Ermənilərin uğuru - Azərbaycan Diasporunun zəifliyindədir - II

Əvvəli:

http://xudaferin.eu/ermnilrin-uguru-azrbaycan-diasporunun-zifliyinddir.h...

II yazi

Qürbətə yeni axının mənzərəsi

Qürbətə üz tutan insanların bu günkü mənzərəsi də acınacaqlıdır. Bəziləri Avropada özlərinə komfort həyat düzəni qurmaq üçün milli azlıqların hüquqları çərçivəsində “etnik separatizmi” müdafiə edirlər. Bəziləri Avropada yasamaq huququ əldə etmık üçün Azərbaycandakı hakimiyyətin əlehinə yalan və doğru, gecə gündüz təbliğat aparır, bəziləri özəl tv-lər yaradaraq butun gunu hakimiyyeti kuse sozleri ile tehqir etmekden yorulmayan ve bu terbiyyesizliyi ile yalnız milli birliyə zərbə vurmaqla, indiki hakimiyyetin omrunu uzatmaqla, haqlı və haqsız bilərəkdən və ya bilmədən muxalifete, milli maraqların əksinə və dövlətçiliyə qarşı fəaliyyətdə bulunurlar.

Hələ də Avropaya təzə ayaq açanlar bir milyon qaçıqnla bağlı, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız haqqında hansısa addım atmağa maraqlı deyillər. Halbu ki, bir milyon Qarabag mecburi kockunu coxdan Avropaya yerlesdirimelidi. Bu barede hele 1993-cu ilden muntezem meqaleler, cixislar ve muzakireler aparilsa da, halimiyyet Qarabag kockunlerini illerdi hec bir insani seraiyi olmayan yurdlarda yerlesidib, Azerbaycana laqeyid yanasan beynelxalq teskilatlar ucun canli atraksiona cevirdi.

Əgər Azərbaycanda milli maraqlara söykənən islahatlar aparılsaydi, diaspor anlayışımız da tamamilə yeni məzmun daşıya bilərdi...

Azərbaycan hakimiyyətində erməni kökənli məmurlarının heç bir maniyə ilə üzləşmədən fəaliyyətlərindən ruhlanaraq, bəzi erməni kökənli və düşmən ölkəyə xidmət edən şəxslər diasporumuzda rəhbərliyə gətiriliblər. Bundan əlavə Diaspor Komitəsinin keçmiş ve indiki rəhbərliyi illerdi təbliğat apardı ki, guya Avropada möhtəşəm Azərbaycan diasporu mövcuddur.

Milli diaspor adına çox təəssüflər olsun ki, pərakəndəliyin əsil səbəbkarı ele komite özüdur. Mən bu barədə on ildən də çox həyəcan təbili çalmışam. Bakıdakı yerli qəzetlər və internet saytlarında açıqlamalar vermisem, meqaleler yazmisam, feqet musbet netice gormedik...

Sirr deyil ki, Azərbaycan dövlətində dərin strateji maraqları olan dövlətlərin Avropada qurduqları “Azərbaycan diasporu” adına milli təşkilatlanma siyasətində mənfi rolu az olmayıb. Bakıdakı bəzi oliqarxların saxtakarcasına öz xarizmalarını nümayiş etdirmək üçün Qərbdə yaratdıqları təşkilatlar bir fayda verə bilməzdi.

İndi Diaspor Komitəsinin yeni rəhbərliyi özündən öncəki rəhbərliyin səhvlərini davam etdurmek məcburiyyətindədir... Cun ki Azərbaycan memurlari mankutluq sindromundan hec cure uzalasa bilmirler...

Unutmaq olmaz ki, indi XX əsrdən fərqli olaraq XXI yüzilin şərtləri yeni məcrada inkişaf edir. Bu, dövlətləşmə və diasporların milli düsturla bütünləşməsindən ibarət olmalıdır. Bunu goresen genc Azerbaycan memuru anlayirmi?...

Avropada türk disporu ilə münasibətlərimiz...

Qeyd edim ki, böyük ənənəyə malik olan türk diasporundan və onların mənəvi dəstəyindən bir vaxtlar çox yararlanmışıq.
Bu gün isə bu olduqca yaralı bir mövzudur.
Təxminən 2000-ci ilə kimi türk diaspor təşkilatları ilə qürur duyur və onların təcrübələrindən Azərbaycan cəmiyyətləri faydalanmağa çalışıb. Bunu unutmaq ve qiymetlendirmemek namərdlik olardı.

Bunlardan birini, Avropada “Azərbaycanın Dostları” cəmiyyətinin təməlini qoyanlardan biri əslən Gəncədən olan professor İrfan Murad Yıldırımın adını xüsusi olaraq çəkmək istəyirəm. İrfan bəyin Avropada Azərbaycana təmənnasız xidməti heç vaxt unudulmamalıdır. Ümumilikdə İrfan bəy kimi bir neçə dəyərli iğdırlı soydaşlarımızın adını çəkərdim, lakin qorxuram ki, kimlərisə unudam. Lakin bəzən İğdırdan da Azərbaycandan gələn dələduzlar və fırıldaqçılar kimi təhlükəli soydaşlarımıza rast gəlirik. Bu barədə sonra qeyd edəcəm...

Ardı var...

Elman Mustafazade
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, "Xudaferin" (www.xudaferin.eu) jurnalinin bas redaktoru

P. S.
Əvvəli:

http://xudaferin.eu/ermnilrin-uguru-azrbaycan-diasporunun-zifliyinddir.h...

23:16