Azərbaycan Milli Mətbuatı haqqında

Azərbaycan Milli Mətbuatının keçmiş Sovetlər Birliyinin çöküşü ərəfəsində yenidən dirçəlməsi Mirzə Cəlil, Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd Bəy Ağaoğlu, Üzeyir Bəy Hacıbəyli irsinin davamı kimi qəbul etsək, fikrimizin daha doğru olduğu qənaətindəyik. Keçmiş Sövetlər Birliyinin çöküşü zamani öncələr gizli şəkildə çap olunan "Yeni Müsavat", "Türkün Səsi", "Türküstan", "Dirçəliş", "Mənlik" və digər onlarca sayda olan qəzetlər və dərgilərin çox böyük xidmətləri olub. Bu mətbu orqanların hər biri mərmi kimi kommunizm siyasətinin darmadağın
olunmasına, onun mənfur simasının ifşasına tuşlanmış silah olmuşdur. O dönəmdən ötən zaman içində çox az sayda mətbu orqan öz simasını qoruyub saxlamış, həm də milli mücadiləni müstəqil dövlətçilik və demokratiyanın tribunası kimi davam etdirməkdədir. Bu sırada "Yeni Müsavat" qəzetinin çox böyük və müstəsna xidməti vardır.
Bu gün Qafqazda həftənin yeddi günü çap olunan nadir qəzetlərdən biri də məhz "Yeni Müsavat"dır. Bizlər qürbətdə yaşayan insanlar olaraq, demək olar ki, hər gün "Yeni Müsavat"ın internet variatını oxumaqla Vətənimiz Azərbaycan haqqında əsil həqiqətlərlə tanış oluruq. Qəzetin tutduğu mövqeni təqdir etməklə yanaşı, həm də onu təbliğ edirik.
Bu qəzetin ilk gündən indiyə kimi başında duran və ona rəhbərlik edən deyerli, cesaretli ve edaletli ziyalimiz Rauf Arifoğlunu və "Yeni Müsavat"ın şərəfini öz şerəfi kimi qəbul etmiş bütün qezetin əməkdaşlarını 25 illik yubileyi münasibəti ilə təbrik edirik. Sizlərə bu şərəfli işinizdə daha böyük uğurlar diləyirik. Ötən 25 ildə simanız necə olubsa, hər zaman sizləri beləcə görmək istəyirik.

Hörmətlə: Elman Mustafazadə,
Avropa "Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri
11 noyabr, 2014
Xudaferin.eu

16:25