Bir vaxtlar Çar Rusuyasi müsəlmanlara hərbi və dövlət qulluğunda etimad göstərmirdisə, Azərbaycanda da, uzun illərdir Qarabağ camaatına eyni münasibətin şahidi oluruq..
Bizim milli tarixşünaslığıımz üçün ən acı gerçəklərdən biri də odur ki, son üç yüzildə Qafqazla bağlı bütün arxiv sənədlərində ən çox Qarabağla bağlı məsələlərə yer verilir. Bunun əsas səbəbi isə dünyada yeni sömürgə siyasətinin hədəfləri ilə bağlıdır. Çünki, strateji baxımdan tarixi ipək yolunun, iqtisadi və milli-mənəvi dəyərlərin ən üstün məkanı məhz Qarabağ olmuşdur. Qarabağ həm də tarixdə 18 imperiya və 35 güclü dövlət qurmuş Türkün minilliklər boyu formalaşmış genetikasının və enerjisinin düyün nöqtəsi sayılır. Qarabağ Anadolu, Türküstan və İran yaylasını uzlaşdıran məkan olub.
Görkəmli dövlət xadimi Abbas Mirzə Qacar XIX yüzilliyin başlanğıcında yazırdı ki: “Qarabağ kimin əlindədirsə, Qafqaz onun nəzarətindədir”. Elə buna görə də, Çarlıq Rusiyası Avropanın böyük dövlətlərinin hərbi və maddi dəstəyi ilə Qarabağı işğal etmək üçün ən güclü qoşunlarını səfərbər etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman Rusiya, Fransa və İngiltərə erməniləri təşkilatlandırmaqla yanaşı onları silahlandıraraq, məhz Qarabağı bizdən ayırmaq üçün geniş miqyaslı siyasət yürüdürdülər. Daha sonra isə, Sovetlər Birliyi yarananda Qarabağı inzibati baxımdan üç yerə bölməyin hədəfləri ortaya qoyuldu: “Dağlıq Qarabağ, Zəngəzur və Aran Qarabağı”. İndiki nəsil artıq Zəngəzurun Qarabağa aid olmasını belə bilmirlər...
Bütün dünyada “Şər İmperiyası - Qərbdə jandarm, Şərqdə cəlladdır” adlanan Sovetlər Birliyi dağılan ərəfədə, yəni XX yüzilin sonunda Azərbaycan xalqı dövlət müstəqilliyinə qovuşmaq üçün ayağa qalxdığı zaman, yenidən “Qarabağ faktoru” adı altında bizlərə qarşı misli görünməyən güclər hərəkətə keçdilər. BMT səviyyəsində qətnamələr qəbul edilsə də, onların icrasına bütün dünya hələ də gözlərini yummaqda davam edir.
Böyük gücləri təmsil edən dövlətlər isə daim Azərbaycanda Qarabağı güzəştə gedə biləcək rejimin hakimiyyətə gəlməsini görmək istəyirlər. Utanmadan bizdən “sülh” danışıqlarına getməyimizi tələb edirlər...
İşğala qədər ölkənin iqtisadi sektorunda Qarabağ ön sırada yer alırdı. Bundan əlavə, Azərbaycan xalqının mənəvi-mədəni düzəninin əsas enerji mərkəzi sayılırdı. Qarabağın təbiətinin, biosfer aləminin gücü xalqımızın Qafqazdakı üstün və yetənəkli faktorlarından biri idi. Bu gün mindəfələrlə təəssüflər olsun ki, Azərbaycanın ən bərəkətli torpaqları hələ də erməni işğalının altındadır. Dünyanın güc mərkəzləri sözdə bir şey, əməldə isə bu mənhus işğalın davam etməsi hədəflərinin yanındadır.
Bu dəhşətlər azmış kimi, Qarabağdan olan insanların ötən 25 ildə keçirdiyi mənəvi sarsıntıların miqyası isə hüdudsuzdur. Bəşər tarixində hansı toplum qaçqın-köçkün durumuna məruz qalırsa, bu onların məşəqqətli yaşam durumu ilə məhdudlaşmır. Eyni zamanda xalqın milli-mənəvi dəyərlərinin deformasiyaya uğradılması, sinergetik düzəninin erroziyası da baş verir. Çünki, hər şey sıradan qaçqın-köçkünlük taleyinin acı məhrumiyyətləri demək deyil. Həm də insanlıq dəyərlərnin aşılanması kimi dəhşətləri üzə çıxır. Hətta belə bir fəsadlı durum yaşam normasına da çevrilir. İnsanın əcdadlarının məkanından aldığı mifologem ruhun enerjisinin qücü, mövcud olmanın dəyəri deməkdir.
