Niyə biz bu gündəyik?…

Bu günləri Azərbaycanda qəribə bir tendensiya davam eləməkdədir. Ölkədə çox belə qaranlıq, anlaşılmaz bir proses gedir…

Böyük təəssüf hissi və ürək yanğısı ilə qeyd etməliyik ki, artıq 30 ildən çoxdur ki, dünyanın ən dilbər guşələrindən biri olan ana Vətənimiz, Azərbaycanın ürəyi olan gözəl Qarabağımız, Şuşamız xain, qəsbkar, nankor qonşularımız olan ermənilər, rusların köməyi və bilavasitə iştirakı ilə işğal edilmişdir. Bu səbəbdən də bir milyondan çox həmvətənlərimiz Respublikamızın paytaxtı Bakı şəhərində və Azərbaycanın müxtəlif rayonlarında çətin sosial həyat tərzi ilə ömür sürürdülər…

Böyük ürək ağrısı və dərin təəssüf hissləri ilə qeyd etməliyik ki, doğma yurd-yuvasından uzaq düşərək, min bir sosial-iqtisadi, mədəni-mənəvi çətinliklərə, məişət problemlərinə düçar olmuş bu həmvətənlərimiz ümüdlərini göydə Qadir Allaha, yerdə öz dövlətimizə onun rəhbəri İlham Bəy Əliyev cənablarına bağlayıb bütün varlıqları ilə ürəkdən inanaraq qələbə gününü gözləyirdilər…

30 il işğalda qalan torpaqlarımızı 44 gün müharibə müddətində azad elədik. Və bütün millət hamısı bir yumruq oldu. Heç kim heç kimdən haradandı, haralıdı sualı vermədən və bu 44 gündə biz hamımız qalib bir millət olduq.

Və Azərbaycan əsgəri, şəhidlərimiz, qazilərimiz və başda Ali Baş Komandan olmaq şərtilə alnımızın qara ləkəsini sildilər.

Doğrudur, müharibə demək olar ki tam axıra çatmadı. Amma yenə torpaqlarımızın 80%- ni işğaldan azad elədik… 30 il sevincə tamarzı olan bir millət necə sevinir, İlahi…

Millətimiz sevinməkdə davam etdiyi bir vaxtda, sankı bütün dünya üstümüzə gəlir. Biz bu gün ədalətsiz bu dünyaya haqqı sübut eləyə bilmirik.

Kar qulaqları ilə eşitmək istəmirlər ki, 30 il torpaqlarımız işğalda, bir milyon qaçqınımız köməksiz, ümidsiz öz millətimizin gücünə sağ qalanı sağ qalıbdı, öləni ölübdü və indi-indi hələ millətimiz öz yurduna, yuvasına qayıdır.

Bu gün Qarabağın bərpasında, demək olar ki, bizə heç bir yerdən ciddi bir kömək yoxdur. Və belə bir prosesdə sevincə tamarzı olduğumuz bir vaxta və indi sevindiyimiz bir zamanda bu sevinci bizim gözümüzdən sanki gətirib, burnumuzdan tökürlər…

Balaca bir ölkənin içində, sanki hər bir qrup lobbiləşir…

Öncə deyim ki, keç bir milli azlığın əleyhinə deyiləm. Mən bütün millətimizi bölgələrə bölmürəm, amma bu gün belə bir proses gedir, sanki özəl saytlar, tv-lər olsun, bir çox xəbər portalları elə bil Azərbaycan milli birliyinə zərbə vurmaq üçün yarışa giriblər…

Hələ yaxın tariximiz olan milli azadlıq hərəkatı bizim yadımızdan çıxmayıb. Hamımız onun şahidləriyik. Və bu milli azadlıq hərəkatına xəyanət etmiş insanları son vaxtlar qəhrəmana çevirirlər. Bu hərəkatda qəhrəman insanları isə xalq düşməni eləyirlər.

