Belarusda gördüyüm bəyaz həyat və ya Aleksandr Lukaşenko kimdir?....

Bu gün keçmiş postsovet məkanından ayrılaraq müstəqil olan Belarus dövlətinin varlığı ilə bağlı demək olar ki, Qərb ölkələrinin obyektiv, düzgün xəbəri yoxdur. Qərb dünyası məkanına daxil olan ölkələrinin faktiki olaraq Belarusun dövlət müstəqilliyini, onun coğrafiyası ilə bağlı sosial-iqtisadi infrastrukturlarını təcrid etmə siyasəti, gələcəkdə Avropanın mərkəzində bir çox sorunlara səbəb ola biləcəyinin belə fərqində deyillər. Belarus respublikasının prezidenti Aleksandr Lukaşenkonu süni şəkildə diktator adlandırmaqla Qərb dövlətləri, hətta beynəlxalq birlik belə tamamilə yanlış hədəfləri sərgiləyirlər. Uzun illərdir ki Avropada yasamağıma baxmayaraq, keçmiş Sovetlər Birliyindən qoparaq müstəqil olmuş bütün yarımmüstəqil respublikaları dolaşmışam. Həmçinin, Avropa Birliyinə aid ölkələrlə yanası, işimlə bağlı bəzən Belarus dövlətinə də səfərlər edirəm. Ancaq, heç bir zaman siyasi proseslərə müdaxilə etmək fikrində olmadığım üçün, son səfərimdə bəzi həqiqətləri deməyi özümə borc bilirəm.
Avropanın demək olar ki, Belarusun bir dövlət kimi nə onun quruluşundan, nə də onun prezidenti Aleksandr Lukaşenkonun həqiqi fəaliyyətindən xəbərləri belə yoxdur. Bunu istənilən obıvatelə belə Avropada sübut etməyə yetərincə dəlillərim vardır. Özüm şəxsən bir insan kimi, keçmiş Sovetlər Birliyindən ayrılıb müstəqil olmuş ölkələrə və digər Şərq və Afrika ölkələrinə xas olan bütün diktatorları, tayfabazları, traybalistləri, səfillik sindromu yaşayıb hakimiyyətə gələrək ölkəsini acımadan soyub talayan və digər qeyri insani keyfiyyətlərə malik olan ölkə rəhbərlərini heç cür qəbul etmirəm. Son nəfəsimə kimi də belələrinə qarşı olacağam. Lakin ədalət naminə, sadaladığım bu keyfiyyətlərin heç birini Belarusun prezidenti Aleksandr Lukaşenkonun timsalında görə bilməzsiniz. Ona görə ki, Belarusda olan hər bir turist, səyyah, sərmayədar şəxs dediklərimə əyani şəkildə şahid ola bilər. Buna heç təəccüblənməyin də.
Dəyərli oxucu! Bir qədər səbrli olsanız qeyd edəcəyim bütün faktlarla sizlər də tanış ola biləcəksiniz.
Lütfən qeyd etdiklərimi sonacan diqqətlə oxumanızı rica edirəm. Məhz bundan sonra Belarusun real durumunun, Aleksandr Lukaşenkonun qiymətini özünüz verəcəksiniz Və bir də unutmayın ki, Aleksandr Lukasonko haqqında obyektiv məqalə yazmaq Avropada yaşayan bir jurnalist üçün o qədər də rahat deyil...
Bu baxımdan əziz oxucu, bu məqaləni vicdanımın səsinə səs verərək, dünyanı idarə edən daltonist liderlər üçün deyil, siz dəyərli humanist avropalılar üçün qələmə aldım.
Uzun yolların yorğası
Hələ Polşada yaşadığım illərdə (1990-2000) Azərbaycan diasporunun fəaliyyətləri, istər ictimai işlərlə, ya da şəxsi biznesimlə bağlı demək olar ki, hər həftə Belarusda olardım. Bir iş adamı kimi Rusiyanın müxtəlif şəhərlərinə Polşadan meyvə - tərəvəz, yeyinti və sənaye malları göndərərdim. Bütün nəqliyyat əlaqələri isə Belarusdan keçərdi. 1990-cı ildən 1995-ci ilə qədər, Brest şəhərindən (Belarusun Polşa ilə ilk sərhəd bölgəsi) Smolenskə (Rusiyanın Belarusla ilk sərhəd şəhəri) kimi yollar, cinayətkar və reket dəstələrinin qeyri qanuni nəzarətində idi. Həmin yollarda Şərqi Avropaya məxsus Çexiya, Polşa, Slovakiya ölkələrindən gələn yük daşıyan TIR-ların sürücüləri hər addımda saxlanılar, onlardan müxtəlif bəhanələrlə pul alınır bəzən əməlli- başlı, günün günorta cağı soyulurdular. Onlara tabe olmaq istəməyən insanlara əzab və işgəncələr verilərək döyürdülər. Almaniyadan və Polşadan öz şəxsi vəsaiti sayəsində maşın alıb aparan və Belarusdan keçən keçmiş sovet respublikalarının vətəndaşları faktiki olaraq Brestdən Smolenskiyə kimi, bir neçə yerdə cinayət dəstələrinə məcburi şəkildə haqq verməli olurdular. Bəzən apardıqları maşın əllərindən alınır, malları isə qarət olunardı. Bu yollarda tez-tez ölümlə nəticələnən cinayət hadisələri də baş verirdi. Bunu örnək olaraq yada salmağı vacib bilirəm. Bir vedrəyə bir neçə kərpic qoyardılar. Almaniyadan və Polşadan aparılan fərdi maşınları bir- bir saxlayıb hər birindən 100 dollar alardılar. Smolenskiyə kimi bu 3 dəfə təkrar olunurdu. Kim pul verməkdən, reket qruplarına bac-xərac ödəməkdən boyun qaçırırdı, dərhal vedrəni göstərirdilər ki, kərpic satıram və bir ədədi 500 dollara. Bundan sonra isə kərpici vurardılar həmin maşının ön şüşəsinə. Bunun ardınca isə, 500 dolları həmin şəxsdən bağırda-bağırda alardılar. Bəzən kərpic günahsız insanların başına da dəyərdi...