Uzun illərdir yaşadığım Avropada adicə bir bədbəxt hadisə bas verəndə, bu olayı gözləri ilə görmüs vətəndaşı dərhal psixoloqlar və psixatorlar nəzarətə götür, onları keçirdikləri ruhi sarsıntıdan xilas etməyə çalışırlar. Əsəbləri zəif olan insanları isə hətta xəstəliklə bağlı təqaüdə belə cıxarırlar. Ancaq, biz dədə-baba torpaqlarını, uzun illərlə qurduqları evini qoyub getməyə məcbur edilmiş, doğmalarının və soydaşlarının qatillərini gözləri ilə görən Qarabağ camaatına nə kimi mənəvi yardım etdik?... Onlara ən azından mənəvi dəstək vermək, həkim psixoloqların nəzarətinə almaq əvəzinə, "Torpaqlarını, yurdlarını qoyub qacdılar", "Qarabağı satdılar", “Qarabağlılar erməni ilə savaşdan qaçdılar”, “Qarabağlılar alverdən savayı heç nə qanmırlar” və s. Ibarələrlə dolu uydurmalarla düşmən dəyirmanına su tökürük.
Gəlin açıq danışaq ki, uzun illərdir Azərbaycanda qarabağlılara qarşı hakimiyyətin hər bir sahəsində ayriseçkilik olub. Necə ki, bir vaxtlar Çar Rusuyasi müsəlmanlara hərbi və dövlət qulluğunda etimad göstərmirdisə, Azərbaycanda da, uzun illərdir Qarabağ camaatına eyni münasibətin şahidi oluruq...
Bu gün demək olar ki, kökü Qarabağa bağlı olan heç bir ziyali irəli cəkilmir. Hakimiyyətdə qarabağlıların təmsil olunması yox dərəcəsindədir. Nəzərə alsaq ki, bu gün Azərbaycanda çağdaş milli idarəcilik deyil, bölgəçilik faktoru ilə hakimiyyət formalaşır. Burada yenə də Qarabağ kökənli soydaşlarırmız kənarda qalıb. Beləliklə Azərbaycanda müasir dövlət quruculuğu prosesində Qarabağ kökənlilər tamamilə kənarda saxlanıblar.
Ara-sıra hansısa bir xanəndəni və ya şoumeni, toyxana zurnacısın qarabağlılar adına yüksək səviyyədə qəbul edib, onun şərəfinə sağlıq deməklə, əslində onu demək istəyirlər ki, sizlər busunuz... Sizdən dövlət məmuru, nazir, prezident, baş nazir olmaz. Yəni gedin muğamınızı oxuyun, toyxanada fışdırıq çalın... Bax budur Azərbaycanın illərlə daxildə yürütdüyü siyasət. Ona gorə də millətləşə bilmirik...
Yuxarıda qeyd etdiyim və bəzi mətləblərin üzərindən sakitcə keçdiyim bütün bu məhrumiyyətləri yaşamaq əcdad kultunun dəyərsizləşdirilməsinə gətirib çıxarır. Qarabağsızlaşmanın acısı həm də bundan ibarətdir. Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Xankəndi və Zəngilanın işğal altında qalmasının sirri də bundadır.
Tarixən İrəvan Azərbaycan xalqının hərbi güc və istehkam nöqtəsi sayılırdısa, Qarabağ onun kosmoqonik enerjisinin düyün mərkəzi idi. Düşmənlərimiz İrəvan və Qarabağ əhalisini bir birinə nifrət etmələrinə nail olduqdan sonra, bizlər özümüzü toparlayıb, birlikdə milli savaşa qoşula bilmirik. Son iki yüz ildə xalqımızı bölgələrə bölünərək üz-üzə qaldığı və itirdiyi torpaqlarının mənası bundan ibarətdir. Coğrafi baxımdan ərazilərimizin daraldılması yönündə aparılan amansız qanlı savaşların fəlsəfi və strateji hədəfləri bölgələrə və tayfalara bölünməyimizlə bağlıdır.
Azərbaycanı canlı bir orqanizmə bənzətsək, Qarabag, Gəncə, Qazax, Sirvan, Muğan, Mil, Naxçıvan, İrəvan, Göyçə və digər bölgələrimizin hamısı ürəyimiz, başımız, əlimiz və ayağımızdır. Bax uşaqları körpəlikdən belə bir ruhda böyütməklə, bağçalarda və məktəblərdə bu amalla təlim tərbiyə etməklə nail olmalıyıq.
Param-parça olunan torpaqlarımıza görə, bəzən yalnış olaraq, genetik baxımdan buna göz yumanlar da vardır. Onlar əcdad kultunun düzənində süni şəkildə bütün bunlara sevinsələr də, unudurlar ki, Qarabağsız Azərbaycan yox kimidir. Yaranışmızla bərabər, mənsub olduğumuz etnogenezin dərin qatlarındakı dəyərləri heç bir zaman dəyişmək mümkün olmayacaq.
Şuşa sadəcə musiqimizin konservatoriyası deyil, minilliklərdən süzülüb gələn və bir millət olaraq bizləri güclü edən dəyərlərimizin ən uca zirvəsidir. Azərbaycan xalqının tarixən malik olduğu böyük coğrafi düzənə həmin enerjini Tanrının nəfəsi qədər yayırdı. Bir millət olaraq, ilkinliyimizin üstün olması üçün gərəkən ənənəni qorumasaq, tarixin ironik qəzəbindən heç zaman qurtula bilməyəcəyik...
Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri
Qarabağ bizim üçün nə deməkdir

İyul 2015, Dordrecht
Niderland
Xudaferin.eu
13:45