Burda mən heç kimi nə tənqid eləmək istəyirəm, nə də qəhrəman etmək istəyirəm. Milli azadlıq hərəkatının içərisindən çıxmışam. Azərbaycan milli azadlıq hərəkatına, milli birliyə, bu milli birliyi bölgələrə bölənlərin bir neçəsinin adını çəkərdim, ancaq susuram… Heç olmasa o yalançı qəhrəmanlar da barı sussunlar…

Və yaxud 70 ilə yaxın bu xalqa xidmət eləyən, hər bir azərbaycanlının qəlbində xüsusi hörməti, rəğbəti, məhəbbəti olan və özünəməxsus ecazkar səsiylə hər bir evin, sanki sakini, üzvü olan Flora Kərimovanı az qalırlar vətən xaini eləsinlər…

Anadolu türklərinin kobub bir məsəli var, amma yumşaq desək belə alınır. Deyir, ölünü, dirini mindik, gözümüzü Flora Kərimovaya tikdik?

Flora xanım bir söz deyib, ya deməyibdir, çox qəribə bir millətik ki, bir sözə görə insanların 50, 60 illik fəaliyyətlərinə nöqtə qoyuruq.

Vallah belə olmaz! Billah ayıbdır!..

Hardasa çıxış eləyibdi, deyibdi, ya deməyibdi. Ay qardaşlar, ay yoldaşlar, ay soydaşlar lap belə tutalım deyib, neyləyək? Öldürək?

Biz ailədə 9 uşaq atasız böyümüşük. Məndən balaca bir qardaşım var. Oxucular məni bağışlasınlar. Onu övladım kimi böyütmüşəm, amma o qədər mənə əzab verib ki, əsəbləşib özümə yer tapa bilməyib onun atasın, anasın, ölüsün dirisini söymüşəm. Onun ata, anası mənim də ata, anamdır. Bəzən insanlarda olur da bu emosiyalar. Elə bil ki, stres çıxarmaq üçün gözləmədən nəsə məsuliyyətsiz söz deyirsən…Bunu döndərib vətən xaini etmək yolverilməzdir.

Balaca bir ölkədə bütün bölgə və xalqlar, sanki lobbiləşiblər.

Hava Limanı ləzgilərin əlində idi. İnciməsinlər. Mənim Ləzgi xalqına böyük hörmətim var. Etibarlı dostlarım var. Hava Limanına gəlmişəm. Özümlə bərabər kitab aparıram. Hələ Qarabağ işğalda idi, Xocalı ilə bağlı, Azərbaycanla bağlı. Çəkisi 2,3 kq artıq idi. Pul keçirməlisən dedilər. Çıxardıb göstərirəm ki, ay millətlər, bu kitabı aparıram ora 2,3 kq söhbəti etməyin. Kimə deyirsən. Sağ qulaqlarından alıb, sol qulaqlarından buraxırlar. İndi Hava Limanının rəisini çıxarıb yola salıblar gedib. Dalınca qara daş getsin.

Və yaxud da ki, mənim Talış xalqına hörmətim var. Çoxlu dostlarım var, canım,ciyərim var vətən uğrunda canların veriblər. Amma gələndə dini sektora talışlar orada lobbiləşiblər. Bütün dini camiyələr hamısı talışlardı.

Gəlirsən prezident aparatına hamısı naxçıvanlı, ermənistanlı. Özü də o lobbiləşmiş naxçıvanlı, ermənistanlı, talışları, ləzgiləri azərbaycanlı saymaq olmaz. Balaca ölkənin içində lobbiləşmirlər.

Hamımız bir millətik! Türkü, yəhudisi, ləzgisi, talışı, rusu, ukraynalısı ilə- bütün millətləri ilə bu ölkəni özünə vətən bilən, ana bilən hamısı ilə biz bir bayraq altında qardaşıq.

Nə görürük biz?

Birisi Amerikadan tv açıbdır. Heç bir uğurumuza sevinmir bu adam. Adamın sanki nəslini , kökünü ermənilər yox, biz qırmışıq. Səhərdən axşama kimi od püskürür Azərbaycana. Bir sevincimizə belə sevinmir. Və ən balaca bizim bir uğursuzluğumuzu sanki bayram eləyir.

