“Tüpürüm sizin siyasətinizə”

Azərbaycanda yalan danışmaq, söz verib əməl etməmək həmişə əxlaqsızlıq sayılıb.

Yalan danışmaq erməni və erməni qarışığı olanlar, eləcə də, uzun illər ermənilərlə birlikdə yaşayanlar arasında dəbdə olubdur. Ümimiyyətlə ermənilərdə, qaracılarda, kürdlərdə və iranlılarda (xüsusilə farslarda) yalan danışmaq ruslar demiş "zapodlo" sayılmır. İndi bu xəstəlik Azərbaycanda elə yayılıb ki, nə səmimiyyət bilir, nə mərdlik tanıyır, ne sədaqət, nə də vəfa. Yalan danışmaq keçib bəzi dostların, qohumların da arasına və olub sağalmaz bir xəstəlik. 

Ölkəmizin hər sahəsində yalanla üzləşirsən. Dünyanın ən böyük və saxtakar yalançıları Azərbaycan məmurlaırdır, desəm yanılmaram. Azərbaycan gömrükçülərinə gəldikdə isə, sanki onları anaları yalanla qundaqlayıb. Azərbaycandan Avropaya gələn istər iqtidar sahibləri, istərsə də müxalifət mənsubları olsun, adama elə şirin, bər-bəzəkli, bəlağətli yalan danışırlar ki, onların yerinə yalanı dinləyən utanır.

Halbuki, yalan həmişə ortaya saxtakarlıq və xəyanət qoyar. Yalan qiybəti, biri birlərinə böhtan söyləməyi, paxılıq, namərdliyi yaradan amillərin əsasıdır. İndi yalan nə dost, nə qohum, nə də rəhbər tanımır. Qəzetlərdə yalan o qədər yer alıb ki, bunun misli yoxdur. Sadəcə bu gün qəzetlərdə doğru olan bir şey varsa, o da ayın tarixidir. TV-lər yalan, məktəblər belə sagirdlərə yalanı tədris edirlər.  Vahid edmiş: “Ən böyük qələbəlik yalan yarışmasında ortaya çıxır”.

Yalan epidemiya kimi yayılıb Azərbaycana. Yalan danışmaqda ermənilər indi az qala bizim yanımızda şükürlü olublar. Bir dəfə Bakıdan Avropa ölkələrindən birinə gələn bir nazir qürbətçi soydaşlarımızla görüşdə elə vədlər verdi ki, hamı bir ağızdan dedi ki, ayə gərək Azərbaycanın prezidenti bu “kşi” olmalıymış. Sonra həmin nazirin verdiyi vədlərinə niyə əməl etmədiyini onun yardımçısından soruşanda, maraqlı cavab verdi: “Kişi siyasət adamdır da, bə... Sözdü deyib da bə...”

Onun deməyindən belə çıxdı ki, Azərbaycanda siyasət yalan danışmaq deməkdir.  Halbuki, dünyada səmimiyyət, tərbiyə, vicdan, cəsarət, ədalət nümunəsi olan böyük siyasət adamları yüzlərcədir. Əgər Azərbaycanda siyasət yalan danışmaqdırsa, onda gədəbəylilər demiş: “tüpürüm belə siyasətə...”

Tam səmimi bildirirəm ki, artıq Avropada böyük siyasət adamları, beynəlxalq təşkilatlar  Azərbaycan məmurlaırnı yalançı kimi tanıyırlar. Ən böyük milli faciələrimizdən biri də odur ki, söz verib əməl etməyən yalançılar kimi tanınan hakimiyyətimiz, millətimizi də yalanla korlayıblar....

Sonunda qorxuram bir gün dünya siyasətciləri, gədəbəyli qardaşlarımızdan o hikmətamiz ifadəni öyrənib bizə deyələr: “Gedin eeee buradan, yalançılar!!!... Tüpürüm sizin səmimiyyətinizə və siyasətinizə...”

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

2008-ci il.

13:51