliyevlə birgə etiraz etdikdən sonra, bu erməniyə xidmət edən dəyyus roliki yığışdırıldı...

Moskvadan isə diasporumuzun ünlü simalarından biri, geniş məlumata malik qeyrətli eloğlumuz Ziyafət Surxayev bildirdiki, Rusiyada, eləcə də Moskvada bütün keçmiş Sovet respublikalarından kifayət qədər pullu xidmət göstərən fahişələr var, yalnız aralarında Azərbaycan və Gürcüstandan olan bir nəfər olsun vətəndaşa rast gəlinməyib.

Həmçinin Ziyafət bəy əlavə edibki, hətta bəzi erməni atalar, ərlər və qardaşlar, öz "namus"larını bu yolla pul qazanmağa Moskvaya göndərənləri var...

Azərbaycanın bu günkü mediası dəhşət saçır...

Bu günlərdə ölkədə bütün qəzetlər, portallar və forumlar Rövşən Lenkaranski deyib dad-aman, ahu-nalə edib mələşirlər...

Ancaq faşistləri qıra-qıra düz Berlinə gedib çıxan, bütün şüurlu ömrünü Azərbaycan elminin çiçəklənməsinə həsr edən Sovet İttifaqının Qehremani Ziya Bunyadov, öz doğma vətənində öldürüləndə, bir oğru qədər də olsun gündəmdə qalmadı...

Adicə bir qatili, cinayətkarı bütün Azərbaycan gəncliyi sanki bir qəhrəman kimi tanıyır və sevir, ancaq çoxu Ziya Bunyadovu, Xudu Məmmədovu, Bəxtiyar Vahabzadə, erməni qatillərinin qənimi Allahverdi Bağırov, Ramiz Qəmbərovu, Fred Asifi Azərbaycan gəncliyi tanımır...

Bu baxımdan çağdaş Azərbaycan hakimiyyətindən, müxalifətindən, ziyalısından, mediyasindan və cəmiyyətindən qorxmayana min lənət!!! ....

Böyük Sabir demiş;

Fikrini qan-qan görürəm, qorxuram.
Qorxuram, qorxuram, qorxuram...

Elman Mustafazade

19 oktyabr 2016-ci il, Amsterdam

Xudaferin.eu

15:17