Litva Seyminin coxdan və qəti şəkildə qəbul etdiyi bir qanun var. Ölkə rəhbərindən basqa heç bir idarə, korporasiya, konsern və digər komitələrin rəhbərlərini "pezident" adlandırmaq omaz. Bu, Litva ziyalılarınn bütün ölkəyə tutduqları iradın nəticəsində baş vermişdir...
Qanunla Azərbaycanda xalq tərəfindən seçilmiş bir Prezident var, aydındır. Bəs ölkədə neçə idarə rəhbəri, şirkət sahibləri, cəmiyyət və təşkilat rəhbərini rəsmi və ya qeyri rəsmi prezident adlandırırlar?...
Azərbaycanda az qala bütün idarə rəhbərlərinin hamısını, onların oğullarını və dədələrini prezident, prezident atası, prezident balası adlandırırlar. Dünənin oğul-noğul balası bu günün prezidenti hesab edir özünü. Nə var-nə var balaca bir şirkət açıb və orada başından yekə president sözünü də həkk etməyi unutmayıb.
Diasporumuzda vəziyyət daha ağlamalı və gülməlidir... Hər on nəfərdən biri prezident, hər on nəfərdən doqquzu konqressmendir. Ortada isə bir ciddi fəaliyyət yox dərəcəsindədir... Çünki, “sən ağa, mən ağa, bəs inəkləri kim sağa?” məntiqi ilə hərəkət edirik. Bizim ən əsas problemimiz də budur.
Bəlkə bizim Milli Məclis də Litva Seymi kimi belə bir qərar qəbul edə?.. Vallah hamı prezident və konqressmendir. Ölkəmizə qarşı isə gündə bir qətnamə qəbul edilir. Bir sözlə it yiyəsini tanımır...
İt yiyəsini tanımır...

Elman Mustafazadə
Xudaferin.eu
00:52