Çağdaş Azərbaycan mətbuatı

Yenə Azərbaycan mətbuatı insafsız, amansız, mərhəmətsiz, qəddar, ədalətsiz və əxlaqsız məqalələr silsiləsini davam etdirməkdədir...

KİV-lərdə cinayət dünyasının,"vor v zakone" leri, korrupsonerlər, qəbiləçilər, falçılar, pirlər, dilənçilər, ibnələr elə məhəbbətlə təbliğ edilir ki, adamda lap ikrah hissi oyanır...

Qorxum budur ki, sabah atanın evdə yenicə dil açan oğlundan, övladım böyüyəndə nə olacaqsan sualına, uşaq cavab versin ki, ata, böyüyəndə mən də seyid, molla, axund, falçı, "vor v zakone", gömrükçü, lap gündə ekrandan düşməyən "Petux" əmi (tərbiyyəli müğənnilərdən üzür dilərəm) kimi müğənni olacam...

Bir az zəki olan digər övlad isə deyəcək ki, ata mən də böyüyəndə Rövnəq əmi kimi Nöyütxuda olacam. Sözdə dilim pəltək vura-vura milli qeyrətdən danışacam, əməldə isə dədələri, nənələri, pəpələri, məmələri, bəbələri qıran ermənilərə qaz verib, əvəzində ermənilərdən qız alacam...  Yəni qaz verib, qız alacam...

Ata bilmirsən məgər, erməni qızları nə ağıllı balalar doğurlar. Gormürsənmi, bu ağıllı balaların hamısı Azərbaycanı idarə edirlər...

Bizimkilərin də doğduqları ya cəlayi-vətəndi, Rusiyada bir tikə çörəkdın ötrü işləməyə gediblər, ya da öz Vətəində qərib durumuna düşüb əsir-yesir olublar harınlamış məmurların idarə qapılarında ki, bunlara bir iş yeri versinlər ki, axşam ailəsinə bir parça çörək alıb apara bilsin. Əks halda Azərbaycan kişisi evə əliboş qayıdıb ona zillənən ac gözləri görməmək üçün oğurluğa belə məcbur olur.

Həə...  ey Yaradan!!! Əgər varsansa, bizə rəhmin gəlsin, amma səbir verməsin...

Elman Mustafazadə

xudaferin.eu
 

13:12