Sənə mart ayı 2015-ci ildi. Tələbə yoldaşım, dostum və əqidəsaşın Ənvər Börüsoyla vədiləşib bu ilki Novruzu qardaş Gürcüstanda, orada yaşayan soydaşlarımız keçirməyə qərar verdik. Mən Tiflisə Brüsseldən uçdum, Ənvərdə Bakıdan qatarla gəldi.
Azərbaycan türkü harada məskən salsa orada qurub yaratmaq bacaran millətdir. Biz haylar kimi abad yeri xaraba qoyan millət deyilik. Belə məkanlardan biridə gözəlliyində soydaşlarımızın əməyi olan Tiflis şəhəridir.
İlk öncə bu səhərdə əbədi uyuyan ədiblərimizin, dahilərimizin və qurucu babalarımızın məzarlarını, abidələri ziyarətdən başladıq...
Azərbaycan türklərinin yaşadıqları hər bir məkanda ilk öncə şirin ləhcələrinə, dadlı mətbəxlərinə, səmimi qonaqpərvərliklərinə heyran olmaya bilmirsən. Belə məkanlardan biridə türlərinin toplu halda yaşadıqları qədim Borçalı diyarıdır.
Gürcüstanda dədə-baba yurdunda yaşayan soydaşlarımızın səmimiyyətləri, mehriban davranışları, yüksək mədəniyyətləri, şirin ləhcələrin sözlə ifadə etməyə çətinlik çəkirəm... Bir onu deyə bilirəm ki, onlarla birlikdə olanda Azərbaycan türkü olduğumla qürur duydum.
Tiflis şəhəri Azərbaycanın milli şüurunun inkişafında misilsiz rol oynayıb. Şəhərdə Azərbaycan türklərinin yığcam yaşadıqları məkanlardan biri və birincisi MEYDAN deyilən məhəllədir. Təkcə bu məhəllənin Azerbaycana verdiyi ziyalı ordusunu saymaqla bitməz...
Vaxtıyla Tiflisdə Azərbaycan türkləri, ümumi şəhər əhalisinin 35-40 faizini təşkil edib və təkrar edİrəm ki, əsas məskən MEYDAN və ORTA ÇALA məhəllələri olub.
MEYDAN məhəlləsi özü əsasən soydaşlarımızdan formalaşmış beş tirədən (icma) formalaşıb. Birinci tirə əsil yerli MEYDANLILar (Tiflislilər), ikinci tirə vaxtı ilə Cənubi Azərbaycandan gələnlər, üçüncü tirə Baskalılıar deyilən Şirvandan gələnlər, dördüncü tirə əsasən Ordubadlılar olan Naxçıvandan gələnlər, beşinci və ən böyük icma Tiflisin mədəniyyətində mühüm rol oynamış əsasən Şuşalılardan ibarət olan Qarabağdan gələnlər. Bu səmtə Qarabaglılar tirəsidə deyilir.
Gürcüstanda yaşayan türklər təpədən dırnağacan Azərbaycançıdırlar. Hər bir Gürcüstan türkünün evi sankı kiçik bir Azərbaycandır.
Son illər Azərbaycan hökumətinin Gürcüstanlı soydaşlarımıza ögey münasibətindən, İranın molla dindoş və dindullaları bu boşluqdan məhartlə istifadə edərək gec partlayan "bombalar" bastırmaqdadır... Bu ayrica bir mövzudur və buna sonra mütləq toxunacağıq...
Fürsətdən istifadə edib buradan Azərbaycan hakimiyyətinə səslənmək istərdim:
Hörmətli Cənablar və Cənabələr (YAP-çıların BƏY və XANIM müraciət formasından xoşları gəlmir)!!!
Gürcüstanda yaşayan soydaşlarımıza qarşı ögey münasibətə son verin. Bu yalnış siyasətlə bir gün oranıda Qərbi azərbaycanlıların gününə qoyarsınız... Sonrakı peşimançılıq isə... Nəysə....
Gürcüstanda bir-birindən dəyərli, gözəl soydaşlarımızla bir həftə birlikdə olmaq, onların sevincini, arzu və istəklərini bilmək unudulmazdır. Gürcüstanda elə bir ziyalı tapmazsan ki, Ənvər Börüsoyu tanımasın. Ənvər bəy Borçalıda sankı hər bir ailənin üzvüdür.
Tiflisdə gənclərdən ibarət soydaşlarımıza görüşlərimiz olduqca faydalı oldu. Təssüflər olsun ki, gənclərin arasında "QUM TURİSLƏRİ"də az deyil...
Bundan əlavə Tiflisdə ayrıca bir neçə dəfə dəyərli ziyalılarımız, Gürcüstanda və Azərbaycan arasında sülh körpüsü quranlar Cambul Məmmədli və Rafiq Hümmədlə səmərəli görüşlərimiz oldu.
Cambul bəylə Rafiq bəyin Gürcüstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq yolunda xidmətləri misilsizdir. Cambul Məmmədlinin və Rafiq Hümmədin cəmiyyətlərində formalaşan gənclər Gürcüstanın müxtəlif sahələrində şərəflə millətimizi təmsil ediblər.
Gürcüstanda yaşayan, gürcü xalqı ilə qardaş kimi rəftar edən, hər bir alanda Azərbaycan adını müqəddəs tutan əziz bacı və qardaşlarım. Sizlərlə görüşlər unudulmazdır. Sizlər həmişə qəlbimdəsiniz. Ulu Tanrı Sizləri qorusun.
2015-ci il, Tiflis.
BAKIYA QARDAŞDI TİFLİSİ

Bir daha göüşmək ümidi ilə ayrılırıq...
Xanımların əlimdən öpür, Bəylərin əllərin sıxıram.
Sizin qardaşınız Elman Mustafazadə
Amsterdam, Niderland.
P.S. Xatirə dəftərindən parçalar...
Xudaferin.eu
20:19