Avropada çağdaş Müsəlman Türk toplumunun acı mənzərəsi...

1990-cı ilin yanvar ayında Sovet işğalçı ordusunun Azerbaycana qanlı təcavüzündən sonra, elə həmin ilin may ayında Avropaya pənah gətirdim.

Bu illər ərzində Avropa ölkələrinin şəhərlərini, kəndlərini qarış-qarış gəzmişəm, təmasda olduğum millətlərin və xalqların urf-adətləri və gələnəkləri ilə bağlı özüm üçün qeydlər aparmışam. Tanrı ömür verərsə gələcəkdə bunları qələmə alaram...

Qürbətin ilk illərdə bütün türk soylarını, hətta Məsih qaqauzları, Musəvi inanclı karayimları belə hər yerdə qardaş kimi birlikdə görərdim. Hamısının bir şüarı olardı - Türkük, Insanıq, Insansevərik. 

Həmin illərdə heç bir Türk toplumu dini ayarımçıqlıq eləmədilər, hamısı biri-birinə qardaşcasına yanaşardılar.

Hər yerdə aydınları önə vermədilər, arxalarında isə təhsili olmayan fəqət içində Vətən sevgisi daşıyanlar durardılar.

Hə... Indi yerlər çoxdan dəyişib...

İllər sonra türk toplumunun bu günkü mənzərəsi belədir..

Türklər Avropanın  hər səhər və kəndlərində dini ocaqlar yaradaraq bir söz söyləyərlər: "Əlhəmdulullah müslümanıq.."

İndiki türk toplumunda qaqauzlar, karayimlər, Şaman dininə tapınan müxtəlif Sibir türkləri belə yoxdur... Onları "Əlhəmdulullah müslümanıq.." deyənlər özlərindən çoxdan ayırıblar... 

Bəs müsəlman türklərin özləri bu gün nə gündədir?...

Gəlin baxaq görək "Əlhəmdulullah müslümanıq.." deyən Türkiyə türkləri Avropada necə müsəlmandırlar? ..

1. Türkiyə Dəyanət vekfinin cameleri
2. Milli görüşlərin camesi
3.Süleymançıların dini ocaqları 
4. Özlərinə azəri deyən Iğdırlıların Cəfəri məscidləri 
5.Əlevi türklərinin cəm evi
6. Neqşibəndi türklərinin inanc məclisi
7. Fətullaçılar dəstəsi 
8. Bəhai türklərinin din ocaqları və s. və i...

İnanın bu siyahını acı bağırsaq kimi uzatmaq da olar... 

Yerdə qalan türklər isə qumarxanalarda, çayxanalarda, dəlləkxanalarda və digər xanalarda...

 Çox az qismi isə ehtiyac icinde boğularaq elmin təhsilin arxasınca gedərlər...

Türklərdə elmə, təhsilə, tələbəyə, müəllimə qəti yardım etməzlər.. Ancaq dünyada fahişələrə qarşı ən səxavəti millət türklərdir... 

Çox şey yazardım və İnanın təpənizdən tüstü çıxarardı. Sadəcə düşmən sevindirmək istəmirəm...  

Bir şeyi də xüsusi vurğulayım ki, bu müxtəlif dini təriqətlərə bölünmüş türklərin əksəriyyəti bir-birləri ilə düşmən münasibətdədirlər... Elementar bir diskusiyada razılaşmadıqları bir fikirlərə qarşı qan-qan deyirlər...

Böyük Sabir dediyi kimi... 
.....
neyləyim axır bu yox olmuşların 
fikrini gan-gan görürəm gorxuram
gorxuram, gorxuram, gorxuram....

Bax budur Avropada çağdaş Türk toplumunu real mənzərəsi...

Elman Mustafazadə
Amsterdam
Xudaferin.eu

15:37