Anlaya bilmirəm hələ…

Və yaxud da Azərbaycanın içindəki tv-lər. Onlarca gözəl insanlarımızı ləkələyirlər. Təzədən vətən xainini qəhrəman eləmək istəyirlər, istədikləri vaxtı qəhrəmanı vətən xaini edirlər.

Düşüncələr milli düşüncə deyil. Bu gün çox nadir hallarda türklüyü təbliğ eləyirlər. Azərbaycanda sanki türk olmaq özü bir cinayətdir. Hansı yerə əlini atırsan lobbiləşiblər. Hələ mən Milli Müdafiə Nazirliyin demirəm. İçindən xəbərim yoxdur. Bildiyim qədər ilə indi milliləşir. Və yaxud da götürək Milli Məclisi. Hələ də bir adam tanımıram ki, desin ki, bu da bizim milləti təmsil edən insanlardır.

Biz bununla hara gedirik?

Bax bu məni çox narahat edir. Təbii ki, deyə bilərsiz ki, mən Azərbaycanın içini yaxşı bilmirəm. Keçən əsrin 90-cı ili getmişəm. Amma xeyr. Bir ayağım vətəndə olmasa da, bir qulağım vətəndədir. Könlüm, qəlbim vətəndədir. Səhərdən axşama kimi müxtəlif mənbələrdən informasiya alıram, oxuyuram, araşdırıram, baxıram və bu gedişlə əgər biz getsək sabahımızdan nigaranam, vallah, billah!!!

Ya biz dəyişib millət olmalıyıq, ya da biz məhlələlərə bölünmüş məhəlli şüurlu kütlə olmalıyıq.

Bu gün Azərbaycanda, demək olar ki, milli ideologiya yoxdur. Yeri gələndə insanların milli hissləri ilə oynayırlar və öz məqsədlərinə çatandan sonra insanlar yenə kasıblar öz yerində, varlılar öz kefində, qazilər, şəhid ailələri yenə , demək olar ki, müdafiəsiz…

Dünyanın başqa yerlərində belə deyil.

Və bu gün Azərbaycanda bir şəhid ailəsinin supermarketi yoxdur. Bir qazinin restoranı yoxdur. Dünyanın hər yerində belə deyil. Bizdə, Azərbaycanda əlinə silah alıb erməni ilə döyüşmüş istər qazi olsun, istər müharıbə veteranı olsun, döyüşçü olsun bunların yüzdə doxsanı ehtiyac içində yaşayır. Amma vətən darda olanda həmin bu insanlar gedir. Bu kasıb, evsiz, eşiksiz insanlar. Buna nə vaxt nöqtə qoyulacaqdır? Nə vaxt bu struktur dəyişəcəkdir? Nə vaxt biz də əl-ələ verib millətlər sırasına çıxacayıq?

Milətlər yox yerdən özlərinə əfsanəvi, yalançı qəhrəmanlar düzəldirlər. Gəlin biz də heç olmasa var olan qəhrəmanlarımızı ləkələməyək. Onlara qiymət, dəyər verək, yaşadaq.

Tarixi qəhrəmanlarımızı ləkələyirlər. Babəkini, Qaçaq Nəbisini təhqir eləyirlər. Mən nə bilim Nigarını, Həcərini təhqir eləyirlər. Nə demək istəyirsiniz bununla? Nədir sizin məqsədiniz?

Gəlin heç olmasa var olan qəhrəmanlarımızı ləkələməyək. Bu qəhrəmanlar bizim üçün, vətən üçün mübarizə aparanlardır. Vətənini, xalqını sevən əsl vətəndaşdırlar. Biz onlarla fəxr eləməliyik. Mənim tövsiyəm budur.

Əgər var olmaq, sağ olmaq istəyiriksə, biz də millət olaq!..

Elman Mustafazadə

Xudaferin.eu

18:23