Liliana Seyidova - yüksək mədəniyyət və kübarlığın təbii tərənnümü

Onunla beş il bir bir yerdə oxumuşuq. Tələbəlik illərim gözəl və yadda qalan xatirələrlə doludur...  Ən başlıcası odur ki, mənim yüksək mədəniyyətli, kübar, savadlı  müəllimlərimlə yanaşı, "potok"umuzda ve qrupumuzda yüksək tərbiyə görmüş, savadlı, zövqlə geyinən yaraşıqlı qızlarmız da çox idi... O qızların hamısına dost, qardaş olmuşam...

Bəlkə də, kiminsə nəsə ürəyində olub, bilmirəm... Hiss etməmişdim...Ancaq mən qızlarımızın hamısına qardaş olmağı bacarmışam...

Nailəni, Almazı, Gülnarəni, Rənanı, Elmirani, Laləni, Nazanı, Sonanı, Svetanı, Leylanı (kimlərinsə adını unutdumsa üzür dilərəm) və digər qızlarımızı həmişə böyük hörmət və məhəbbətlə xatrlayıram....

Bunlardan biri də, nazlı-duzlu, ciddi xarakterə malik Liliana Seyidova idi...

Liliana meşhur partizan, Mehdi Hüseynzadənin silahdaşı (Visilin) polkovnik Mirdamət Seyidovun qızı idi. 

Atasi DİN-də yüksək vəzifəde işləsə də, Liliana heş vaxt özünü yuxarı tutmazdı, özünü bir kimsədən ayırmazdı. 

Sadəcə, olduqca prinsipial, ciddi xarakterli qız olmaqla yanaşı, çox çalışqan idi.  Məhz bu çalışqanlığının nəticəsi olaraq inistitutu bitirəndən sonra, konservatoriyada Lütfiyar İmanovun sinfində ikinci ali təhsil aldı...

Liliana rus dilli olsa da, özünü həmişə azərbaycanlı sayardı. Baxmayaraq ki, anası da rus idi...

Biz dostluq edərdik. Onunla mübahiseler etdiyim günler de az olmayib... Tez-tez  küsüb barışardiı.. Məndən küsən kimi isə ən "sevimli" sözü bu olardı: "tı naçionalist".

Hərçənd mən həmişə bütün milletlere hormet ve mehebbetle yanasimisam. Bunu Liliana da bilirdi. Elə ona görə də, çox küsülü qalmazdıq...

İndi Liliana Seyid-Boussonville Almaniyada yaşayir. O Azərbaycan mədəniyyətini Almaniyada təmsil edir. Onu almanlar və fransızlar dinləməkdən doymurlar. 

Bizlər isə çox təəssüflər olsun ki, hələ də əsil istedadlarimizin qədrini bilmirik...

Liliana, canım mənim, sən elə qürbətdə qal, Azərbaycanı təmsil elə. Mədəniyyətsiz və səviyyəsiz musiqicilərin meydan suladığı indiki Azərbaycan şou dünyası heç sənə gərək də deyil... 

Sənin qürbətdə yaratdığın öz kiçik dünyan daha gözəldi... Bu kübar, yüksək mədəniyyətli kiçik, lakin şərəfli Azərbaycan dünyasıdır...

Nə yaxşı varsan Liliana...

Öpürəm əlini. Həmişə sənə sadiq dost,
 Elman Mustafazadə

P.S. Bu şəkli gecə intitutun eyvanında mən çəkmişəm. Deyilənə görə o illərdə həm də istedadlı fotoqraf olmuşam... :))

22:43