Tarixdə çox az sayda xalq soyqırıma məruz qalmışdır. Bir çox xalqlara qarşı köçürmə və deportasiya yolu ilə (məshəti türkləri, krım tatarları və s.) digər xalqlara qarşı onları işgəncələrlə (bosniya müsəlmanları, yəhudilər, azərbaycanlılar) öldürməklə soyqırımı həyata keçirilmişdir.
XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif ictimaisiyasi hadisələr yaşanmışdır. Bu hadisələrdən biri, miqyası və qəddarlığı ilə seçilən 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətləri olmuşdur. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayında bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirmişdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürülmüş, yüzlərlə kənd yandırılmış, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edilmişdir
31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 132 min nəfər isə qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918- ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı törədilən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələri tərəfindən törədilən dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
31 mart soyqırımı yazılı faktlarla
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
Daha sonra azərbaycanlılara qarşı edilən bu soyqırım 74 ildəsn sonra yenidən təkrarlandı. Yenə ermənilər və onların rus havadarlarının köməyi ilə.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan (hazırda o, Ermənistanın Müdafiə naziridir), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları kəsilmişdir.
Xocalı soyqırımı yazılı faktlarla
Krua l'Eveneman jurnalı(Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti(London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti(Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya(Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Azərbaycan yəhduilərinin soyqırımı
1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür.Bütün bu faktları hadisə ilə əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir. Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin və Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülmüş 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-cu il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib.
Sonda qeyd edim ki, mən hələ də inanmaq istəmirəm ki, rus ziyalıları bu soyqrımı bütün çılpaqlığı ilə dərk ediblər. Mən iddia edərdim ki, onların bu hadisələr haqqında doğru-düzgün məlumatlaarı belə yoxdur və soyqırımın miqyasından, arealından və amansızlığından xəbərsizldirlər. Tarixin müxtəlif dövrlərində Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarda ermənilərə rus irtica siyasətinin nümayəndələri dəstək olmuşdur və onların birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir.
Elman MUSTAFAZADƏ,
Avropada "Azərbaycanlıların Dostları" Cəmiyyətinin sədri,
"Xudafərin" jurnalının baş redaktoru
Soyqırıma məruz qalmış iki xalqın acı taleyi
Tarixdə çox az sayda xalq soyqırıma məruz qalmışdır. Bir çox xalqlara qarşı köçürmə və deportasiya yolu ilə (məshəti türkləri, krım tatarları və s.) digər xalqlara qarşı onları işgəncələrlə (bosniya müsəlmanları, yəhudilər, azərbaycanlılar) öldürməklə soyqırımı həyata keçirilmişdir.
XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif ictimaisiyasi hadisələr yaşanmışdır. Bu hadisələrdən biri, miqyası və qəddarlığı ilə seçilən 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətləri olmuşdur. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayında bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirmişdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürülmüş, yüzlərlə kənd yandırılmış, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edilmişdir
31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 132 min nəfər isə qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918- ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı törədilən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələri tərəfindən törədilən dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
31 mart soyqırımı yazılı faktlarla
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
Daha sonra azərbaycanlılara qarşı edilən bu soyqırım 74 ildəsn sonra yenidən təkrarlandı. Yenə ermənilər və onların rus havadarlarının köməyi ilə.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan (hazırda o, Ermənistanın Müdafiə naziridir), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları kəsilmişdir.
Xocalı soyqırımı yazılı faktlarla
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Azərbaycan yəhduilərinin soyqırımı
1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür.Bütün bu faktları hadisə ilə əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir. Azərbaycanda dağ yəhudilərinin dini icmasının rəhbərliyinin və Dövlət Arxivinin və ayrı-ayrı vətəndaşların köməkliyi sayəsində əldə olunan sənədlər geniş təhlil olunub, təkcə indiki Quba rayonu ərazisində ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülmüş 87 nəfər dinc yəhudi sakinin adı müəyyənləşdirilib. Azərbaycan Respublikası Dövlət Arxivində aşkar olunan ilk sənəd Azərbaycan Demokratik Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının 1918-cu il 2 dekabr tarixli rəsmi sənədi olub. Bu sənəddə Qubada ermənilər tərəfindən qətlə yetirilən dağ yəhudilərinin adlı siyahısı verilib.
Sonda qeyd edim ki, mən hələ də inanmaq istəmirəm ki, rus ziyalıları bu soyqrımı bütün çılpaqlığı ilə dərk ediblər. Mən iddia edərdim ki, onların bu hadisələr haqqında doğru-düzgün məlumatlaarı belə yoxdur və soyqırımın miqyasından, arealından və amansızlığından xəbərsizldirlər. Tarixin müxtəlif dövrlərində Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarda ermənilərə rus irtica siyasətinin nümayəndələri dəstək olmuşdur və onların birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir.
Elman MUSTAFAZADƏ,
Avropada "Azərbaycanlıların Dostları" Cəmiyyətinin sədri,
"Xudafərin" jurnalının baş redaktoru
xudaferin.eu
14:12