Milli hərəkatımızın təmənnasız cəfakeşi

Azərbaycan Milli Davasında heç bir təmənnası olmayan bir insan var ölkəmizdə. Onun adı Yaşar Türkazərdir. Çoxları belə tanıyır onu. Gerçək adı isə Yaşar Məmmədlidir. Onun əcdadları Güney Azərbaycanın istiqlalı uğrunda Səttar Xan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi milli liderlərimzin sıravi əsgərləri kimi hər zaman milli davanın və mücadilənin ön sıralarında olublar. Yaşar Bəyə vətənimizin Quzeyində dünyaya göz açmaq qismət olub. Ancaq, qanında və ruhunda daşıdığı milli dava ruhunu daşıyıb. Heç bir təmənna güdmədən bu yolun ən böyük və şərəfli yolçularından biridir.

Yaşar Türkazər mərhum akademik, böyük alim Xudu Məmmədovun tövsiyəsi ilə yaranan “Çənlibel” təşkilatının alovlu tərəfdarlarından biri olaraq 1987-ci ildən milli mücadiləmizin açıq şəkildə fəaliyyətə başlaması istiqamətində ön sıralarımızda duran məğrur bir insan kimi tanıyiram. Onun bu həyatda pul, mal-mülk, şöhrət qazanmaq kimi hədəfləri heç bir zaman olmadı. Azərbaycanın istiqlalı uğrunda mücadiləmizin sıravi əsgəri kimi həyatının və taleyinin mənasına çevirdi hər şeyi. Onun üçün Vətən amalından yüksəkda ola biləcək başqa bir amal olmamışdır. Azərbaycan, Azadlıq, Milli amal onun üçün Tanrıdır, İnancdır, ona ibadətidir. Səhəti ona imkan verməsə də, I Qarabağ Muharibesi zamanı bütün cəbhə bölgələrini gəzib dolaşaraq, vətən uğrunda əlində silah savaşa qatılan könüllü döyüşçülərimizi həvəsləndirmək kimi addımları atdı.

Ona fərqli yanaşarda var.... Bütün bunları heç bir zaman vecinə almadan öz yolu ilə, qorxu-hürkü bilmədən gedən Yaşar Bəy, bu gün məmləkətimizin ən xoşbəxt insanlarından biridir. Ona görə ki, artıq 25 ildir Azərbaycan bir dövlət olaraq öz dövlət müstəqilliyi yolunda addımlayır. Bu şanlı uğurda Yaşar Bəy kimi milli mücadilə qvardiyasının üzvlərinin də böyük payı vardır. Onları heç bir zaman həbslər və terrorlar bu böyük amaldan çəkindirə bilmədi. Yasar Bəy milli mücadiləmizin əyilməz və dəyişməz rəmzidir.

Müsavat Partiyası kimi tarixi ənənələri olan bir təşkilatın sıralarında onun nüfuzunun artması üçün əlindən gələni etmişdir. Onun başqaları kimi bəlağətli nitqləri yoxdur. Onun özgələrin malik olduğu akademik elmi səviyyədə gərəkən araşdırmaları da yoxdur. O başqaları kimi üzdə vətən deyib, arxada isə dal qapıdan çıxanlardan da deyil. Onun ən böyük gücü, başqalarından daha üstün dəyəri vətən sevdalısı, Bütöv Azərbaycan kimi möhtəşəm iradəyə sahib çıxması hamı üçün böyük bir məktəbdir.

Təmənnasız milli hədəflərmizə doğru atılan addımların əsgəri olmaq hər kəsə nəsib olan bir tale deyil. Yaşar Bəy məhz bu taleni yaşayır və yaradır. Dəyərli milli mücadilə qardaşımız, ülküdaşımız Yaşar Bəy, bu gün sənin 60 yaşındir. Bu nədənlə səni təbrik edirəm. Can sağlığı, bütün diləklərinə yetməyi uca Tanrımızdan təmənna edirəm. Gün o gün olsun ki, milli mücadiləmizin bütün sıravi əsgərləri ilə birgə Qarabağımızda, Şuşamızda ad günlərini təbrik edək. Təbrizimizdə qeyd edək. Ad gününü bir daha təbrik edirəm Azərbaycanın əylməz Oglu Yasar Azərtürk!

Hörmətlə: Elman Mustafazafə,
Avropada “Azərbaycanın Dostları” Cəmiyyəti”nin sədri, Xudaferin (www.xudaferin.eu) jurnalinin baş redaktoru.
Amsterdam, Niderland.

Fevral, 2016.

Xudaferin.eu

21:28