Bu gün Azərbaycan qadınların durumu heç də ürəkaçan deyil.
Azərbaycanda bu gün bir çox sahələrdə qadınlar istismar edilir və alçaldılır.
Ümumiyyətlə, Azərbaycan qadınları ilə işğalçıları kimi rəftar edilir. Hökumətin icazə verdiyi aksiyada iştirak edən qadın döyülür, polislər qollarını qanırıb, başını yerə basıb sürüyürlər.
Yəqin Şəhidlərə dövlət bücəsindən təyin edilən qanpulunu almağa gələn anaların, aylarla yollarda süründürülən anaların, Şəhid analarının Prezident Aparatının qarşısında üzləşdiyi polis zorakılğını xatırlayırsınız. Analardan birinin qollarını qapının arasında sıxıb göyərtmişdilər.
Rayonlardan, kəndlərdən paytaxta, dövlət qurumlarına şikayətə gələn yaşlı anaların şikayətini dinlədikcə dəhşətə gəlirsən. Məmurların qapıdan qovduğu, təhqir etdiyi bu xalqın qadınıdır. Qadın baş tacımızdır, əgər baş tacımız ayaqlar altında sürünürsə, bu mənzərə ümumi durumumuzun ən açıq göstəricisi deyilmi?
Adam inanana bilmir ki, bu əli dubinkalı polisləri anamı dünyaya gətirib, ya bunlar haradansa gətirilmiş muzdlu – “polis” adlandırılan hansısa canlılardır.
Unutmaq olmaz ki, millətin varlığı qadınların çiynində olar. Qadın Anadır, Qadın Millətdir, Qadın Vətəndir. Bizlər bir çox xalqlar kimi ata vətən deyil, vətənimizə Ana vətən deyirik. Qadına əl qaldırmaq, Vətənə, millətə əl qaldırmaq deməkdi.
Tez-tez Azərbaycanda qadınların qətl edilmələrinin, onların müxtəlif cinayətlərə görə həbsə atılmalarının şahidi oluruq. Bunları biz qürbətçilər ürək ağrısı ilə seyr edirik. Bu gün Azərbaycanda qadınlara qarşı münasibətdə bəzi kişilərimiz sırf əməvi (ərəb) mədəniyyətinin konseptual vərdişləri ilə davranır.
Biz müstəqillik qazansaq da, getdikcə milli dəyərlərimizin ayaqlar altına atıldığının şahidi oluruq.
Azərbaycan telekanallarında ziyalılar, elm və mədəniyyət xadimlərini görmək müşkülə dönüb. Onların əvəzində isə bir dəstə əxlaqsız zümrə səhərdən axşama qədər təlxəklik edir və bu halları ilə gənc nəsilə əxlaq dərsi keçirlər.
Ölkədə “hacıların”, “məşədilərin”, “kəbleylərin” sayı artdıqca əsil inanclı insanlıq, humanistlik də tədricən yox olmaqdadır.
Dəfələrlə qeyd edirik ki, qədim türklər qadına xatun, banu, bəyim, xanım və emegen deyə müraciət edirdilərsə, onların arxasında duran əsil kişilərə isə “Xaqan”, “Xan”, “Bəy”, “Ərən” deyə, müraciət edilməlidir.
Ancaq bu gün hökumətin kişilərə rəsmi müraciət forması ərəbcədir - cənablar. “Xanımlar və cənablar”. Yəni “xatun”, “banu”, “bəyim”, “xanım” qadınların arxasında türkün “Xaqan”, “Xan”, “Bəy”, “Ərən” deyimləri deyil, ərəbcədə deyildiyi kimi, "cənablar"ı görmək istəyirlər. Bu gun xanım müraciətindən sonra cənab deyə, müraciət etmək anaları ərəb kişilərinə satmağa bərabərdi.
Əgər “Cənab” deyə, müraciət edirsinizsə, onda “xanım” sözünü də işlətmək lazım deyil. Elə qadınlara da ərəbcə müraciət etmək olar - “cənabələr”... “Cənablar və Cənabələr!!...”
Hər halda biz müraciət formasında ciddi yanaşmalıyıq. Hər bir millətin müraciət forması onun şərəf etalonudur.
Azərbaycan qadını bir çox millətlərdə olduğu kimi əslində kölə xislətli deyillər. Azərbaycan qadını prezident, baş nazir, nazir, parlament spikeri, hətta müdafiə naziri işləməyə layiq xatun, banu, xanım, bəyim qadınlardı. Bu gün hakimiyyətdə qadın yox dərəcəsindədir.
İrəli çəkilən, vəzifələrə təyin edilən bəzi qadınlar çox təəsüf ki, öz fəaliyyətləri ilə qadın adına layiq olmadıqlarını nümayiş etdirirlər.
Bir daha dönə-dönə vurğulayıram: Qadın Anadır, Qadın Millətdir, Qadın Vətəndir. Bizlər bir çox xalqlar kimi ata vətən deyil, vətənimizə Ana vətən deyirik.
Qadınlarımız başqa millətin kişilərinə ərə gedir, ancaq onlar assimilyasiya olmurlar. Əksinə, yenə evdə türk övladı böyüdürlər. Kişilərimiz isə başqa millətin qadınları ilə evlənəndə elə bil ki, gedib quyuya düşür. Donub olur özgə millət. Ona görə ki, biz müsəlman olsaq da, qədim inanclarımız və adətimiz üzrə bütün bunlarla əcdad kultuna sahib olan millətik. Çünki, bizdə Ana faktoru müqəddəsdir. Bizlər əgər vətənimizə ana deyiriksə, o zaman analara vətən kimi baxmağı da öyrənməliyik...
Çağdaş Azərbaycan qadınının rolu

Elman Mustafazadə
14:15