Sağlam diş və qızıl diş

 

İnsan sağlamlığı ilk olaraq onun dişlərindən başlayar, deyərlər. Həkim deyiləm, ancaq bilirəm ki, sağlam diş cox şey deməkdir. Sağlamlığa xidmətlə yanaşı, insanı yaraşıqlı göstərər və ünsiyyət zamanı müsahibinə xoş təsir bağışlayar.

Hindlilərə görə xain, paxıl adamların dişləri tez cürüyər. Düzü bu fikir ağlıma batmır. Sağlam dişi olan istənilən qədər xain- paxıl var. Və ya, dişləri tez xarab olmuş o qədər xeyirxah insanlar var ki. Nə isə... Əsas məsələ sağlam dişdir.

Adətən Azərbaycan sağlam dişli insanlar ölkəsi sayılırdı... Ancaq hələ də anlamıram ki, bir vaxtlar bu qızıl dişlər bizim ölkədə niyə dəbdə idi.

Deyilənə görə Hindistandan qaraçılar vasitəsi ilə Rusiyaya, oradan da bizə gəlib çıxan bu "qızıl diş"lər, nədənsə Qafqazda ən çox Azərbaycanda yayılmışdı. Hətta sağlam dişlərin yerinə qızıl saldırıb zənginlik nümayiş etdirmək də bir zamanlar çox dəbdə idi... Burada diş həkimlərimizin də pulğirliyi az rol oynamırdı. Çəkisi yarım qram olmayan qızıl dişdən, 4-5 qram qızılın pulun alardılar. Xəstənin türkün məsəli həm dişini, həm də cibini qayırardılar... Qızıl diş rusların da arasında dəbdə idi... Sizə qızıl dişlə bağlı bir xatirə danışım.

1986-cı ildə keçmiş Yuqoslaviyanın paytaxti Belqradda bir gün səhər qaldığım hotelin  resepsionuna düşdüm. Bir də gördüm ki, bir qrup qərbli turislər toplaşıblar. Rusiyadan gəlmis bir turistin ağzını açdırıb onun dişlərinə baxır və hətta şəklini belə çəkirdilər... Hər halda qərbli turistlər səmimi deyildilər. Bir- birlərinə qaş-göz edərək bic-bic gülümsəyirdilər. Əlbəttə bir "sovet vətəndaşı" kimi "soydaşım"ı bu "eksponat"lıqdan xilas etməliyidim...

İndi stamotologiya elə inkişaf yolundadır ki, az keçməz ki, heç diş texniklərinə belə ehtiyac qalmayacaq. İndi dişlərin ölçüsünü kompüterlə götürüb labaratoriyaya ötürmək çox asan başa gəlir. Və orada avtomatik yeni dişlər yaradılır...

Dişlər sağlam olanda ağızdan xoş qoxu gələr. Ümumiyyətlə daim şirniyyat və qırmızı ət yeyən insanların dişləri daha tez xarab olur və ağızlarından da qoxu gələr. Ağızdan qoxu gələndə isə...

Dişlərin sağlam olması, ağızdan xoş iyin gəlməsi ücün çalışın süfrədən göyərtini, meyvə və tərəvəzi əskik etməyin. Hər halda sağlam millət ücün sağlam can lazımdır. Sağlam cana isə sağlam diş lazmıdır. Ancaq, sağlam dişə sağlam yemək lazım olduğunu da Azərbaycan hökuməti bunu anlamalıdır...

Elman Mustafazadə,
Avropa-Azərbaycanın Dostları Cəmiyyətinin sədri

Elman Mustafazadə

21:48