Şuşa Qarabağdır-Azərbaycandır!!!

Ulu Tanrım 30 il qürbətin xalq diplomatiyası deyilən səngərdə, bəzən milli mücadilə səngərlərində canımla, varımla, yoxluğumla, doğmalarımla, mənə doğma olan digər dost millətlərin nümayəndələri ilə uğrunda ölüm-dirim savaşı verdim, Qarabağ!!!
Rusiya, Ukrayna, Lehistan, Litva, Lavriya, Estoniya, Almaniya, Hollandiya, Belçika, İtaliya, Fransa və digər ölkələrdə günlərlə, aylarla yolunda usanmadan, yorulmadan, bir an ruhdan düşmədən, düşmən tapdağından qurtulsun deyə, bu yolda təbliğatlar apardım. Çünki, haqq səsimizi dünyaya çatdırırdım. Heç bir təzyiqlərdən, santaj və böhtanlardan belə geri çəkilmədim Qarabağ!!!
Sənə hər şeyimi qurban vermişəm. Səndən başqa mənə heç nə müqəddəs deyildi Qarabağım mənim, Şuşam mənim...
Doğmalarımın məndən üz döndərdikləri günlər olub. Məni sənin uğrunda mübarizə yolundan döndərə bilməyiblər Qarabağ!!!
Övladlarımı götürüb qarşıma ağır ŞƏRT qoydular: Ya ailən və balaların, ya da Qarabağ!.. Mən səni dedim Qarabağ!!!
İllərlə tənha və tamam yalnız qoydular məni, düşündülər bəlkə... Yox!!! Mən səni dedim, ancaq səni dedim Qarabağ!!!
Nə qədər acılar yaşatdılar mənə. Mən səni dedim sevgilim, məşuqəm, atam, anam, bacım, qardaşım, balalarım, vəfalım, Şuşam mənim... Tək bir dəfə hər şeyin sonu ola bilərdi. Düşmən qol götürüb sənin sinən üstə oynadığı anlar... Yaxşı ki, həmin ərəfədə oğlum Babək xəstəxanada idi. Onu tənha qoymağa gücüm çatmadı, Qarabağ!!! 
Ulu Tanrım şükür sənə!!! Çəkilən zəhmətimi, yuxusuz gecələrimi, tənha günlərimi, ölüm-qalım mücadiləmi mükafatsız qoymadın... Ya Rəbbim şükür öz böyüklüyünə ki, yeni həyat verdin mənə və dedin ki, al Elman: ŞUŞA AZƏRBAYCANDIR!!! QARABAĞ AZƏRBAYCANDIR!!!

Elman Mustafazade

Xudaferin.eu

23:09