BACI QARDAŞ NİGAHINA SON VERƏK

Əgər gələcəkdə sağlam millət görmək istəyiriksə, bacı (əmiqizi, xalaqızı) və qardaş (xalaoğlu, əmoğlu) nigahına son verilməliyik.

İstəsəniz məni soyun, istəsəniz daşa basın, ancaq öz fikrimdən dönməyəcəm!!!

Öz xalası və ya əmisi qızı ilə evlilik manyakligin bir formasıdır. Bu ərəb nentalını din adına bizə soxuşdururlar. 

Bu gün Skandinaviya ölkəninin bəzilərində ENSENS (qan bir doğması ilə cinsi əlaqədə olmaq) xəstəliyindən əziyyət çəkən ailələrin sayı artmaqdadır.

Məgər Şərq dünyasına intibah gətirən Azərbaycan ovladları ENSENS xəstəsidir?... 

Bəli əziz soydaşlarım əmiqızı, xalqızı bacıdır və bacı ilə bir yastğa baş qoymaq ENSENS xəstəsi deməkdir...

Əvvəla Azərbaycan səhiyyəsi bərbad gündədir. Kəndlərin və qəsəbələrin çoxunda xəstəxana yoxdur. Bu baxımdan körpələr vaxtında peyvənd edilmirlər.

Görün səhiyyəmiz nə gündədir ki, xəstələrimiz İrana müalicəyə üz tuturlar. Allahım göydən başımıza öd yağdır!!!

Hələ də tibb ali məktəblərində "pulunu ver, diplomunu al" prinsipi davam erməkdədir. Bu "diplomlar" hələ çox anaların gözün yaşlı qoyacaq...

Sovert vaxtı Gürcüstanda, Belarusiyada, Rusiyada müalicəyə üstünlük verən soydaşlarımız, bu gün İrana üz tutublar...

Bütün dünyada hər gün 19 mindən çox uşaq, qarşısı alına biləcək xəstəlikdən ölür. Səbəblər isə müxtəlifdir.

Bu gün kiçik bir qız uşağı sabahın anasıdır. Sağlam ana bir neçə uşaq dünyaya gətirə bilər və millətin sabahı naminə gətirməlidir. Burada hakimiyyətlər daha maraqlı və yardımçı olmalıdır. 

Uşaqlar dünyanın gələcəyidir deyiriksə, milli hakimiyyət gələcəyimiz üçün uşaqları qorumalı, onların bütün qayğılarını təmin etməlidir. Ən əsası isə yüksək məbləğli uşaq pulu verməlidir.

Bu gün Azərbaycanda səhiyyənin bərbad halda olmasından, usaq pulu verilməməsindən, xəstəlikdən və maddi ehtiyac ucbatından uşaq ölümü dünyada ön sıralarda gəlir... 

Uşaq ölümləri barədə apardığım kiçik araşdırma onu göstərdi ki, YAP hakimiyyəti südəmər uşaqların qatilidirlər...

Uşaq ölümlərinin əsas səbəblərindən biri erkən doğulmalardır. Hər il dünyada 13 milyon körpə erkən doğulur ki, onların bir milyona yaxını erkən doğulması və onun yaratdığı problemlər səbəbindən həyatda qala bilmir. 12 milyon körpə isə yaşamaq uğrunda çətin bir mübarizə aparır. 

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlular təşkil edir. ABŞ-da son 25 ildə erkən doğumlarda 36 faiz artım müşahidə edilir. Türkiyədə isə hər il doğulan 1 milyon 300 min körpənin 10 faizi, yəni 130 mini erkən olaraq dünyaya gəlir və xüsusi baxıma ehtiyac duyur.

Azərbaycanda isə... Bizim halımızı ağlamağa yeddi bacı lazımdır, her əllərində də yeddi dəsmal... 

Alimlərin fikrincə doğulan uşaqlar arasında ölüm halları daha çox erkən doğulanların payına düşür. Erkən doğulmalar isə daha çox qohumluq əlaqələri olan cütlüklərin nigahlarından yaranır. 

Uşaq ölümlərinin ikinci böyük səbəbi isə, qohumlar arasında qurulmuş nigahdan yaranır. 

Azərbaycanda qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəkililər, Masallılar, Laçınlılar və Bakılılar arasındadir... 

BMT-nın Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır. 

Azərbaycan Hemotoloqlar və Transfizioloqlar Cəmiyyətinin məlumatına görə, ölkədə hər 12 nəfərdən 1-i talassemiya xəstəsidir. 

Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK-nı formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən bölümlərə isə gen deyilir.

Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.

Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. 

Uşaq ölümlərinin üçüncü böyük səbəbi də nigahsız qurulan ailələrdən irəli gəlir. 

Bu gün Azərbaycanda uşaqların 12 faizi nigahsız ailələrdən doğulur. Daha çox atalar həyat yoldaşları ilə nigahsız olduqlarını əsas tutaraq asanlıqla ailələrini tərk edə bilirlər, doğmalar və hökumətdə də uşağa yad münasibət bəsləyir, biçarə körpəni Allahın ümidinə qalır... 

Dövlət Statistika Komitəsinin demoqrafiya şöbəsi bildirir ki, Azərbaycanda 1990-cı ildə rəsmən ər-arvad hesab olunmayanların izdivacından doğulan uşaqların sayı 4800 nəfər idisə, 2007-ci ildə bu rəqəm 17 873-ə çatıb. Rəsmi məlumatlara görə, ölkədə son 10 ildə nigahdankənar doğulan uşaqların sayı 20 faiz artıb. 

Təssüflər olsun ki, Azərbaycanda nə atılmış uşaqlara, nə də atasız uşaq böyüdən analara qəti diqqət və qayğı göstərilmir və əksinə onlar qınaq obyektinə çevrilirlər. 

Əksər Avropa ölkələrdə uşaq ananın soyadını daşıyırsa, belə qadınlara "tənha ana" statusu verilir və onlara dövlət tərəfindən ən yüksək müavinat ödənilir.

Azərbaycanda "tənha ana" ların sayı kifayət qədər olsa da, bəzən məmurlar onlara kömək əvəzinə, az qalırlar həmin tənha anaların üzünə tüpürələr...

Ən pisi də budur ki, həyat yoldaşlarından ayrılan ataların əksəriyyəti, məhkəmənin kəsdiyi almentdən asanlia imtina edirlər.

"Ailə Məcəlləsinə görə, ata uşağın anası ilə rəsmi nikahda olmadıqda belə, öz övladı qarşısında nikahda olan valideynlər kimi məsuliyyət daşıyır və ona mütləq aliment verməlidir".

Təbi ki, bir ana normal bir yerdə işləmirsə, həyat yoldaşı tərəfindən atılıbsa, o ya körpəsindən imtina edəcək, ya da pis yollara düşüb körpəsini böyüdəcək. Bu yolla böyüyən körpə isə gələcəkdə cəmiyyət üçün yararlı ola bilərmi?.. 

Ürək ağrısı ilə deyim ki, Azərbaycanda son zamanlar atılmış küçə uşaqları ilə bağlı tez-tez məqalələrə rast gəlirəm...

Gəlin bacı-qardaş nigahına son verilməsi barədə ciddi şəkildə düşünməyin və tənha, köməksiz analara sahib çıxmağın.

O taleyin ümidinə verilmiş tənha ana və körpə bizim millətimizin gələcəyidir...

Elman Mustafazadə

Xudaferin.eu

12:01