“Onu daha çox arvadbazlıqda günahlandırmağa başlamışlar. Yaxşı ki, mavi adlandırmırlar... Məncə mavi olmaqdansa, elə arvadbaz olmaq daha yaxşıdır”
Bütün bunlar Belarus milisinin gözləri önündə baş verərdi. Ən çox qəddarlıq isə, polyak TIR sürücülərinə qarşı tətbiq olunardı. Onları saxlayar və dərhal soyardılar. Yüklər talan edilərdi, sürücüləri isə amansızcasına döyərdilər. Təbii ki, döyülmək daha çox onlara tabe olmaqdan boyun qaçıran sürücülərə tətbiq olunardı. Bütün Belarus gömrükçüləri sanki dilənçi şəklində, abır həya bilmədən ölkəyə girib- çıxan bütün insanları yüz cür bəhanə ilə soyardılar. Ən çox soyulan yenə polyak turistlər olardı. Bütün bunların sonucu olaraq Belarus qanunsuzluqların baş alıb getdiyi bir ölkəyə çevrilmişdi. Nə kimi qanunsuzluqlar var idisə, onların həlli istiqamətində polisə deyil, cinayətkar reket dəstələrinə, "qanuni oğru"lara deməyə məcbur idin. Oğrular olmuşdular hüquq mühafizə orqanlarının qeyri rəsmi rəhbərləri. Zorakılıq, adam oğurluğu, soyğunçuluq bu ölkədə adı hal almışdı. Ölkədə güc strukturları iflic vəziyyətində idi. Gecələr Belarusda çölə çıxmaq belə mümkün deyildi. Hər yerdə cinayət, soyğunçuluq baş alıb gedirdi. Demək olar ki, Belarusu kriminal aləmə bağlı olan qruplaşmalar idarə edirdilər. Ölkə başdan başa rüşvətin işində batırdı. Rüşvətə öyrəşmiş Belorus polisləri hətta onu dollarla tələb edərdilər. Adam öldürüb, cüzi rüşvət ödəməklə istənilən qanı belə batırmaq adi hala çevrilmişdi.
Batko Aleksandrın hakimiyyətə gəlişi
Aleksandr Lukaşenko hakimiyyətə gələndə çox ağır mirasın altına girmişdi. Rəqibləri və ölkəyə qeyri rəsmi hakim olan kriminal strukturlar tərəfindən "qaraçı balası", "yəhidi", "savadsız kolxozçu", "mədəniyyətsiz kəndli balası" adlandırılan, əməkçi Belaruslar tərəfindən isə alqışlanan, sanki ağ atın belində hakimiyyətə gələn Aleksandr Lukaşenko, iqtidarının ilk illərində bütün cinayət dəstələrini tamamilə məhv etdi. Ölkəyə sanki yeni nəfəs gəlmişdi. Sözün əsil mənasında ölkədə əmin-amanlıq dövrü başladı. Yenilənmiş və güclənmiş milis sistemi, ölkədə bütün cinayət dəstələrini ləğv edirdi. Heç bir caniyə və qatilə aman verilmirdi. Bəzi canilər öz canlarını qurtarmaq üçün Polşaya qaçmağa macal tapdı, bir çoxları isə Ukrayna və ya Rusiyaya üz tutaraq canlarını qurtarmağa çalışdılar.
