Hələ məktəb illərindən Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən biri, bəlkədə birinci Aşıq Ələsgər qoşmalarının vurğunu olmuşam.
Onun demək olarkı əzbər bildiyim əksər qoşmalarını bu günədək unutmamışam. Dədə Ələsgər aşıq şeirin ən uca zirvələrini fəth etmiş əlçatmaz sənətkarlardan biridir. Ona görə onun yaradıcılığına saxtakarcasına yanaşmar, həm Aşığın ruhuna, həmdə qədim Azərbaycan eli olan yaralı Göyçəmizə təhqirdir.
Aşıq Ələsgər zaman-zaman yaradıcılığında bizə xoş münasibətlər bəsləməyən millətlərin xislətinin açıq, bəzən sətiraltı mənalarla çatdırıb... Təssüflər bizə ağıllı nəsihətlər gec çatır...
Onun erməni xəyanətini, kürdlərin vəfasızlığını əks etdirən işıq üzü görmüş və el arasında bu gündə dolaşan kifayət qədər qoşmaları var.
1972-ci ildə 2 cilddə cap olan kitabında Dədə Ələsgər, "Olmaz, olmaz" qoşmasında kürdlər barəsində deyir:
Sözün yеri gəldi, qoy dеyim barı,
Еşidənlər məni görməsin karı;
Aşığın nisyəsi, kürdün ilqarı,
Dеsələr, inanma, düz olmaz, olmaz.
Son illər Aşıq Ələsgərin nəşr olinan istər kitablarda, istərsə internet resurslarından "Kürd" sözü çıxarılıb, "Namərd" kəliməsi ilə əvəz edilib...
Əslində isə qaş düzəltmək əvəzinə göz töküblər...
Əvvəla kürdlər ilqarsız, vəfasız olsalar da, heç vaxt namərd olmurlar. Qoşmada saxtakarlıq edən tərtibatçı və redaktor kürd qardaşlarımızı bilərəkdən vəya bilməyərəkdən ikiqat təhqir ediblər.
Məncə bu saxtakarlığı edən "alimlər" qardaş kürd xalqından üzr diləyərək Aşıq Ələsgərin "Olmaz, olmaz" qoşmasını orjinalda olduğu kimi verməlidirlər.
Bu nöqsanı nəzərə alaraq, 1972-ci ildə nəşr edilən 2 cildlik Dədə Ələsgərin kitabında həmin qoşmanın orjinal variantın verməyi məqsədəuyğun bildim.
Aşiq olan еşqə düşər, dərd çəkər,
Mənim kimi dərdi yüz olmaz, olmaz.
Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz.
Sözün yеri gəldi, qoy dеyim barı,
Еşidənlər məni görməsin karı;
Aşığın nisyəsi, kürdün ilqarı,
Dеsələr, inanma, düz olmaz, olmaz.
Zikirsiz mömini şеytan aldadar,
Sayğısız iyidi düşman aldadar,
Ağılsız cahili kirşan aldadar,
Günü kеçmiş qarı qız olmaz, olmaz.
Görməmişəm öküz yеriyə yorğa,
Gədadan bəy olmaz, dəlidən darğa,
Suda çimmək ilə sağsağan, qarğa,
Göldə silkələnib, qaz olmaz, olmaz.
Ələsgər, sərrafsan, gövhəri tanı,
Dosta qurban olsun düşmanın canı.
Comərdin kisəsi, mərdlərin nanı,
İnşallah, ölüncə az olmaz, olmaz.
Alimlərinin saxtakarlığı...

Hamınıza dərin hörmətlə Elman Mustafazadə
Xudaferin.eu
12:43