İnsaf da yaxşı şeydi...

İnsan bilmədiyi şeyin düşmənidir.

İllər öncə keçmiş Diaskom sədri Niderlanda növbəti incəsənət heyyəti göndərmişdi. Bundan öncə göndərdiyi misiqiçi heyyəti Azərbaycanı elə səviyyədə təmsil etmişdilər ki, onların göstərdiyi xəcalətlik izlərinin muzakirəsi bir neçə il davam etmişdi...

O vaxt, hətta ağ kostyumda yaraşıqlı müğənni qonaqlardan biri, dozasına baxmayıb marixuananı elə çəkib ki, Amsterdamın Schipol aeroportunda şalvarını batırmışdı.

Yaxşı ki, Samir adlı bir idmançı gəncimiz dostları ilə birgə özlərini yetirib əcnəbi mediayaya çəkiliş aparmağa imkan verməmişdilər.

Sonralar Samir Bakıda bədbəxt hadisə nəticəsində həlak oldu. Onu öz övladım kimi sevərdim. Odur ki, Bakıda yasında iştirak etdim. Allah Samirə rəhmət eləsin, atası Muxtara isə səbr versin.

Nə isə...

Gələk mətləb üstünə.

Bu dəfə Azərbaycandan gələn müğənnilər abırlı görübürdülər. Yenicə Konqresin icraçı direktoru təyin olunmuşdum və qonaqları qarşılamalı oldum.

Heyyət gəlməmişdən öncə bir tanışım Bakıdan zəng edib gələn qonaqların arasında Elza Seyidcahanın da olduğunu bildirdi və lağlağı ilə bildirdi ki, çox fikir vermə, ifləmənin biridir...

Elza xanımı ilk dəfə görürdüm və elə oldu ki, gələn qonaqlarla ayrıca təmasda olur, onların arzu və istəkləri ilə maraqlanırdım...

Açığını deyim ki, budəfəki gələn müğənnilər də o biri dəstədən az fərqlənirdilər. Yalnız aralarında nəşə çəkənə rast gəlmədim. Bir mügənni qiz isə hoteldə blanka adını və soy adını belə yaza bilmirdi…

Bəs Elza Seyidcahan necə?...

Şirin söhbəti ilə adamı özünə cəlb edən, geniş dünya görüşünə malik savadlı bir xanımı dinlədilcə, bizim millətin belə geniş dünya görüşünə malik xanımı olduğuna sevinirdim...

Onun səlis, məntiqli söhbətlərinə heyran olmuşdum. Olduqca səmimi olan, sadə görünən xanımın dünyaya fərqli baxışları, qeyri-adi istedada malik insan olduğunu sezirdim..

Üzündən təbəssüm əskik olmayan bu gözəl xanımın, sankı içində bir kədər duyulurdu... Elə bil, köksünə bir vulkan cəmləşib, hər an püskürə bilər... Çox təəssüflər olsun ki, görüşümüz uzun çəkmədi və ayrıldıq.

Elza xanım həmişə fikrimdə yüksək mədəniyyətli bir xanım kimi qalıb...

Sonralar onun şerlərini sosial şəbəkələrdə dinləməli oldum və anladım ki, bu xanım Azərbaycana ilk Sürrealizm ədəbiyyatı gətirəcək və belə də oldu.

İndi Elza Seyidcahanı Azərbaycan Sürrealizm ədəbiyyatının banisi adlandırmaq olar. Bizim onu anlamağımıza, deyəsən, uzun illər lazım gələcək...

Onu tv-lərdə ələ salıb gülən aparıcılara baxanda isə Mirzə Cəlilin "Dəli yığıncağı" tamaşası yadıma düşür...

Gəlin istedadlılara düşmən kəsilməyək...
Məsəl var deyərlər: Kamillə daş da daşı, cahillə bal da yemə. Bir az kamil olmaqda fayda var...

Elza Seyidcahan qeyri-adi istedada malik yaradıcı Azərbaycan qızıdır. O, yüksək səmimiyyət və mədəniyyət sahibi, gözəl bəstəkar və istedadlı müğənni olmaqla bərabər, həm də böyük mütaliəsi, zəngin ədəbi dünyagörüşü olan bir xanımdır.

Bunu istəsəniz də belədi, istəməsəniz də...

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru .

Xudaferin.eu

20:18