Burada haşiyə çıxıb xatırladım ki, sonra həmin canilər Polşada cinayət dəstələri yaradıb, uzun illər ölkədə müxtəlif cinayətlərin baş verməsi üçün mafiozlaşmış şəbəkələr belə yaratdılar. Onlar kənardan idarə etmək taktikası ilə Polşada daha qəddarcasına cinayətlər törədirdilər. Polşada kök salmış rus və belarus cinayət dəstələrinin axırına isə bu ölkənin prezidenti, rəhmətlik Lex Kaçinski çıxdı. Qısa müddətdə Belarusda istər gecə, istərsə də gündüz, əmniyyət bütün Avropa ölkələrindən daha üstün və yüksək səviyyəyə qalxdı. 1997-ci ildən sonra rüşvətxorluq və korrupsiya tamamilə sıfıra bərabər həddə çatdı. Beləliklə ölkədə tam əmin-amanlıq şəraiti yaradıldı. Bir tərəfdən Avropadan və bir yandan da Rusiya tərəfindən sıxışdırılan, nefti və qazı olmayan Belarusda, sadə əməkçiyə verilən təqaüd, neftlə zəngin olan Azərbaycandan fərqli olaraq, çox yüksəkdir. Kənd təsərrüfatı sektoru hələ də kolxoz sisteminə bənzər şəklində mövcuddur və gənclər demək olar ki, tamamilə işlə təmin ediliblər. Belarusda klan, tayfa, qohumbazlıq, yerlibazlıq anlayışı yoxdur. Kəndlərdə tənha adamlara, qoca qadınlara və kişilərə təqaüdləri birbaşa öz evlərində verilir. Onlara xüsusi pulsuz xidmət göstərilir. Hər həftə evləri təmizlənir. Hər həftə onlar üçün bazarlıq edirlər. Tənha qocalara həftədə 3 dəfə xüsusi qaydada baş çəkirlər ki, onlar darıxmasınlar. Bu işləri görənlər dövlətdən xüsusi maaş alırlar. Kəndlərin ve səhərlərin təmizliyində isə Belarus, Avropanı çoxdan üstələyib. Belarusa bu gün kənar ölkələrdən gələrək yatırım qoyanlar az deyil. Son zamanlar istər Almaniyadan, istərsə də Polşadan bu ölkəyə yatırımlar qoyaraq pul qazananların sayları artmaqdadır. Hətta Azərbaycandan gəlib Belarusda yatırım qoyanlar az deyil. Misal üçün Azərbaycanın ən samballı siyasi fiqurlarından birinin iki il öncə bu ölkədə tikdirdiyi ticarət mərkəzinin açılışı oldu. Digər yüksək çinli azərbaycanlı məmurun Belarusda böyük beynəlxalq nəqliyyat şirkəti var. Bundan əlavə iş obyektləri açan çoxlu sayda azərbaycanlı məmurlar da var. Təbii ki, bu obyektlər başqa adamların adlarına açılsa da, Belarusda bu işləri qurmaq üçün heç kimdən rüşvət tələb olunmur. Bu gün postsovet məkanında investisiya qoymaq üçün Belorus yeganə əmniyyətli ölkədir. Burada tam təhlükəsiz şəraitində hamı öz iş-gücündədir. Başqa MDB ölkələrindən fərqli olaraq, burada heç bir yerdə prezident Aleksandr Lukaşenkonun nə portretlərinə, nə də heykəllərinə rast gəlmək mümkün deyil.
Vicdanini itirmiş siyasilər
İndi Qərb mediası Aleksandr Lukaşenko haqqında ağla sığmayan böhtanları uydurmaqla yanaşı, onu daha çox arvadbazlıqda günahlandırmağa başlamışlar. Yaxşı ki, mavi adlandırmırlar... Məncə mavi olmaqdansa, elə arvadbaz olmaq daha yaxşıdır. Bu gün öncələrdə olduğu kimi, tez-tez Belarusa gedə bilməsəm də, son illər bir necə dəfə bu ölkədə bir daha uzunmüddətli qonaq oldum. Bu respublikanı, onun əməksevər, mehriban insanları ilə dərdləşdim. Bəzən günlərlə onlarla söhbətlərim oldu. Belarus gözəl olduğu kimi insanları da səmimi, sadə və mehribandırlar. Tanrı sanki bütün gözəl qadınları bu ölkəyə cəm etmişdir ki, kişilər, açın gözünüzü və diqqətlə baxın bu gözəlliyə.
Ədalət naminə demək lazımdır ki, Aleksandr Lukaşenkonu sevməyənlərin özləri belə onu traybalizmdə, yerlibazlıqda və qohumbazlıqda, korrupsiya və rüşvətxorluqda qınaya bilməmişlər. Bu antiinsani dəyərlərə görə onu qınayan da yoxdur. Onun heç bir ölkənin bankında şəxsi pulu və ya sərmayəsi mövcud deyil. Bu məsələni illərlə araşdıran Lukaşenkonu sevməyən Qərbə məxsus ekspertlər də etiraf etmək məcburiyyətindədirlər. İndi siz deyin: Aleksandr Lukaşenko kimdir?....
Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Hollandiya, Amsterdam

Xudaferin.eu
12:48