Xocalı düşüncələri...

Xocalı....
Bir millətə qarşı düşünülmüş şəkildə soyqırım...

Xocalı...
Düz 30 il bundan öncə Rusiyanın 366-cı atıcı diviziyası ilə erməni quldur dəstələri birgə, Azərbaycanın Xocalı şəhərində uşaq qadın goca demədən silahsız dinc əhaliyə qarşı amansız törədilmiş qətliam...

Xocalı...
Bütün türk dünyasının sinəsinə çəkilmiş dağ...

Xocalı...
Azərbaycan türkünün əbədi unuda bilməyəcəyi və qısası alınmamış insanlıq suçu...

Xocalı...
Millətimin qaysaqlanmış könül yarası...

Xocalı...
Insanlığı, mərhəmət hissi olanın gözü dolar, şərəfsizlərin isə cibi...

Xocalı...
Düz 30 ildir millətimin qeyrətli övladları qəlbində insanlıq hissi olan yurddaşlarım, bu faciəni bütün dünyaya tanıtmaq istəyir ki, birdə belə bir qətliamı heç bir millət yaşamasın...

Xocalı...
İllərdi dünyada yorulmadan Xocalıya haqq-ədalət tələb edən cəfakeş fədakar bir zümrə var...

Xocalı...
Kiminə faciələrimiz üzərində siyasi oyunlar çıxaranlar... və zənginləşənlər... və millətimizin faciyesindən varlananlar... və maddi maraqlar... və dələduzlar... və alçaqlıq üçün saxta vətənpərvərliklər..və...və...və...nələr...

Aşağıda gördüyünüz şəkillərə diqqətlə baxın. Hər ikisi Xocalı adına ucaldılmış abidə adlanır...

Birisi Meksikada bir bağda Xocalı soyqırımına ucaldılmış möhtəşəm bir abidə kompleksidir. Meksikalılar öz pullarina ucaltdıqları bu abidəyə təxminən 50-60 min ABŞ dolları həcmində xərc çəkib böyük bir sənət əsəri ərsəyə gətiriblər...

Digəri Niderlandda adına "Xocalı abidəsi" deyilən qəbir daşına da diqqətlə baxın...
Niderlandın Haqa (Den Haag) şəhərinin köhnə bir qəbristanlıqda 100 min avroya başa gələn, üzərində "Xocalıda həyatını itirmişlərin əziz xatirəsinə" sözləri yazılmış "möhtəşəm abidə" adlanan baş daşı...

Bu köhnə qəbirləristanlirda dəfn edilən mərhumları və ona bitişik ev heyvanlarını bastirilmış qəbirləri belə ziyarət edən yoxdur, onda qalmış 100 min avroya başa gəlmiş, üzərində həyatlarını nədən itirdikləri bəlli olmayan baş daşı...

"Xocalıda həyatını itirmişlərin əziz xatirəsinə" yazılmış bu baş daşını ziyarət edən bir yabançı tapılarsa, görəsən nə düşünərdi?...
Görəsən bu zacallilar Xocalıda soyuqdəymədənmi, qan təzyiqindənmi, infaktdanmi ölüblər... Yoxsa atdan yıxılıblar...

Xocalı...
Gədaları Türkiyədə dairə, villa, hotel sahibi elədin, mənim başıbəlalı şəhərim...

Xocalı abidəsi...
Birisini uzaq Meksika ölkəsindən olan bəzən "gavur" dediyimiz qeyretli Mexiko"lu insansevərin ucaltdığı möhtəşəm Xocalı soyqırımı abidəsi, digər 1000 min avroya başa gələn, Türkiyənin İgdir şəhərindən olan özünə "azəri" deyən bir dələduzun uzunluğu 1,20, eni 80 santimetr ucaltdığı "möhtəşəm" baş daşı...

Millətimizin faciəsindən pul qazanan bu alçaq, dəfələrlə yalandan təqib olunduğun iddia edib soydaşlarimuzdan ianə toplayıb.

Ey dilənçi şərəfsiz, əmin ol ki, günahsız qətl edilmiş xocalıların ruhu bir gün sənə və sənin kimi pisivdopatlara qenim olacaq.

Əsil vətənsevərlik, millətsevərlik və insanpərvərlik ağ kağız kimi təmiz, bulaq kimi dum duru olar, ona ləkə salmaq, suyu bulandırmaq sənin kimi şərəfsizlərin işidir...

Elman Mustafazadə

Xudaferin.eu

00:04