Bir məsələni Sizin diqqətinizə çatdırmaq istəyirəm və hesab edirəm ki, bu, çox ciddi məsələdir. Sizin də bildiyiniz kimi Azərbaycanda Sovet hökuməti qurulana kimi biz bir çox dövlətlərin adlarını öz deyimimizlə ifadə edirdik. Belə ölkələrdən Polşanı misal olaraq göstərə bilərəm. Sonradan məcbur olub belə ölkələri rus dilindəki kimi qəbul etdik. Biz Azərbaycan Cümhuriyyəti dövründə Polşanı Lehsitan kimi tanımışıq. M.Ə.Rəsulzadə bütün yazışmalarında Polşa yox, məhz Lehistan adından istifadə edir. Ü.Hacıbəyli, M.F.Axundazdə öz məqalələrində Ləhistan adından istifadə edir. A.Bakıxanov Vanda adlı qıza şeirində də Lehistan adından istiafə edib.
Bəs necə oldu birdən-birə Polşa sözü leksikonumuza girdi? Xatırladım ki, Lehistanın əksər ziyalıları rusların onları adlandırdığı Polşa sözü onlarda çox pis qıcıq yaradır və ikrah hissi doğrurur. Məsələn, bizə azəri deyiləndə qıcıqlandığımız kimi.
Mən özüm televiziyadan izləmişəm, Lehistan tarixçiləri deyirdi ki, qədim xalqlar bizim ölkəni Lehistan, xalqımızı isə leh deyə tanıyırlar. Bu bəyanatdan dərhal sonra ermənilər Polşa sözünü Lehistan ilə əvəzlədi. Çünki Lehistan tarixçilərinin bu mövqeyini, yəni qədim xalqların onları Lehistan adlandırdığını nəzərdən qaçırmadılar.
Bizim öz dilimizdə Lehistan ifadəsi varsa, niyə də bunu istifadə etməyək?
Ona görə də redaktorlardan, jurnalistlərdən, televiziya əməkdaşlarından xahiş edirəm ki, yavaş-yavaş Polşanı öz qədim ifadəmizlə Lehistan adlandıraq. Qoyun onlar da görsün ki, biz bu ifadəni əvvəl işlətmişik, hətta rəsmi səviyyədə ilk işlədən dövlət olmuşuq. A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində də bu ad belə qeyd olunub. Xahiş edirəm nəzərə alın.
Elman Mustafazadə,
Avropada "Azərbaycanlıların Dostları" Cəmiyyətinin sədri,
"Xudafərin" jurnalının baş redkatoru
Lehistan sözünü istifadə etməkdən çəkinməyək!

16:56